Yaponiyada ABŞ bazasından qalxan təyyarələrə görə sakinlərə milyonlarla pul ödəniləcək
Dünya 29 Yan 2026 15:08:00 68 0
Yaponiyada məhkəmə ölkə hökumətini ABŞ Hərbi Hava Qüvvələrinin eyniadlı aviabazasından qalxan təyyarələrin yaratdığı səs-küyə görə Asiya ölkəsinin cənubunda yerləşən Kadena şəhərinin sakinlərinə ümumilikdə təxminən 16,3 milyon dollar məbləğində kompensasiya ödəməyə məcbur edib.
Bu xəbəri də oxu: Tehrandan Trampa "Daha sərt cavab" xəbərdarlığı
Son.az xəbər verir ki, bu barədə Pentaqona məxsus Stars and Stripes qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məhkəmə qərarına əsasən, Amerika təyyarələrinin yaratdığı səs-küy şəhər sakinlərinin gündəlik həyatını pozur və onlara "təyyarə səsindən qaynaqlanan narahatlıq, əsəbilik, yuxu pozuntusu və mümkün aviaqəzalarla bağlı təşviş şəklində psixoloji zərər" vurur.
Sakinlər 2019-cu ilin əvvəlindən 2025-ci ilin ortalarınadək vurulmuş zərərə görə kompensasiya alacaqlar. Ödənişin məbləği şəhər sakininin aviabazadan nə qədər uzaqda və hansı müddət ərzində yaşamasından asılı olacaq. Bununla yanaşı, məhkəmə iddiaçıların ABŞ Hərbi Hava Qüvvələrinin bazadakı fəaliyyətinin məhdudlaşdırılması tələbinə baxmayaraq, Yapon hökumətinin bu cür səlahiyyətə malik olmadığını əsas gətirərək bu tələbi rədd edib.
Qəzetə açıqlamasında məhkəmə nümayəndəsi qeyd edib ki, kompensasiya alacaq şəxslərin dəqiq sayı məlum deyil, çünki 5 mindən çox iddiaçıdan bəziləri ərizələrini geri götürə və ya yekun qərara qədər vəfat etmiş ola bilər.
Ayxan Son.az
"Komedixana"nın aktyorları ilə Əməkdar artistin birgə rəqsi sos
Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə
Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edil
Bu il ilk dəfə Rusiya və Ukrayna arasında meyit mübadiləsi həyata keçiri
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tan
Rəqsanə İsmayılova efirdə göz yaşı töküb.
Rusiya Dövlət Dumasının bir qrup deputatı orduda və təhlükəsizlik qüvv
Bu gün növbəti köç karvanı ilə Məmmədbəyli kəndinə çatan ailələr�
Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkim
Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi ç
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2026-cı il yanvar ayını
Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin cinayət i
Tacir Şahmalıoğlu özü kimi müğənni olan oğlu Şahmalı ilə birlikdə e
