Bakıda marketdən çıxıb bacısıgilə gedən qadın küçədə öldürüldü TƏFƏRRÜAT
Kriminal 22 Yan 2026 23:01:00 65 0
Bakının Xəzər rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Son.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində baş verib.
Qırx yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedərkən əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib.
Firuz Qasımov ona boşanmaq üçün məhkəməyə ərizə verməsinə görə irad tutub. Qadın isə boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub.
Qadın hadisə yerində ölüb.
Qeyd edək ki, onların birgə nikahdan iki yeniyetmə övladı var. Hadisə günü isə övladlar Biləsuvar rayonunda nənələrinin yanında olublar. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb bacısının evində yaşayırmış.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Firuz Qasımov saxlanılıb.
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yan
İkinci Qarabağ müharibəsi qələbə ilə başa çatdıqdan sonra həqiqi hə
Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilə müğənni Təranə Qumral�
26-31 Yanvar tarixlərində 15:00-da Psixologiya üzrə fəlsəfə doktoru, musi
Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor təyin edi
Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi-uşaq bağçasının
Qrenlandiyanın ABŞ-yə birləşməsinə səs verərlərsə, adanın hər bir s
Saytımıza daxil olan şikayətə əsasən, bu gün səhər saat 6:00-dan etiba
Xalq artisti Teyyub Aslanov oğluna iki dəfə toy etməsinin səbəbini açıql
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçı
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Davosda keçirilən D
"Sülh Şurası"na 1 milyard dollarlıq ianə Rusiyanın ABŞ-dakı ak
