Təranə Qumral sükutu pozdu: "Musa qarışıq hamınız ona qurban olun"
Şou-biznes 22 Yan 2026 21:53:00 52 0
Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilə müğənni Təranə Qumralın qızı Qumral arasında mübahisə yaşanıb. Buna səbəb isə Qumralın "Dünya sənin, dünya mənim" mahnısını oxuması və bunu Röyanın yutub platformasından sildirməsi olub.
Bu xəbəri də oxu: Tolikin səhhəti pisləşdi təcili xəstəxanaya yerləşdirildi
Son.az xəbər verir ki, N.Musayev məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. Müğənni bildirib ki, günlərdir davam edən bu söz-söhbət onu narahat edib:
"Bütün qalmaqalın başında bir icazə dayanırdı. İcazə almalı idilər. Heç bir gəncə mahnımı oxuma qadağası qoymuram. Niyə edim ki? Sadəcə, hamı oxumazdan əvvəl məndən icazə alır. Bu, qanunda da var: müəllif hüquqları qorunmalıdır. lap mən sildirməyim, yutub axı bunu silir, müəllif hüququnu qoruyur. Mənim heç kimlə problemim yoxdur, icazə alardılar. Bir də mahnını düz oxumamışdı. Ona görə də müəllif hüququmu qoruyanlar mahnını sildirdilər".
Məsələ ilə bağlı N.Musayevin qardaşı oğlu Musa Musayevlə ailəli olan Təranə Qumral sosial şəbəkədə canlı yayımda danışıb. O, bildirib ki, məsələyə qarışmamasına səbəbləri var:
"O, sülalə Niyaməddin Musayevə qurban olsun. Bildiklərimi də qarnımda saxlamışam. Niyaməddin Musayev bunlara qatılası adam deyil. Xalq artistidir, sənətkardır. 32 ildir onlara deyirəm ki, içi Musa qarışıq hamınızı Niyaməddin Musayevə qurban edirəm. Danışılacaq çox şeyim var. Bir də arada Sevgim (Musa ilə evliliyindən olan qızı - red.) var".
Qeyd edək ki, mahnı ilə bağlı qalmaqal "Tarixin bir günü" verilişində müzakirə olunub. Qumral bildirib ki, Röyanın bu addım onu təəccübləndirib və ondan bu haqda cavab ala bilməyib. Onun sözlərinə görə, mahnını ifa edərkən hər hansı pis niyyəti olmayıb və bu məsələdə haqsızlığa məruz qalıb:
"Mənə dedilər ki, Röya xanım sildirib, biz onunla yaxın olmuşuq, çörək kəsmişik. Ona yazdım, məni "qara siyahı"ya atdı. Mənə də maraqlıdır ki, niyə mən? Mən də əziyyət çəkirəm".
Məsələyə münasibət bildirən Röya isə Qumralın ona müraciət etmədiyini deyib və yaranan vəziyyətin qalmaqal kimi təqdim olunmasına etiraz edib. O bildirib ki, atasının mahnıları ilə bağlı müəllif hüquqları ona məxsusdur və icazəsiz, üstəlik mətndə səhvlə ifa olunan mahnının yayımda qalmasına razılıq verə bilməz:
"O, mənə heç nə yazmayıb. Xahiş edirəm, bu cür qalmaqallara sövq etməsinlər. Bunu özümə də, atama da sığışdırmıram. Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Atamla dünən bu barədə iki saat danışmışıq. Qumralın çıxışına baxdım, atama dedim ki, icazə verməyəcəyəm. Mahnıda "cütlənmiş" əvəzinə "cütləşmiş" dediyi üçün bunu etmişəm. O xanım mahnıya görə ümumiyyətlə icazə almayıb. Müəllif hüquqları qorunur. İcazə alınmalıdır".
Qeyd edək ki, N. Musayev Təranə Qumralın həyat yoldaşı Musa Musayevin əmisidir. Onlar uzun illərdir Musa ilə küsülüdürlər. Son.az
26-31 Yanvar tarixlərində 15:00-da Psixologiya üzrə fəlsəfə doktoru, musi
Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor təyin edi
Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi-uşaq bağçasının
Qrenlandiyanın ABŞ-yə birləşməsinə səs verərlərsə, adanın hər bir s
Saytımıza daxil olan şikayətə əsasən, bu gün səhər saat 6:00-dan etiba
Xalq artisti Teyyub Aslanov oğluna iki dəfə toy etməsinin səbəbini açıql
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçı
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Davosda keçirilən D
"Sülh Şurası"na 1 milyard dollarlıq ianə Rusiyanın ABŞ-dakı ak
Sabah Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində
Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasına yeni müdir se�
ABŞ Prezidenti Donald Tramp İran tərəfindən ona yönələn təhdidlərin da
Azərbaycan parlamentinin keçmiş deputatı Əbdülhüseyn Hüseynzadə vəfat
