Bu gün Azərbaycanda Elm Günüdür


Digərləri 27 Mar 2025 09:52:00 78 0

Bu gün Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən Azərbaycanda Elm Gününün təsis edilməsi bu sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir.

Bu xəbəri də oxu: Sahildə pivə adası

Son.az xəbər verir ki, ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb.

Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Onun diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir.

Bu il martın 18-də Prezident İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçib, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınıb. Akademiyanın səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanıb. Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin Elm və Təhsil Nazirliyi ilə birgə keçirilməsinin müəyyən edilməsi elm və təhsilin inteqrasiyasının daha da genişlənməsinə öz töhfəsini verəcək.

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Qeyd edək ki, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya", "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq "Elm haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edildi. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradıldı. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başladı. AMEA-nın elmi müəssisə və qurumlarının bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Prezidentin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə AMEA-nın yeni Nizamnaməsi təsdiq edildi.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərimizdə məktəblərin fəaliyyətə başlaması təhsil tariximizin parlaq səhifələrindəndir. Qarabağ Universiteti isə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi qələbələrin təntənəsi olmaqla, bütövlükdə Azərbaycanın təhsil sahəsindəki mühüm nailiyyəti hesab edilir.

"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Eyni zamanda, ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Belə ki, doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır.

Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir. Elmin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.

Belqorodda şiddətli döyüşlər: Ukrayna geri çəkilir... like
  • 27 Mar 09:44  
Dünya Belqorodda şiddətli döyüşlər: Ukrayna geri çəkilir...

Ukrayna ordusu Kursk bölgəsindən geri çəkilməsinin ardından bu dəfə Rus

arrow Ətraflı
Bu gün 20 dərəcə isti olacaq like
  • 27 Mar 09:31  
Digərləri Bu gün 20 dərəcə isti olacaq

Ölkə ərazisində bu gün 15-20 dərəcə isti müşahidə olunacaq.

arrow Ətraflı
Psixi xəstəliklərdən ən çox əziyyət çəkən BÜRCLƏR like
  • 27 Mar 09:26  
Digərləri Psixi xəstəliklərdən ən çox əziyyət çəkən BÜRCLƏR

Psixi sağlamlıq bu insanların görüləcək işlər siyahısındakı ən vaci

arrow Ətraflı
Faciəvi şəkildə ölən Kəmalə həkim imiş like
  • 27 Mar 09:18  
Digərləri Faciəvi şəkildə ölən Kəmalə həkim imiş

Tovzuda 42 yaşlı qadın dəm qazının qurbanı olub.

arrow Ətraflı
Türkiyədə bu dəfə Uludağda hotel yandı  Ölən var like
  • 27 Mar 09:08  
Digərləri Türkiyədə bu dəfə Uludağda hotel yandı Ölən var

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən "Kervansaray&

arrow Ətraflı
Yağlı qidalar niyə xoşumuza gəlir?  Həkim səbəbini açıqladı like
  • 27 Mar 07:00  
Digərləri Yağlı qidalar niyə xoşumuza gəlir? Həkim səbəbini açıqladı

"İnsan yağlı və yüksəkkalorili bir şey yeyəndə beyin qana dofamin

arrow Ətraflı
Fərqində olmadan etdiyiniz 7 bədən dili səhvi – Qarşı tərəfdə mənfi təsir yaradır like
  • 27 Mar 06:06  
Digərləri Fərqində olmadan etdiyiniz 7 bədən dili səhvi – Qarşı tərəfdə mənfi təsir yaradır

Bədən dili ünsiyyətin vacib hissəsidir və bəzi səhvlər qarşı tərəfd

arrow Ətraflı
Bu sağlamlıq problemi də tibbi sığorta hesabına qarşılanır like
  • 27 Mar 05:05  
Digərləri Bu sağlamlıq problemi də tibbi sığorta hesabına qarşılanır

Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabı

arrow Ətraflı
Baş ağrısını kəsən təbii vasitə... like
  • 27 Mar 04:04  
Digərləri Baş ağrısını kəsən təbii vasitə...

Bir çox insan gündə bir neçə dəfə baş ağrısından şikayətlənir. Bə

arrow Ətraflı
Qaşınmanın səbəbi bu imiş  Alimlər araşdırıb tapdı like
  • 27 Mar 03:03  
Digərləri Qaşınmanın səbəbi bu imiş Alimlər araşdırıb tapdı

Qaşıntı insanı anidən narahat edən və refleks şəkilində reaksiya verm�

arrow Ətraflı
Bu xərçəng növü soyuqdəymə ilə səhv salınır  XƏBƏRDARLIQ like
  • 27 Mar 02:02  
Digərləri Bu xərçəng növü soyuqdəymə ilə səhv salınır XƏBƏRDARLIQ

Ağciyər xərçəngi ən təhlükəli onkoloji xəstəliklərdən biridir. Onun

arrow Ətraflı
Dietoloq xolesterolu aşağı salan qidaları açıqladı like
  • 27 Mar 01:01  
Digərləri Dietoloq xolesterolu aşağı salan qidaları açıqladı

Sıyıqlar, tərəvəzlər, meyvələr, qoz-fındıq, bitki yağları və yağl�

arrow Ətraflı
Yatmazdan əvvəl hansı meyvələri yemək daha yaxşıdır? like
  • 27 Mar 00:18  
Digərləri Yatmazdan əvvəl hansı meyvələri yemək daha yaxşıdır?

Yuxu keyfiyyətini artırmaq və rahat bir gecə keçirmək üçün qidalanma v�

arrow Ətraflı
Günün qoroskopu: Duyğusal söhbətlər üçün ideal vaxt deyil like
  • 27 Mar 00:01  
Digərləri Günün qoroskopu: Duyğusal söhbətlər üçün ideal vaxt deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı