Zivər Zeynalova yeni vəzifəyə təyin olundu
Digərləri 22 Yan 2026 19:50:00 73 0
Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasına yeni müdir seçimi həyata keçirilib. 2026-cı ilin 22 yanvar tarixində MDU-nun İqtisadiyyat və idarə etmə fakültəsinin Elmi Şurasının iclasında keçirilən səsvermənin nəticələrinə əsasən Zeynalova Zivər Zeynal qızı İqtisadiyyat kafedrasının müdiri vəzifəsinə seçilib.
Bu xəbəri də oxu: OMİD Mağazalar Şəbəkəsi borca düşüb
Son.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bununla bağlı Universitetin rektoru Anar Eminov əmr imzalayıb.
Qeyd edək ki, Zeynalova Zivər ali təhsilinin bakalavr pilləsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində başa vurmuşdur. Fəlsəfə doktoru elmi dərəcəsini Türkiye ve Orta Doğu Amme İdarəsi İnstitutunda almışdır.
Doktorantura təhsili müddətində Türkiyə ilə yanaşı, Kanadanın Karlton Universitetində fiskal siyasət və vergitutmanın sosial təsirləri üzrə müqayisəli elmi tədqiqatlar aparmışdır. Türkiyədə verilmiş elmi dərəcə təkrar attestasiya əsasında tanınaraq "Dünya iqtisadiyyatı" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsinə ekvivalent sayılmışdır. Hazırda "Texnoloji innovasiyalar iqtisadiyyatı" istiqaməti üzrə elmlər doktoru proqramında tədqiqatçı kimi elmi fəaliyyətini davam etdirir.
Z. Zeynalovanın elmi-pedaqoji fəaliyyəti beynəlxalq elmi mühitlə sıx inteqrasiya olunmuşdur. O, Kanada, Türkiyə, İspaniya, Çin və digər ölkələrdə həyata keçirilən elmi tədqiqat proqramlarında, beynəlxalq seminar və ixtisasartırma təlimlərində iştirak etmiş, müasir tədris metodları və elmi yanaşmalar üzrə bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmişdir. Xaricdə əldə etdiyi akademik təcrübə onun elmi-pedaqoji fəaliyyətində innovativ yanaşmaların tətbiqinə geniş imkanlar yaratmışdır. 4 dərs vəsaiti, 4 kollektiv monoqrafiya və 100-dən çox elmi tədqiqatın müəllifidir. Son.az
ABŞ Prezidenti Donald Tramp İran tərəfindən ona yönələn təhdidlərin da
Azərbaycan parlamentinin keçmiş deputatı Əbdülhüseyn Hüseynzadə vəfat
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda�
"Acun Medya"nın Baş Koordinatoru Esat Yontunç İstanbulda aparılan
Son illər Bakı və Abşeron yarımadasında göllərin tullantılar və torpaq
Ankarada qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı ilkin hesabat açıqla
Hər il bəzən şaxtalı havada su sayğacları dona bilər. Nəticədə sakinl
Böyük Britaniyanın Qida Standartları Agentliyi (FSA) "Hershey Company&q
ABŞ-nin Respublikaçılar Partiyasının nümayəndələri üzərində ABŞ bay
Müğənni Ofelya Şabanova son açıqlaması ilə izləyicilərin diqqətini ç
Kahramanmaraşda yeni doğulmuş körpəyə qarşı törədilən zorakılıqla b
"Facebook" sosial şəbəkə platformasındakı bir sıra hesablarda A
"Kurtlar Vadisi" serialında "Baron" Mehmet Karahanlının m
Nebahat Çehre "Aşk-ı Memnu"dakı obrazını 18 il sonra yenidən ca
