Ruslan Surxayevin qatili öldürüldü Şübhəli mərhumun qardaşıdır
Digərləri 24 Mar 2025 23:25:00 93 0
Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.
Bu xəbəri də oxu: Qapını çırpmaq təkcə nəzakətsizlik deyil, bu nasazlıqları yaradır
Hadisə bu gün saat 21 radələrində qeydə alınıb.
27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib.
A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.
O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir.
Onu da əlavə edək ki, Orxan Hacıyev MMA üzrə məşqçidir.
Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda "Yeddi Gümbəz" qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atasının qarşı tərəfdən şikayətçi olmadığı bildirilib.
Məlumat üçün bildirək ki, 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyev barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Bu hökmdən prokurorluq apelyasiya protesti və O.Hacıyev apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxaraq O. Hacıyevin əməlini 123.1-ci maddəyə (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) tövsif edərək onun 2 il cəza müddətini 1 il 6 aya salıb. İstintaq və məhkəmə dövründə O. Hacıyev bu cəzası çəkdiyindən məhkəmə zalından azadlığa buraxılıb.
Aparıcı Vüsalə Əlizadə anası Lütviyyə Əlizadə ilə bağlı paylaşım

Ukrayna Prezidenti Volodimir Zelenski kabinetinin arxasındakı istirahət otağ

"Cümhuriyyət Xalq Partiyasının (CHP) özünün çalıb oynadığı oyun

Britaniya və Fransa "sülhməramlıları" Ukrayna prezidenti Vladimir

Türkiyədə son günlər baş verən siyasi proseslər fonunda tanınmış xəb

Qrip və ya soyuqdəymə zamanı burunun axması bədənin müdafiə mexanizmlə

ABŞ Ukrayna ilə mineral ehtiyatlara dair sazişlə bağlı razılığa gəlib.

"Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin

Ukrayna Milli Qvardiyasının əsgəri rus əsirliyindən əvvəlki və sonrakı

2024-cü il mayın 30-du saat 9-da Bakının Sabunçu rayonunda qətl hadisəsi

Müğənni Sevda Sanaliyeva açıqlaması ilə uzun sürən sükutu pozub.

Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin.

Bəzən tale gözlənilməz, lakin çox sevindirici sürprizlər təqdim edir.

Türkiyədə keçirilən mitinqlər maraqlı anlara səbəb olub.
