Azərbaycanda icra hakimiyyətləri ləğv edilir?
Digərləri 06 Yan 2026 21:13:00 103 0
Prezident İlham Əliyev dünən yerli telekanallara verdiyi müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan xüsusi nümayəndəlik idarəetmə modelinin ölkənin digər ərazilərində tətbiq edilə biləcəyini istisna etməyib. Dövlət başçısı vurğulayıb ki, bu, operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.
Bu xəbəri də oxu: Azərbaycanda milyonçu iş adamı həbsdə dünyasını dəyişdi
Bu da icra hakimiyyətlərinin ləğvini gündəmə gətirir.
Son.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, xüsusi nümayəndəlik idarəetmə forması özünü doğruldub.
"Bu üsuli-idarə metodu ilə daha az komanda ilə operativ işlər görmək olar. Prezident məsələyə bu kontekstdən yanaşdı və bildirdi ki, digər rayonlarda da tətbiq oluna bilər. Prezidentin sözügedən məsələ ilə bağlı bir müddət əvvəl də mövqeyi olmuşdu. Dövlət başçısı vurğulamışdı ki, icra hakimiyyəti struktur vahidi olaraq keçmiş sovetlər dönəmindən qalıb. Prezident əlavə edib ki, icra hakimiyyətləri müasir tələblərə cavab vermir. Buna görə də islahatlar istisna deyil. Bu məsələ uzun müddətdir siyasi sferada da müzakirə olunub, təkliflər səsləndirilib. Həmçinin təklif etmişdik ki, idarəetmə forması olaraq Türkiyədəki model tətbiq olunsun. Məlum olduğu kimi, orada bələdiyyələr bir çox səlahiyyətlərə malikdirlər, bundan başqa isə prezidentin təyin etdiyi valilər dövlət başçısının qərar və sərəncamlarının icrası ilə məsuldurlar. Birmənalı olaraq deyil ki, həmin təcrübə ölkəmizdə də tətbiq edilsin. Prezident İlham Əliyevin müsahibəsindən də göründü ki, islahatların olması mümkündür. Bu, zamana bağlıdır. İşğaldan azad olunmuş ərazilərdə olduğu kimi, digər bölgələrdə də icra hakimiyyətləri xüsusi nümayəndəliklə əvəzlənə bilər. İdarəetmə ilə bağlı məsələni ciddi analiz etmək, bunun mənfi və müsbət tərəflərini üzə çıxarmaq lazımdır. Qısası, prezident bu məsələyə toxundusa, islahatların olması ehtimalı yüksəkdir".
Milli Məclisin deputatı Azay Quliyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən xüsusi nümayəndəlik idarəetmə modelinin ölkənin digər ərazilərində mümkün tətbiqi ilə bağlı səsləndirilən fikirlər əslində təkcə inzibati struktur dəyişikliyi deyil, dövlət idarəçiliyinə baxışın köklü şəkildə yenilənməsi anlamına gəlir:
2026-cı il numerologiyada "1-ci il" sayılır - yeni başlanğıclar�
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının M
Soba istifadə etmədən də sufle ləzzətini dadmaq istəyənlər üçün buxa
2026-cı ilin əvvəli bizə Qarabağ qələbəmizi emosiyalar və ya mövcud si
Rusiya İstintaq Komitəsinə aid olduğu deyilən məktub yayılıb.
Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üzrə t�
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin
Azərbaycan İnvestisiya Holdinqində İctimaiyyətlə əlaqələr şöbəsinin
Əməkdar artist Dilarə Əliyeva "Afaqla onlar" verilişində qonaq o
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni t
Dövlət Gömrük Komitəsi "daşınar əşyanın sahibsiz hesab edilməsi&
"Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktor müavini Söhrab �
