"Düşündüm ki, gecə məni o soyundurub" qadının dəhşətli CİNAYƏTİ


Kriminal 29 Yan 2026 14:27:00 64 0

"Düşündüm ki, gecə məni o soyundurub"  qadının dəhşətli CİNAYƏTİ

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il iyulun 3-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində bıçaqlanma hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, cinayət Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 71 ünvanında yerləşən fərdi evdə baş verib. Hadisə evlərin arasında quraşdırılmış müşahidə kamera vasitəsi ilə qeydə alınıb. Sabunçu Tibb Mərkəzinə çatdırılan Fərid Hüseynzadənin həyatı xilas olunub.   Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.   Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da cinayəti törədən Qazax rayon sakini 2006-cı il təvəllüdlü Səbinə Vəliyeva saxlanılıb.

Son.az xəbər verir ki, Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.   İstintaqla müəyyən edilib ki, iyulun 3-ü səhər saat 7 radələrində Səbinə Vəliyeva Qaraçuxur qəsəbəsində yerləşən fərdi evdə lüt vəziyyətdə yuxudan oyananda, əynindəki alt paltarının onunla birgə kirayədə qalan tanışı Fərid Hüseynzadə tərəfindən çıxarıldığını güman edib və bundan əsəbiləşərək, onu cəzalandırmaq qərarına gəlib. Şkafın üzərindən açılıb-qatlanan bıçağı götürüb həmin vaxt yatmış Fərid Hüseynzadənin ürək nahiyəsinə 2 dəfə zərbə endirib. Yuxudan oyanan Fərid aktiv müqavimət göstərib, onu özündən kənara itələyəndə, Səbinə Vəliyeva otaqdakı masada olan mətbəx bıçağını digər əlinə götürüb, yenidən onun üzərinə gedib. Fərid Hüseynzadənin qışqırıq səsini eşidən qonşusu İsmayıl Feyzullayev otağın qapısını döyüb onu çağıranda tanışı yaralı halda fürsət taparaq, çölə qaçıb. Vaxtında xəstəxanaya çatdırılıb, tibbi yardım göstərilməklə zərərçəkmişin həyatı xilas olunduğunub.

Məhkəmə iclasında Səbinə Vəliyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, 18 yaşı var. Kollecdə təlim-təşkilatçılıq ixtisası üzrə oxuyub:

"Əvvəllər valideyinlərmlə Əhmədli qəsəbəsində kirayə yaşayırdım. Bir neçə ay əvvəl atamla mübahisə etdiyim üçün, evdən getdim və müxtəlif ünvanlarda qaldım. Evdən gedəndən sonra anamla əlaqə saxlayırdım. Mağazada, sonra isə kafedə işləyirdim. Yaşamağa yerim olmadığı üçün iyun ayında mağazada işləyən Tural adlı şəxs kirayə ev tapana qədər Fərid adlı tanışının yanında qala biləcəyimi söylədi. Razılaşdım. Eyni otaqda yatırdıq. İyulun 2-də tanışım İlham Orucovla Yeni Günəşli qəsəbəsində yerləşən kafedə yeyib-içəndən sonra evə gəldim. Həmin gecə Fərid də sərxoş halda evə gələrək, mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Buna etiraz edib dedim ki, səhər açılana qədər evdə qalacam və sonra birdəfəlik çıxıb gedəcəm. Bu zəmində aramızda mübahisə baş verdi. Fərid ünvanıma çox ağır söyüşlər söyərək, məni alçaltdı. Dəfələrlə ona danışığına fikir verməsini bildirdim. Ayın 3-ü saat 6-da yuxudan oyananda alt paltarımın əynimdə olmadığını gördüm və Fəridin bu hərəkətindən qəzəbləndim. Onu öldürmək qərarına gəldim. Masanın üzərindən götürdüyüm bıçağı boğazına sancmaq istəyirdim. Lakin yuxulu vəziyyətdə olan Fəridin bir qədər tərpəndiyini görüb dərhal sinəsinə ardıcıl zərbələr endirdim. Fərid qışqıraraq, qapını açıb həyətə qaçdı. Arxasınca bayıra çıxanda, qonşular gördü. Buna görə onu təqib etməyərək, içəri keçdim. Sonra əlimdəki bıçağı yerə ataraq, hadisə yerindən qaçdım. Həmin şəxsi öldürmək məqsədim yox idi".

Məhkəmədə elan olunmuş Səbinə Vəliyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünüb ki, hadisə vaxtı istifadə etdiyi bıçaq onun özünə məxsus olub. Hadisə vaxtı Fərid yatmış vəziyyətdə olmayıb. Otaq qaranlıq olduğundan onun hansı nahiyyələrinə bıçaqla zərbələr vurduğunu xatırlamır. Hadisədən sonra taksi ilə əvvəl Günəşli, sonra isə Əhmədli qəsəbəsinə gedib. Bıçağı dənizə atıb. Fəridlə intim əlaqədə olmayıb.   Zərərçəkmiş Fərid Hüseynzadə ifadəsində göstərib ki, usta işləyib. Səbinə Vəliyeva ilə bir evdə təxminən 20 gün yaşayıb:

"Bir neçə dəfə qızın razılığı ilə cinsi əlaqədə olmuşuq. Sevgili deyildik, hər birimiz sərbəst öz həyatımızı yaşayırdıq. Mən başqa qızlarla görüşürdüm, Səbinə də səhər çıxıb gecə qayıdırdı. Bəzən evə gəlmirdi. İyulun 2-də dostlarımla Qaraçuxur qəsəbəsində pivə içdim, gecə saat 1 radələrində evə gəldim. Təxminən yarım saatdan sonra Səbinə də sərxoş halda evə qayıtdı. Onun harda içki içdiyini soruşmadım. Ayaq üstə güclə dayanaraq, yanımda əynində olan paltarlarını çıxarırdı. Ürəyi bulandığından hamama keçdi. Kömək etmək məqsədi ilə arxasınca gedib üzünə su vurdum. Onu danlayanda, Səbinə acıqlanaraq, məni təhqir etdi. 

