Ən dayanıqlı bakteriya: Nə radiasiya, nə də kosmik vakum ona təsir edir


Digərləri 26 Mar 2025 14:40:00 99 0

Ən dayanıqlı bakteriya: Nə radiasiya, nə də kosmik vakum ona təsir edir

Dünyada ən çətin şəraitdə sağ qala bilən canlılar mövcuddur. Onlardan biri də "Konan bakteriyası" adlandırılan Deinococcus radioduransdır.

Son.az xəbər verir ki, Rutgers Universitetinin təkamül bioloqu Skott Trevers "Forbes" nəşrində dərc olunan məqaləsində bu bakteriyanın fövqəladə xüsusiyyətlərindən bəhs edib. 

O qeyd edir ki, Deinococcus radiodurans təkcə sağ qalmaqla kifayətlənmir, eyni zamanda demək olar bütün digər canlıları məhv edəcək ekstremal mühitlərdə inkişaf edə bilir. O, hətta güclü qamma şüalanmasına və kosmik vakuuma dözmək qabiliyyətinə malikdir.

Mütəxəssisin sözlərinə görə, bu bakteriya insan üçün ölümcül olan radiasiya dozalarından minlərlə dəfə yüksək səviyyələrə tab gətirə bilir. "Konan bakteriyası" 15.000 Qreyd (Gy) radiasiya dozasına məruz qalaraq 37% sağ qalma ehtimalına malikdir.

Bundan əlavə, Deinococcus radiodurans aqressiv kimyəvi maddələrə, ekstremal soyuğa, turşulara və hətta uzun müddət susuz qalmağa qarşı yüksək dayanıqlıdır.

Trevers xatırladıb ki, 2020-ci ildə bu bakteriya Beynəlxalq Kosmik Stansiyaya göndərilib. Aparılan təcrübələr nəticəsində müəyyən olunub ki, o, üç il ərzində kosmosun sərt vakuumuna və radiasiyasına tab gətirə bilər.

Alimin sözlərinə görə, Deinococcus radiodurans təsadüf nəticəsində kəşf edilib. 1956-cı ildə Oregon Kənd Təsərrüfatı Eksperimental Stansiyasının mikrobioloqu Artur Anderson qamma şüalanmasından istifadə edərək ət konservlərini sterilizasiya etməyə çalışırdı. O, bütün məlum mikrobları məhv edəcək qədər yüksək radiasiya dozası tətbiq etsə də, bəzi konservlər hələ də xarab olurdu. Sonrakı araşdırmalar göstərdi ki, Deinococcus radiodurans bu radiasiyaya tab gətirib və hətta çoxalmağa davam edib.

2022-ci ildə "Astrobiology" jurnalında dərc olunan tədqiqat isə bu bakteriyanın Mars şəraitində yaşama potensialını ortaya qoyub. Məlum olub ki, Deinococcus radiodurans orta hesabla -63°C temperatur, sərt quraqlıq və kosmik radiasiyaya dözə bilir.

Alimlər bildiriblər ki, bu bakteriya Mars səthinin 10 metr dərinliyində 280 milyon il sağ qala bilər. Tədqiqatçılar hesab edirlər ki, qırmızı planetdə bu cür ekstremal şəraitə uyğunlaşmış digər mikroorqanizmlər də mövcud ola bilər.

Bioloqun sözlərinə görə, Deinococcus radiodurans-ın fövqəladə dözümlülüyü onun genetik və biokimyəvi xüsusiyyətlərində gizlidir. Bu bakteriya hər hüceyrəsində 10-a qədər genom nüsxəsini saxlayır. Güclü radiasiya nəticəsində DNT zədələnsə belə, bu ehtiyat genomlar orijinal DNT-ni sürətlə və dəqiq şəkildə bərpa etməyə imkan verir.

Trevers qeyd edir ki, bu bakteriya digər orqanizmlərdən fərqli olaraq, DNT parçalarını xüsusi toroid (halqa şəkilli) strukturlar şəklində təşkil edir. Bu, hüceyrənin genetik materialı tez bir zamanda bərpa etməsinə şərait yaradır.

Bundan əlavə, Deinococcus radiodurans-ın güclü antioksidant müdafiə sistemi var. Bu sistem margan ionları vasitəsilə işləyir və ionlaşdırıcı radiasiya nəticəsində yaranan sərbəst radikalları zərərsizləşdirir.

Hazırda elm adamları bu bakteriyanın qoruyucu mexanizmlərindən ilhamlanaraq, astronavtları kosmik radiasiyadan qorumaq üçün sintetik antioksidantlar üzərində işləyirlər. Həmçinin, radiasiya fəlakətləri zamanı xilasetmə işçilərini qorumaq üçün yeni texnologiyalar hazırlanır.

Daha əvvəl elm adamları Antarktida yaxınlığında, okeanın dibində nəhəng dəniz hörümçəyi aşkar ediblər. Bu hörümçəklərin ölçüləri bəzən insan üzü qədər böyük ola bilər.

Bundan əlavə, suda yaşayan "tixoqod" adlanan mikroskopik canlıların xüsusi bir proteininin insanları nüvə radiasiyasından qoruma potensialına malik olduğu müəyyən edilib. Alimlər bu mexanizmin gələcəkdə tibbi sahədə tətbiq edilə biləcəyini araşdırırlar./qaynarinfo.az

Müğənni Emil Rusiyada saxlanıldı like
  • 26 Mar 14:33  
Şou-biznes Müğənni Emil Rusiyada saxlanıldı

"Səs" iştirakçısı Emil Kadırov dələduzluq ittihamı ilə saxla

arrow Ətraflı
Yerdə ilk canlı orqanizm harada yarana bilərdi?  Yeni kəşf like
  • 26 Mar 14:33  
Digərləri Yerdə ilk canlı orqanizm harada yarana bilərdi? Yeni kəşf

Fosfor Yerdəki həyatın əsas elementlərindən biridir, lakin onun nadirliyi

arrow Ətraflı
İrəvana gedib Azərbaycan dilində danışdı  Ermənilər təşvişdə like
  • 26 Mar 14:29  
Digərləri İrəvana gedib Azərbaycan dilində danışdı Ermənilər təşvişdə

Türkiyəli gəncin İrəvanda Azərbaycan dilində danışaraq video çəkməsi

arrow Ətraflı
Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib like
  • 26 Mar 14:25  
Siyasət Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Res

arrow Ətraflı
Tramp süni intellektdən qorxduğunu etiraf etdi like
  • 26 Mar 14:24  
Dünya Tramp süni intellektdən qorxduğunu etiraf etdi

ABŞ prezidenti Donald Tramp süni intellektin imkanlarından qorxduğunu etiraf

arrow Ətraflı
“İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsində YENİ TƏYİNAT like
  • 26 Mar 14:10  
Digərləri “İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsində YENİ TƏYİNAT

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni

arrow Ətraflı
Ermənistan Parlamenti Aİyə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib like
  • 26 Mar 14:06  
Digərləri Ermənistan Parlamenti Aİyə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

Ermənistan Parlamenti ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başl

arrow Ətraflı
"TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə hökm oxunub like
  • 26 Mar 14:00  
Digərləri "TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə hökm oxunub

Füzuli rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Nemət Bayram

arrow Ətraflı
Ənənəvi dərsliklər tarixə qovuşur?  Onları nə əvəz edə bilər like
  • 26 Mar 13:54  
Digərləri Ənənəvi dərsliklər tarixə qovuşur? Onları nə əvəz edə bilər

Son illərdə təhsil mütəxəssisləri və ekspertlər uşaqlar və yeniyetmə

arrow Ətraflı
Nazir Rizvan Ələsgərova yüksək vəzifə verdi like
  • 26 Mar 13:50  
Digərləri Nazir Rizvan Ələsgərova yüksək vəzifə verdi

Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu ü

arrow Ətraflı
Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ like
  • 26 Mar 13:47  
Şou-biznes Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ

Leonardo Di Kaprionun sevgilisi  münasibətində onu nəyin əsəbiləşdirdiy

arrow Ətraflı
Ən uğursuz 3 bürc  Onların şansı gətirmir like
  • 26 Mar 13:40  
Digərləri Ən uğursuz 3 bürc Onların şansı gətirmir

Astroloqlar uzun illərdir ki, bürclərin insanların həyatına təsiri ilə b

arrow Ətraflı
Bakının bu yerlərində evlərin qiymətində KƏSKİN BAHALAŞMA olacaq like
  • 26 Mar 13:29  
Digərləri Bakının bu yerlərində evlərin qiymətində KƏSKİN BAHALAŞMA olacaq

Bakıda bəzi ərazilərdə mənzil qiymətlərinin artması gözlənilir. Azər

arrow Ətraflı
Xankəndiyə turist axını var like
  • 26 Mar 13:25  
Digərləri Xankəndiyə turist axını var

Bayram tətilini fürsət bilən sakinlər işğaldan azad edilmiş bir çox ray

arrow Ətraflı
Wifi marşrutlandırıcı sizə gizli zərər verir: Mənfi təsirlərə qarşı populyar HİYLƏLƏR like
  • 26 Mar 13:21  
Digərləri Wifi marşrutlandırıcı sizə gizli zərər verir: Mənfi təsirlərə qarşı populyar HİYLƏLƏR

Bəs evinizdəki ən gözə dəyməyən cihaz yavaş-yavaş məhsuldarlığını

arrow Ətraflı