Gəncədən Bakıya uzanan dələduzluq: "Falçı Telli"nin fırıldağı üzə çıxdı
Digərləri 28 Yan 2026 19:00:00 81 0
Gəncədə falçılıqla məşğul olan qadın Bakıda gənc qızı aldadıb.
Bu xəbəri də oxu: 71 yaşlı kişi faciəvi şəkildə öldü
Son.az oxu.az-a istinadla xəbər verir ki, "Instagram" sosial şəbəkəsində özünü "falçı Telli" kimi təqdim edən şəxs Bakıdan olan gənc qızla tanış olub. O, gənc qızla ünsiyyət quraraq ona psixoloji təsir göstərib, guya qızın və ailəsinin "şər qüvvələr"in təsiri altında olduğunu bildirib.
Falçı qadın gənc qızı aldadaraq inandırıb ki, sevdiyi oğlan ondan ayrılacaq. Bu "ayrılığın" qarşısını almaq üçün isə qızdan 8 min 500 manat dəyərində qızıl pirsinqlər tələb edib və həmin pirsinqlərin Gəncə şəhərinə göndərilməsini istəyib. Çarəsiz qalan gənc qız tələb olunan məbləğdə qızıl pirsinqlər alaraq Gəncə şəhərinə - falçı Tellinin göstərdiyi ünvana göndərib.
Bir müddət sonra falçı qadın yenidən gənc qızla əlaqə saxlayaraq, guya atasının başqa bir qadınla sevgi münasibəti yaşadığını və yaxın vaxtlarda valideynlərinin boşanacağını bildirib. O, bu hadisənin qarşısını almaq üçün isə gənc qızdan 16 min 500 manat pul tələb edib. Gənc xanım falçıya inanaraq həmin məbləği də ona göndərib.
Hadisə bir müddət sonra üzə çıxıb və gənc qızın valideynləri polisə müraciət ediblər.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində falçı qadın saxlanılaraq istintaqa cəlb edilib.
Cinayət işinin istintaqı yekunlaşıb və materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəyib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və onun barəsində olan cinayət işinə xitam verilib.
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək.
Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq h
Azərbaycanın Xalq rəssamı Qəyyur Yunusun qızı Nigar Yunus həbs olunub.
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə c
Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
Qobustan rayonunda saz və gitarada ifa edən musiqiçi Rauf Cəbrayılov inziba
Hindistanın Madhya-Pradeş ştatında Hasina adlı qadın çoxərlilik səbəbi
Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri v
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sab
Müğənni Ayan Babakişiyeva Xalq artisti Aygün Kazımovanın ad gününə niy
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilm
Yanvarın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclas
Müğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qonaq olarkən
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən m