Bir qədər mübahisə etdik. Saat 2 radələrində Səbinə yatdı, mən isə saat 6-ya kimi telefonda oyun oynadım. Ağrı hiss edib oyananda sinəmdən təzyiqlə axan qanı və Səbinənin əlində bıçaqla başımın üstündə dayandığını gördüm. Zərbələrin təsirindən oyanıb qızı itələyəndə, o, masanın üzərindən ikinci bıçağı da götürərək, yenə məni vurmaq istədi. Eyni həyətdə kirayədə qalan İsmayıl adlı şəxs səsə çıxıb qapımızı döyərək, nə baş verdiyini soruşdu. Güc toplayıb çölə qaçaraq, həmin oğlanın qaldığı otağa girdim. İsmayıl Təcili Tibbi yardıma və polisə məlumat verdi. Sonra məni xəstəxanaya apardılar".

Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib like
  • 29 Yan 14:23  
Dünya Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib

Bu il ilk dəfə Rusiya və Ukrayna arasında meyit mübadiləsi həyata keçiri

arrow Ətraflı
Ruslan Eyyubov ev dustaqlığına buraxılmadı like
  • 29 Yan 14:16  
Kriminal Ruslan Eyyubov ev dustaqlığına buraxılmadı

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tan

arrow Ətraflı
Rəqsanə efirdə ağladı: "Məndən nə istəyirsiniz?" like
  • 29 Yan 14:12  
Şou-biznes Rəqsanə efirdə ağladı: "Məndən nə istəyirsiniz?"

Rəqsanə İsmayılova efirdə göz yaşı töküb.

arrow Ətraflı
Pensiya yaşı 43ə endirilə bilər?  AÇIQLAMA like
  • 29 Yan 14:11  
Digərləri Pensiya yaşı 43ə endirilə bilər? AÇIQLAMA

Rusiya Dövlət Dumasının bir qrup deputatı orduda və təhlükəsizlik qüvv

arrow Ətraflı
Məmmədbəyli kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim edilib like
  • 29 Yan 14:10  
Digərləri Məmmədbəyli kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim edilib

Bu gün növbəti köç karvanı ilə Məmmədbəyli kəndinə çatan ailələr�

arrow Ətraflı
Azərbaycanda 32 yaşlı stomatoloqla 13 yaşlı qızla NİŞANLANDI like
  • 29 Yan 14:04  
Digərləri Azərbaycanda 32 yaşlı stomatoloqla 13 yaşlı qızla NİŞANLANDI

Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkim

arrow Ətraflı
Duru yağ BAHALAŞDI like
  • 29 Yan 14:00  
Digərləri Duru yağ BAHALAŞDI

Azərbaycanda duru yağlar bahalaşıb. Qiymət artımı daha çox Türkiyə ist

arrow Ətraflı
Azərbaycanda bu şəxslərə kompensasiya veriləcək like
  • 29 Yan 13:30  
Digərləri Azərbaycanda bu şəxslərə kompensasiya veriləcək

Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi ç

arrow Ətraflı
Azərbaycanda seçici siyahısının dəqiqləşdirilməsinə başlanılıb  RƏSMİ like
  • 29 Yan 13:03  
Digərləri Azərbaycanda seçici siyahısının dəqiqləşdirilməsinə başlanılıb RƏSMİ

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2026-cı il yanvar ayını

arrow Ətraflı
İlham Haqverdiyevə yekun ittiham verildi like
  • 29 Yan 12:59  
Digərləri İlham Haqverdiyevə yekun ittiham verildi

Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin cinayət i

arrow Ətraflı
"Məclislərdə atama verilən çayı 1ci özüm içib yoxlayıram" like
  • 29 Yan 12:54  
Şou-biznes "Məclislərdə atama verilən çayı 1ci özüm içib yoxlayıram"

Tacir Şahmalıoğlu özü kimi müğənni olan oğlu Şahmalı ilə birlikdə e

arrow Ətraflı
Xankəndidə satıcı müdiri döydü like
  • 29 Yan 12:43  
Digərləri Xankəndidə satıcı müdiri döydü

Xankəndidə xuliqanlıq edən saxlanılıb.

arrow Ətraflı
Yasamaldakı qara paltarlı qadın tutuldu like
  • 29 Yan 12:32  
Digərləri Yasamaldakı qara paltarlı qadın tutuldu

Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birin�

arrow Ətraflı
Pensiyalar bu qədər artacaq  Rəqəmlər AÇIQLANDI like
  • 29 Yan 12:25  
Digərləri Pensiyalar bu qədər artacaq Rəqəmlər AÇIQLANDI

"Ötən ilin ortalarından etibarən "pensiyaçılara şad xəbər&quo

arrow Ətraflı
7 dərəcə şaxta, yollar buz bağlayacaq  Sabahın like
  • 29 Yan 12:23  
Digərləri 7 dərəcə şaxta, yollar buz bağlayacaq Sabahın

Yanvarın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı