"TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə hökm oxunub


Digərləri 26 Mar 2025 14:00:00 82 0

"TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə hökm oxunub

Füzuli rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Nemət Bayramlının cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nemət Bayramlı 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında Füzuli rayonunun, Kürmahmudlu kəndi ərazisində baş verib. 2005-ci il təvəllüdlü Nemət Bayramlı aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Azər Allahverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İttihama görə, Nemət Bayramlı "TikTok" sosial şəbəkəsi üzərində gördüyü videonun mənasını soruşmaq üçün videonun sahibi, daha əvvəl heç tanımadığı Azər Allahverdiyevlə və onun qardaşı ilə danışıb. Söhbət zamanı təhqiramiz ifadələrin istifadəsinə görə onlar yolun Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən hissəsində yol kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında görüşüblər. Bir qədər söhbət etdikdən sonra o, Azər Allahverdiyevi qəsdən öldürmək məqsədi ilə yanacaqdoldurma məntəqəsinə bitişik olan istifadəyə verilməmiş tikilinin yan tərəfinə dəvət edərək sonuncudan telefonda danışarkən onu təhqir etməsinin səbəbini soruşub. Azər Allahverdiyev ona təhqi etmədiyini bildirsə də, həmin videoya görə yetkinlik yaşına çatmayan qardaşına iradlar bildirib sorğu-suala tutmasına haqlı cavab verdiyini söyləyib. Nemət Bayrmalı A.Allahverdiyevi qəsdən öldürmək məqsədilə ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını götürərək sonuncunuya ağır xəsarət yetirərək onun ölməsinə səbəb olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Nemət Bayramlı barəsində Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), maddələri ilə ittiham irəli sürülüb.

Ənənəvi dərsliklər tarixə qovuşur?  Onları nə əvəz edə bilər like
  • 26 Mar 13:54  
Digərləri Ənənəvi dərsliklər tarixə qovuşur? Onları nə əvəz edə bilər

Son illərdə təhsil mütəxəssisləri və ekspertlər uşaqlar və yeniyetmə

arrow Ətraflı
Nazir Rizvan Ələsgərova yüksək vəzifə verdi like
  • 26 Mar 13:50  
Digərləri Nazir Rizvan Ələsgərova yüksək vəzifə verdi

Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu ü

arrow Ətraflı
Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ like
  • 26 Mar 13:47  
Şou-biznes Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ

Leonardo Di Kaprionun sevgilisi  münasibətində onu nəyin əsəbiləşdirdiy

arrow Ətraflı
Ən uğursuz 3 bürc  Onların şansı gətirmir like
  • 26 Mar 13:40  
Digərləri Ən uğursuz 3 bürc Onların şansı gətirmir

Astroloqlar uzun illərdir ki, bürclərin insanların həyatına təsiri ilə b

arrow Ətraflı
Bakının bu yerlərində evlərin qiymətində KƏSKİN BAHALAŞMA olacaq like
  • 26 Mar 13:29  
Digərləri Bakının bu yerlərində evlərin qiymətində KƏSKİN BAHALAŞMA olacaq

Bakıda bəzi ərazilərdə mənzil qiymətlərinin artması gözlənilir. Azər

arrow Ətraflı
Xankəndiyə turist axını var like
  • 26 Mar 13:25  
Digərləri Xankəndiyə turist axını var

Bayram tətilini fürsət bilən sakinlər işğaldan azad edilmiş bir çox ray

arrow Ətraflı
Wifi marşrutlandırıcı sizə gizli zərər verir: Mənfi təsirlərə qarşı populyar HİYLƏLƏR like
  • 26 Mar 13:21  
Digərləri Wifi marşrutlandırıcı sizə gizli zərər verir: Mənfi təsirlərə qarşı populyar HİYLƏLƏR

Bəs evinizdəki ən gözə dəyməyən cihaz yavaş-yavaş məhsuldarlığını

arrow Ətraflı
İmamoğlu effekti: Türkiyə iqtisadiyyatını nə gözləyir? like
  • 26 Mar 13:14  
Siyasət İmamoğlu effekti: Türkiyə iqtisadiyyatını nə gözləyir?

Türkiyə çətin dövr yaşayır. Artan xarici təzyiqlər və siyasi qeyri-sab

arrow Ətraflı
Anna Prokofyeva hərbi əməliyyat zonasında həlak oldu like
  • 26 Mar 13:07  
Dünya Anna Prokofyeva hərbi əməliyyat zonasında həlak oldu

Belqorod vilayətində Rusiyanın "Birinci kanal"ının ("Пер�

arrow Ətraflı
Ermənistanla sülh  ABŞ Türkiyə ilə müzakirə etdi like
  • 26 Mar 13:00  
Dünya Ermənistanla sülh ABŞ Türkiyə ilə müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ dövlət katibi

arrow Ətraflı
Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edir like
  • 26 Mar 12:55  
Digərləri Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edir

Rusiyanın "Red Wings" aviaşirkəti aprel ayında Jukovski hava liman

arrow Ətraflı
Evlərini satmaq istəyən bu şəxlərə PİS XƏBƏR like
  • 26 Mar 12:52  
Digərləri Evlərini satmaq istəyən bu şəxlərə PİS XƏBƏR

Bəzi hallarda tərəflər arasında nikah müqaviləsinin imzalanmaması və da

arrow Ətraflı
Sabah Bakıda 16 dərəcə isti olacaq like
  • 26 Mar 12:49  
Digərləri Sabah Bakıda 16 dərəcə isti olacaq

Martın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ  Bu yol təmirə bağlanır like
  • 26 Mar 12:44  
Digərləri Sürücülərin NƏZƏRİNƏ Bu yol təmirə bağlanır

Nərimanov rayonu, Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsi

arrow Ətraflı
Vasif Rzayev yüksək vəzifəyə təyin olundu like
  • 26 Mar 12:22  
Digərləri Vasif Rzayev yüksək vəzifəyə təyin olundu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏM

arrow Ətraflı