Rusiya mediasında İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb
Siyasət 06 Yan 2026 22:20:00 97 0
Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib.
Bu xəbəri də oxu: Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan dünyaya daha böyük töhfələr verəcək – Sahil Kərimli
Son.az Trend-ə istinadən xəbər verir ki, "RİA Novosti", TASS, "Vesti Kavkaza", "İnterfaks" agentlikləri, "360" televiziya kanalı və digər media qurumları dərc etdikləri materiallarda Prezident İlham Əliyevin "Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur" fikrini önə çəkiblər. Nəşrlərdə, həmçinin dövlət başçısının Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını vurğuladığı qeyd olunur.
Medianın materiallarında Prezident İlham Əliyevin Azərbaycanın tranzit imkanlarının gələcəkdə daha da genişlənəcəyinə əminliyi diqqətə çatdırılır, Avropa və Asiya məkanında iqtisadi əlaqələrin möhkəmləndirilməsi kontekstində nəqliyyat infrastrukturunun inkişafının vacibliyi xüsusi qeyd edilir.
Xəbər resursları dərc etdikləri yazılarda Azərbaycan liderinin regionda xarici siyasət çağırışlarına dair mövqeyinə, suverenliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin zəruriliyinə diqqət yetirirlər. Media qurumları Prezident İlham Əliyevin 907-ci düzəlişin tamamilə ləğv edilməsinin vacibliyi ilə bağlı fikirlərini, eləcə də ikitərəfli münasibətlərin əsas aspektləri və regional təşəbbüslər barədə mövqeyini sitat gətirirlər.
Ümumilikdə, Rusiya mediası Azərbaycanın regional və beynəlxalq proseslərdə strateji rolunu vurğulayır, Prezident İlham Əliyevin müsahibəsini geniş şəkildə işıqlandırır və onun bəyanatlarını rəsmi Bakının ardıcıl, müstəqil və fəal xarici siyasətinin təzahürü kimi qiymətləndirir. Son.az
Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qara Təhlə kənd
Smartfonların hər şeyi bir araya topladığı müasir dövrdə bəzi cihazlar
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən hərbi müd
Baş Dövlət Yol Polisi İdarəsi ölkənin bəzi ərazilərində müşahidə o
Prezident İlham Əliyev dünən yerli telekanallara verdiyi müsahibədə Qarab
2026-cı il numerologiyada "1-ci il" sayılır - yeni başlanğıclar�
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının M
Soba istifadə etmədən də sufle ləzzətini dadmaq istəyənlər üçün buxa
2026-cı ilin əvvəli bizə Qarabağ qələbəmizi emosiyalar və ya mövcud si
Rusiya İstintaq Komitəsinə aid olduğu deyilən məktub yayılıb.
Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üzrə t�
