Azərbaycanda kişilər rəsmi nikahı vacib hesab etmirlər ARAŞDIRMA


Digərləri 26 Mar 2025 17:14:00 78 0

Azərbaycanda kişilər rəsmi nikahı vacib hesab etmirlər  ARAŞDIRMA

Ailə institutu cəmiyyətin dayanıqlılığını və sosial sabitliyini təmin edən mühüm sütunlardan biri hesab olunur. Ölkəmizdə ənənəvi institutun əsas dayaqlarından biri isə rəsmi nikahdır. Uzun illərdir ki, rəsmi nikah ailə qurmağın yeganə qanuni və sosial baxımdan əsas forması kimi qəbul edilib. O, yalnız iki insanın birlikdə yaşaması deyil, həm də hüquqi, iqtisadi və sosial məsuliyyətlərin paylaşıldığı bir müqavilədir. Lakin zaman keçdikcə, xüsusilə də gənclər arasında rəsmi nikaha münasibət dəyişməkdədir. Daha az populyarlaşan rəsmi nikah, bəzi hallarda qeyri-rəsmi birliklərin üstünlük təşkil etməsi ilə əvəz olunur. Bu dəyişikliklər cəmiyyətin dəyərlərindəki təkamül, iqtisadi mülahizələr və şəxsi azadlığa yönəlmiş çağırışlarla izah edilir. Ölkə əhalisinin hazırda rəsmi nikahın bağlanmasının vacibliyini necə qiymətləndirməsi isə maraq doğuran məsələlərdən birinə çevrilib.

Son.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Qeyd edək ki, komitə sözügedən mövzu ilə bağlı ölkə ərazisində sorğu keçirib. 

Sorğuda iştirak edən şəxslərin sayı 1011 nəfərdir, onların 72 faizi qadınlardır, respondentlərin əksəriyyəti Bakıda yaşayır və onların 53 faizi ali, 43 faizi orta, 4 faizi isə orta ixtisas təhsillidir. Respondentlərin ortalama yaşı isə 32-dir. 

"Rəsmi nikahın bağlanmasının vacibliyini necə qiymətləndirirsiniz?" sualına ümumi nəticə 10 ballıq şkala üzrə 8.4 olmuşdur. Yəni bu o mənaya gəlir ki, respondentlər ciddi səviyyədə rəsmi nikahın vacibliyini dəstəkləyirlər. Lakin fərqli sosial təbəqələrdə nəticələr fərqlidir. Cins qrupları üzrə kişilər və qadınlar arasında nikahın vacibliyinin qiymətləndirilməsi arasında statistik mənada ciddi fərq müəyyən edilmişdir. Kişilər (7.37), qadınlara (8.83) nəzərən rəsmi nikahın vacibliyini daha az dəstəkləyirlər. 

Şərqi Zəngəzur, Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonlarda nümunə sayı az olduğu üçün maksimal balla rəsmi nikahın vacibliyini qeyd ediblər. Lakin bu nümunə sayı az olduğu üçün bu nəticələri nəzərə almaq düz deyil. Bundan sonra gələn sıralarda isə Şirvan-Salyan, Naxçıvan və Xızı-Abşeron iqtisadi rayonlar rəsmi nikahın vacibliyini daha yüksək səviyyədə dəstəkləyirlər. Rəsmi nikahın vacibliyini daha az dəstəkləyən iqtisadi rayonlar isə Lənkəran-Astara, Mərkəzi Aran və Qazax-Tovuz iqtisadi rayonlarıdır. Yaşayış məntəqələri tipləri kontekstində qiymətləndirdikdə isə kənd və qəsəbələrdəkilər rəsmi nikahın vacibliyini şəhər əhalisinə nəzərən daha çox dəstəkləyiblər və fərq testi təhlilləri bu fərqləri statistik mənada ciddi fərq hesab edib.

Təhsil səviyyələrinə görə qiymətləndirmədə isə aşağıdakı nəticələr əldə edilmişdir:

Yuxarıdakı nəticələrə görə təhsil səviyyələrinin nəticələri arasında ciddi fərq mövcud deyil. Yəni rəsmi nikahın vacibliyinə müxtəlif təhsil səviyyələrində baxış eynidir. Fərqlər çox cüzidir və fərq testi ( Che Square) bu fərqləri ciddi fərq olaraq müəyyən etməmişdir. Rəsmi nikahın vacibliyinin qiymətləndirilməsi ilə yaş faktoru arasında təhlil isə onu göstərir ki, yaş ilə rəsmi nikahın vacibliyinin qiymətləndirilməsi arasında zəif lakin tərs əlaqə mövcuddur. Yəni yaş artdıqca nikahın vacibliyinin qiymətləndirmə əmsalı azalmaqdadır, amma bu əlaqə bir qədər zəifdir.

