Azərbaycanda Sabiq deputat vəfat etdi FOTO
Digərləri 22 Yan 2026 19:25:00 83 0
Azərbaycan parlamentinin keçmiş deputatı Əbdülhüseyn Hüseynzadə vəfat edib.
Bu xəbəri də oxu: Azərbaycanda uşaqların qanunsuz əməyə cəlb edilməsi halları aşkarlandı
Son.az bildirir ki, bu barədə "Yeni Sabah" özəl mənbələrdən məlumat əldə edib.
Ə.Hüseynzadə uzun sürən xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib.
Mərhum Bakıda dəfn olunub.
Qeyd edək ki, sovet və Azərbaycan kimya sənayesi işçisi Əbdülhüseyn Məmməd Cəfər oğlu Hüseynzadə 1943-cü ildə anadan olub. 1973-cü ildə kimya sahəsi üzrə namizədlik dissertasiyası müdafiə edib.
1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı laureatı olub. 1983-cü ildə SSRİ Dövlət Mükafatına layiq görülüb. 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı (1990-1995) olub.
O, karyerasına 1960-cı illərdə Vladimir İliç adına Yeni Bakı Neft Emalı Zavodunda operator kimi başlayıb, daha sonra həmin zavodda 23 nömrəli Neft Emalı Qurğusunun baş operatoru vəzifəsində çalışıb. Operator kimi yüksək məhsuldarlığa nail olub, rasionalizator təklifləri verib və planlaşdırılan hədəflərə vaxtından əvvəl çatıb və buna görə Lenin ordeni ilə təltif edilib.
1982-ci ildən Azərbaycan SSR Neft Emalı və Neft-Kimya Sənayesi Nazirliyinin (sonradan Azneftexim İstehsalat Birliyi) Vladimir İliç adına Yeni Bakı Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.
1990-cı ildə Bakıdakı 59 saylı Babək Seçki Dairəsindən 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 9 fevral 1991-ci ildə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması komissiyasına üzv təyin edilib.
1992-ci ilin oktyabrında o, Yeni Bakı Neft Emalı Zavodunun (Heydər Əliyev adına Neft Emalı Zavodu) direktoru vəzifəsindən azad edilib.
1992-ci ilin noyabrında Azərbaycan Baş Prokurorluğu araşdırmaya başlayıb və nəticədə məlum olub ki, Ə.Hüseynzadə 1992-ci ilin oktyabrında xaricə səfərdə olarkən əvvəllər direktor vəzifəsində çalışdığı müəssisəyə məxsus sənədləri saxtalaşdırıb və xarici hesabda saxlanılan dövlət vəsaitlərini mənimsəməyə cəhd edib. 1992-ci ildə noyabrın 25-də Ali Sovet Əbdülhüseyn Hüseynzadənin deputat toxunulmazlığından məhrum edilməsi və həbsinə razılıq verilməsi məsləsinə baxıb.
İclasda xalq deputatı Əbdülhüseyn Məmməd Cəfər oğlu Hüseynzadənin cinayət məsuliyyətinə cəlb edilməsinə və həbs edilməsinə razılıq verilməsi haqqında qərar qəbul olunub. Qərarı Ali Sovetin sədri İsa Qəmbər imzalayıb və qüvvəyə minib.
Ə.Hüseynzadə bir müddət sonra azadlığa buraxılıb.
Prezident İlham Əliyevin 2017-ci il noyabrın 7-də imzaladığı sərəncam ilə Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə bu sahədə uzunmüddətli səmərəli fəaliyyət göstər görə Ə.Hüseynzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
Əbdülhüseyn Hüseynzadə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadənin atasıdır. Son.az
"Acun Medya"nın Baş Koordinatoru Esat Yontunç İstanbulda aparılan
Son illər Bakı və Abşeron yarımadasında göllərin tullantılar və torpaq
Ankarada qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı ilkin hesabat açıqla
Hər il bəzən şaxtalı havada su sayğacları dona bilər. Nəticədə sakinl
Böyük Britaniyanın Qida Standartları Agentliyi (FSA) "Hershey Company&q
ABŞ-nin Respublikaçılar Partiyasının nümayəndələri üzərində ABŞ bay
Müğənni Ofelya Şabanova son açıqlaması ilə izləyicilərin diqqətini ç
Kahramanmaraşda yeni doğulmuş körpəyə qarşı törədilən zorakılıqla b
Nebahat Çehre "Aşk-ı Memnu"dakı obrazını 18 il sonra yenidən ca
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki va
Müğənni Sevinc Ağaşirinova ilə bağlı canlı efirdə səsləndirilən aç
Binəqədi rayonu Azadlıq prospektində yerləşən "Hollywood" resto
TƏBİB tabeli xəstəxanalara qrip səbəbilə müraciət edənlər çoxdur, am
"İcbari tibbi sığorta çərçivəsində robotik cərrahiyyə əməliyyat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət
