ABŞni Dini Azadlıq Komissiyasının ikili standartlara əsaslanan fəaliyyəti barədə ölçü götürməyə çağırırıq İcma


Siyasət 26 Mar 2025 15:53:00 114 0

ABŞni Dini Azadlıq Komissiyasının ikili standartlara əsaslanan fəaliyyəti barədə ölçü götürməyə çağırırıq  İcma

Amerika Birləşmiş Ştatlarının Dini Azadlıq Komissiyası adlı dövlət qurumu bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. Artıq bir neçə ildir Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirən Komissiyanın bu ilki hesabatı da Azərbaycana qeyri-obyektiv və əsassız iddialarla doludur.

Son.az xəbər verir ki, bu məlumat Qərbi Azərbaycan İcmasının bəyanatında öz əksini tapıb.

"Əvvəlki illərdə olduğu kimi bu il də hesabatın müəllifləri öz iddialarını "Ümumerməni Xeyriyyə İttifaqı", "Araqats Fondu" kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni millətçilərinin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) hazırladığı uydurma məruzələrlə və bədnam, anti-Azərbaycan fəaliyyəti ilə seçilən və radikal erməni diasporası üzvlərinin əlində alət olan "Freedom House" təşkilatının sənədləri ilə əsaslandırır.

ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın qərəzini sübut edən digər mühüm məqam bu qurumun dünyada dini azadlığın əsas qənimi olan Ermənistanı ümumiyyətlə izləməməsidir. Komissiyanın təbirincə, Ermənistan öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan çox azərbaycanlının başqa dini etiqada mənsub olduqları üçün total etnik təmizləməyə məruz qoymaqla, orada 300-dən artıq məscidi və yüzlərlə qəbirstanlığı dağıtmaqla dini azadlığı tam "təmin edib".

Mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən Komissiyaya xatırlatmaq istərdik ki, belə bir missiyanın Azərbaycana deyil, Ermənistana göndərilməsi zəruridir. Komissiya Ermənistan hökumətinin bu ölkədəki Azərbaycan mədəni və dini irsi ilə bağlı UNESCO missiyasının Ermənistana göndərilməsinə imkan verməməsi məsələsi ilə məşğul olması daha düz olardı.

Hesabatda "dağlıq qarabağ" kimi ifadələrdən işlədilməklə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirilib.

Biz Komissiyanın irqçi, regionda sülh və barışığa mane olan bu addımlarını qınayır və ABŞ tərəfini qurumun nümayiş etdirdiyi qeyri-obyektiv və ikili standartlara əsaslanan fəaliyyəti barədə ölçü götürməyə çağırırıq", - bəyanatda qeyd edilib.

Məşhur aktrisanın oğlu tədbirə ətəkdə gəldi like
  • 26 Mar 15:48  
Şou-biznes Məşhur aktrisanın oğlu tədbirə ətəkdə gəldi

Hollivud aktrisası Naomi Uottsun oğlu qısa jaket və ətəklə ictimaiyyət q

arrow Ətraflı
Yunan əsgərlərindən Türkiyə ilə bağlı çirkin təxribat: Ankara hərəkətə keçdi like
  • 26 Mar 15:37  
Dünya Yunan əsgərlərindən Türkiyə ilə bağlı çirkin təxribat: Ankara hərəkətə keçdi

Yunanıstanda keçirilən "Müstəqillik günü" tədbirləri zamanı

arrow Ətraflı
Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin ilginc təfərrüatı like
  • 26 Mar 15:32  
Digərləri Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin ilginc təfərrüatı

Qaydasız döyüş növü (MMA) üzrə məşqçi Orxan Hacıyevin qətlinin ilgi

arrow Ətraflı
Dünyanın ən varlı qadınlarının SƏRVƏTLƏRİ like
  • 26 Mar 15:28  
Digərləri Dünyanın ən varlı qadınlarının SƏRVƏTLƏRİ

Son illər qadınların biznes dünyasında göstərdikləri uğurlar daha çox

arrow Ətraflı
Dünyanın ən bahalı yumurtası satıldı like
  • 26 Mar 15:19  
Digərləri Dünyanın ən bahalı yumurtası satıldı

İngiltərədə yerləşən bir fermada tapılan nadir bir toyuq yumurtası dün

arrow Ətraflı
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib like
  • 26 Mar 15:17  
Siyasət Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qu

arrow Ətraflı
Sərdar Berdiməhəmmədov İlham Əliyevi təbrik edib like
  • 26 Mar 15:15  
Siyasət Sərdar Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti �

arrow Ətraflı
Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib like
  • 26 Mar 15:13  
Siyasət Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azə

arrow Ətraflı
İBBdə Əkrəm İmamoğlunu kim əvəz edəcək?  Namizədin adı açıqlandı like
  • 26 Mar 15:10  
Digərləri İBBdə Əkrəm İmamoğlunu kim əvəz edəcək? Namizədin adı açıqlandı

Türkiyədə İBB sədri Əkrəm İmamoğlunun korrupsiya istintaqı ilə bağl�

arrow Ətraflı
Qələbə "Boeing"in oldu: Yeni qırıcı F22 "Raptor"un yerini tutacaq like
  • 26 Mar 14:52  
Dünya Qələbə "Boeing"in oldu: Yeni qırıcı F22 "Raptor"un yerini tutacaq

F-22 "Raptor"un yerini alacaq yeni nəsil qırıcı üçün ABŞ Hərb

arrow Ətraflı
Ən dayanıqlı bakteriya: Nə radiasiya, nə də kosmik vakum ona təsir edir like
  • 26 Mar 14:40  
Digərləri Ən dayanıqlı bakteriya: Nə radiasiya, nə də kosmik vakum ona təsir edir

Dünyada ən çətin şəraitdə sağ qala bilən canlılar mövcuddur. Onlardan

arrow Ətraflı
Müğənni Emil Rusiyada saxlanıldı like
  • 26 Mar 14:33  
Şou-biznes Müğənni Emil Rusiyada saxlanıldı

"Səs" iştirakçısı Emil Kadırov dələduzluq ittihamı ilə saxla

arrow Ətraflı
Yerdə ilk canlı orqanizm harada yarana bilərdi?  Yeni kəşf like
  • 26 Mar 14:33  
Digərləri Yerdə ilk canlı orqanizm harada yarana bilərdi? Yeni kəşf

Fosfor Yerdəki həyatın əsas elementlərindən biridir, lakin onun nadirliyi

arrow Ətraflı
İrəvana gedib Azərbaycan dilində danışdı  Ermənilər təşvişdə like
  • 26 Mar 14:29  
Digərləri İrəvana gedib Azərbaycan dilində danışdı Ermənilər təşvişdə

Türkiyəli gəncin İrəvanda Azərbaycan dilində danışaraq video çəkməsi

arrow Ətraflı
Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib like
  • 26 Mar 14:25  
Siyasət Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Res

arrow Ətraflı