Azərbaycanlıların boyu niyə qısalır? Rəşad Mahmudov əsas səbəbləri açıqladı
Digərləri 29 Yan 2026 16:23:59 61 0
"Son illər Azərbaycanda uşaqların fiziki inkişaf göstəriciləri, xüsusilə boy artımı ilə bağlı səsləndirilən narahatlıqlar təsadüfi deyil. Müasir tibb elmi göstərir ki, uşağın boyu yalnız genetik göstərici deyil; əksinə, genetik potensialın nə dərəcədə reallaşması uşaqlıq və yeniyetməlik dövründə qidalanma, həyat tərzi, hormonal balans, fiziki aktivlik və erkən profilaktik tədbirlərlə birbaşa bağlıdır. Yəni boy artımında müşahidə edilən geriləmə, əslində, cəmiyyətin sağlamlıq, qidalanma və sosial mühit göstəricilərinin güzgüsüdür".
Bu xəbəri də oxu: Bu xəstəxana cərimələndi
Son.az xəbər verir ki, bunu Millət vəkili, Ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, bu gün uşaqlar arasında boy artımının zəifləməsinin əsas səbəbləri sırasında keyfiyyətsiz və balanssız qidalanma xüsusi yer tutur. Şəkərli içkilər, ultra-emal olunmuş məhsullar, fast-food mədəniyyəti kalorili, lakin bioloji dəyəri zəif qidalanma forması yaradır:
"Bu isə sümüklərin inkişafı üçün vacib olan zülal, kalsium, D vitamini, sink və digər mikroelementlərin xroniki çatışmazlığına gətirib çıxarır. Bunun üzərinə fiziki hərəkətsizliyi, ekran asılılığını, yuxu rejiminin pozulmasını və erkən yaşlarda vitamin-mineral profilaktikasının sistemli aparılmamasını əlavə etdikdə, problemin miqyası daha aydın görünür".
Deputat hesab edir ki, bu məsələnin həlli kimi məktəb ətrafında qida satışına inzibati məhdudiyyətlərin tətbiqi təklif olunsa da, bu yanaşma təkbaşına problemin köklü həlli ola bilməz. Əsl və davamlı həll yolu uşaqlara hələ bağça yaşlarından etibarən sağlam qidalanma vərdişlərinin və qidanın bioloji dəyərinin nə olduğunu öyrətməkdən keçir:
"Uşaqlar anlamalıdırlar ki, şəkər əlavəli və süni qidalar tez doyma və ani enerji hissi yaratsa da, orqanizm üçün real fayda daşımır, əksinə, metabolik pozuntuların və xroniki xəstəliklərin əsasını qoyur. Erkən yaşda bu şüurun formalaşdırılması elə bir nəsil yetişdirə bilər ki, onlar təkcə öz sağlam seçimlərini etməsin, eyni zamanda sağlam qidalanmanı dərk etməkdə çətinlik çəkən böyüklər üçün də yolgöstərən mövqeyinə yüksəlsin".
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti keçiril
Bakı buxtası, fiziki-coğrafi xüsusiyyətinə görə digər adı Bakı körf�
Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 708 manat, mobil tele
Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən heyvan bazarının f
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklü
Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbə
Əslində kitab təqdimatına yığışmışdılar. Yazıçı-publisist, tar
Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib.
Xəbər verdiyimiz kimi, dünən gecə Gürcüstanın Qardabani rayonunda baş
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Bakıda əksər restoranlar 14 fevral - Sevgililər Günü üçün xüsusi proqr
Yaponiyada məhkəmə ölkə hökumətini ABŞ Hərbi Hava Qüvvələrinin eynia
"Komedixana"nın aktyorları ilə Əməkdar artistin birgə rəqsi sos
Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə
Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edil