Bütün dövrlərin ən yaxşı 20 aktyoru: Onlar kimlərdir? like
  • 26 Mar 17:04  
Şou-biznes Bütün dövrlərin ən yaxşı 20 aktyoru: Onlar kimlərdir?

Bu aktyorlar tamaşaçıları öz istedadları ilə valeh ediblər.

arrow Ətraflı
Sürücülərin nəzərinə like
  • 26 Mar 17:01  
Digərləri Sürücülərin nəzərinə

Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş mə

arrow Ətraflı
Cənubi Koreyada meşə yanğınları: onlarla insan həlak olub like
  • 26 Mar 16:56  
Dünya Cənubi Koreyada meşə yanğınları: onlarla insan həlak olub

Cənubi Koreya tarixinin ən dağıdıcı meşə yanğınları ilə üzləşib.

arrow Ətraflı
Yuxuda soyuducu görmək nə deməkdir? like
  • 26 Mar 16:47  
Digərləri Yuxuda soyuducu görmək nə deməkdir?

Yuxuda soyuducu görmək, xeyirli bir evliliyə işarədir. Xidmət baxımından

arrow Ətraflı
Yanğın söndürən helikopter qəzaya uğradı like
  • 26 Mar 16:39  
Dünya Yanğın söndürən helikopter qəzaya uğradı

Cənubi Koreyanın meşə yanğınlarının tüğyan etdiyi Uiseonq bölgəsind�

arrow Ətraflı
Bu ölkədə güclü zəlzələ oldu like
  • 26 Mar 16:29  
Dünya Bu ölkədə güclü zəlzələ oldu

Çilinin şimalındakı Tarapaka bölgəsində 5,4 bal gücündə zəlzələ qey

arrow Ətraflı
Çox yatmağın ciddi fəsadları ola bilər  XƏBƏRDARLIQ like
  • 26 Mar 16:20  
Digərləri Çox yatmağın ciddi fəsadları ola bilər XƏBƏRDARLIQ

Professor Sinem İliaz həddindən artıq yuxu müddətinin ürək xəstəliyi,

arrow Ətraflı
Bu il uşaqlara ən çox qoyulan adlar like
  • 26 Mar 16:07  
Digərləri Bu il uşaqlara ən çox qoyulan adlar

Bu il Azərbaycanda uşaqlara verilən adlar arasında əhəmiyyətli dəyişikl

arrow Ətraflı
Məşhur aktrisanın oğlu tədbirə ətəkdə gəldi like
  • 26 Mar 15:48  
Şou-biznes Məşhur aktrisanın oğlu tədbirə ətəkdə gəldi

Hollivud aktrisası Naomi Uottsun oğlu qısa jaket və ətəklə ictimaiyyət q

arrow Ətraflı
Yunan əsgərlərindən Türkiyə ilə bağlı çirkin təxribat: Ankara hərəkətə keçdi like
  • 26 Mar 15:37  
Dünya Yunan əsgərlərindən Türkiyə ilə bağlı çirkin təxribat: Ankara hərəkətə keçdi

Yunanıstanda keçirilən "Müstəqillik günü" tədbirləri zamanı

arrow Ətraflı
Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin ilginc təfərrüatı like
  • 26 Mar 15:32  
Digərləri Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin ilginc təfərrüatı

Qaydasız döyüş növü (MMA) üzrə məşqçi Orxan Hacıyevin qətlinin ilgi

arrow Ətraflı
Dünyanın ən varlı qadınlarının SƏRVƏTLƏRİ like
  • 26 Mar 15:28  
Digərləri Dünyanın ən varlı qadınlarının SƏRVƏTLƏRİ

Son illər qadınların biznes dünyasında göstərdikləri uğurlar daha çox

arrow Ətraflı
Dünyanın ən bahalı yumurtası satıldı like
  • 26 Mar 15:19  
Digərləri Dünyanın ən bahalı yumurtası satıldı

İngiltərədə yerləşən bir fermada tapılan nadir bir toyuq yumurtası dün

arrow Ətraflı