Qapını çırpmaq təkcə nəzakətsizlik deyil, bu nasazlıqları yaradır


Digərləri 25 Mar 2025 05:05:00 91 0

Qapını çırpmaq təkcə nəzakətsizlik deyil, bu nasazlıqları yaradır

Avtomobil qapıları gündəlik intensiv istifadə səbəbindən əhəmiyyətli yüklərə məruz qalır. Lakin sürücülərin bəzi vərdişləri qapı mexanizmlərinin xidmət müddətini daha da qısalda bilər.

Son.az oxu.az-a istinadən qapıların vaxtından əvvəl köhnəlməsinə səbəb olan geniş yayılmış dörd səhvi təqdim edir:

Qapıların çırparaq örtülməsi

Bir çox sürücü, xüsusilə keçmiş onilliklərin avtomobillərindən istifadəyə başlayanlar, qapıları çırparaq bağlamağa öyrəşiblər. Müasir maşınlarda qapı kilidləri elə dizayn edilib ki, etibarlı bağlanmaq üçün yüngül bir hərəkət kifayətdir. Daimi güclü çırpma kilidin qırılmasına və qapının daxili komponentlərinin boşalmasına səbəb ola bilər ki, bu da hərəkət zamanı kənar səslərin yaranmasına yol açar.

Açıq qapıya söykənmək

Bəzi avtomobil sahibləri avtomobilin yanında söhbət edərkən açıq qapıya və ya onun daxili panelinə söykənmək vərdişinə malikdirlər. Bu davranış petlə və bərkidici hissələrə əlavə yük yaradır, nəticədə zamanla qapı sallanır, bağlanması isə çətinləşir. Hətta yüngül təzyiq belə qapının həndəsəsinə mənfi təsir göstərə bilər.

Qapıları sonuna qədər açmaq

Qapının kəskin və tam şəkildə sonuna qədər açılması, xüsusilə geri sıçrayışla, məhdudlaşdırıcılara və petlələrə zərər verir. Bu istifadə tərzi bərkidici hissələrin zəifləməsinə və boşluğun yaranmasına səbəb ola bilər ki, bu da avtomobilin istifadəsində rahatlığa və təhlükəsizliyə təsir edər.

Petlələrin yağlanmasına laqeydlik

Qapı petlələrinin müntəzəm yağlanması vacib prosedurdur, lakin çoxları bunu unudur. Lazımi qulluq olmadan petlələr cırıldamağa, aşınmağa və bəzən tutulmağa başlayır. Uyğun yağlayıcıdan istifadə petlələrin ömrünü uzadar və qapıların rəvan açılıb-bağlanmasını təmin edər.

Avtomobil mütəxəssislərinin sözlərinə görə, bu vərdişlərdən qaçınmaq və qapı mexanizmlərinə müntəzəm qulluq göstərməklə onların istismar müddətini xeyli uzatmaq mümkündür.

Portağal və naringinin gizli TƏHLÜKƏLƏRİ like
  • 25 Mar 04:04  
Digərləri Portağal və naringinin gizli TƏHLÜKƏLƏRİ

Sitrus meyvələrinin həddindən artıq istehlakı sağlamlığa mənfi təsir

arrow Ətraflı
Məşhurların həyatını kabusa çevirdi  FOTO like
  • 25 Mar 03:03  
Şou-biznes Məşhurların həyatını kabusa çevirdi FOTO

Türkiyədə 19 yaşlı E.G adlı şəxs özünü pərəstişkar kimi göstərə

arrow Ətraflı
"Oskar" gələn il bu tarixdə keçiriləcək like
  • 25 Mar 01:01  
Şou-biznes "Oskar" gələn il bu tarixdə keçiriləcək

98-ci "Oskar" mükafatları mərasiminin keçiriləcəyi tarix açıql

arrow Ətraflı
Ukrayna agenti Rusiyanın düz “mərkəzində” oturubmuş  FSB həbs etdi like
  • 25 Mar 00:49  
Dünya Ukrayna agenti Rusiyanın düz “mərkəzində” oturubmuş FSB həbs etdi

Rusiyanın tənzimləyici orqanlarından birinin mərkəzi aparatının əməkda

arrow Ətraflı
Maşınları qaçırdıb, qəza törətdi like
  • 25 Mar 00:37  
Digərləri Maşınları qaçırdıb, qəza törətdi

Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı v�

arrow Ətraflı
Daha bir serial bitir like
  • 25 Mar 00:18  
Digərləri Daha bir serial bitir

Türkiyədə yayımlanan daha bir serial final edir.

arrow Ətraflı
Türkiyədə silahlı hücum  Azərbaycan vətəndaşı yaralandı like
  • 25 Mar 00:05  
Digərləri Türkiyədə silahlı hücum Azərbaycan vətəndaşı yaralandı

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.

arrow Ətraflı
Günün qoroskopu: impulsiv qərarlardan çəkinin like
  • 25 Mar 00:01  
Digərləri Günün qoroskopu: impulsiv qərarlardan çəkinin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Hər həftə bu qədər qazanırlar  20160 min manat... like
  • 24 Mar 23:40  
Digərləri Hər həftə bu qədər qazanırlar 20160 min manat...

Türkiyə istehsalı seriallar auditoriyasını ildən-ilə genişləndirir. Art

arrow Ətraflı
Yəməndən İsrailə raket atdılar like
  • 24 Mar 23:27  
Dünya Yəməndən İsrailə raket atdılar

İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi İsrail hüdudların

arrow Ətraflı
Ruslan Surxayevin qatili öldürüldü  Şübhəli mərhumun qardaşıdır like
  • 24 Mar 23:25  
Digərləri Ruslan Surxayevin qatili öldürüldü Şübhəli mərhumun qardaşıdır

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb. 

arrow Ətraflı
"Bu, dağ kimi dərdinə sinə gərən gücündən bəllidir" like
  • 24 Mar 23:14  
Şou-biznes "Bu, dağ kimi dərdinə sinə gərən gücündən bəllidir"

Aparıcı Vüsalə Əlizadə anası Lütviyyə Əlizadə ilə bağlı paylaşım

arrow Ətraflı
Zelenskinin otağında diqqət çəkən rəsm  FOTO like
  • 24 Mar 23:00  
Dünya Zelenskinin otağında diqqət çəkən rəsm FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski kabinetinin arxasındakı istirahət otağ

arrow Ətraflı