Bakıda qadın onunla evlənmək istəməyən kişini öldürdü


Digərləri 24 Mar 2025 21:00:00 100 0

Bakıda qadın onunla evlənmək istəməyən kişini öldürdü

2024-cü il mayın 30-du saat 9-da Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Bu barədə cinayəti törədən 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirova  özü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, məlumat verib.

Polis və prokurorluq əməkdaşları qətl törədilən ünvana yollanıblar. Məlum olub ki, hadisə Ramana qəsəbəsi, 12-ci mədən, ev 43-də baş verib. Yataq otağında, masa ilə çarpayının arasında, üzü üstə uzanılqlı, yarıçılpaq vəziyyətdə Samir İsrəfilovun meyiti, masa üzərində isə məişət təyinatlı bıçaq aşkar edilib.   Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Samir İsrəfilovun ölümünə -  ürəyin zədələnməsi nəticəsində massiv qanitirmə səbəb olub.

Ruhiyyə Tahirova 1976-cı ildə Xocavənd rayonunda anadan olub, əvvəllər məhkum olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.   İstintaqla müəyyən edilib ki, mayın 30-da səhər Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə olduğu Samir İsrəfilova münasibətlərini rəsmləşdirib, nikaha daxil olmaq istədiyini söyləyib. Samir isə Ruhiyyənin təklifinə biganə yanaşaraq, onunla vaxtını keçirdiyini bildirib. İsrəfilovun rədd cavabını qadın özünə qarşı təhqir kimi qəbul edib. Aralarında baş vermiş mübahisə zamanı əvvəl əlbəyaxa olublar. Samirin fiziki cəhətdən daha güclü olduğunu görən Ruhiyyə qəzəblənərək, qisas məqsədi ilə masada olan bıçağı götürüb, onun döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirib. Nəticədə Samir İsrəfilov ölüb.

İş üzrə dindirilmiş Ruhiyyə Tahirova bildirib ki, rəsmi nikahda olduğu əri Mətbağır Məmmədov insult keçirdiyindən 2024-cü il fevralın 21-də vəfat edib. Bir həftə sonra Samir İsrəfilovla tanış olaraq, onunla birlikdə yaşamağa başlayıb:

"Samir mənə əvvəllər ailəli olduğunu, 3 övladı olduğunu, arvadı ilə boşandığını və anası ilə birlikdə NZS qəsəbəsində yaşadığını demişdi. Bundan əlavə, o demişdi ki, 2012-ci ildə atasını qətlə yetirdiyi üçün məhkum olunub. Samirin mənə qarşı münasibəti ciddi deyildi, buna görə aramızda mübahisə yaranmışdı. Belə ki, mən hər dəfə evlənməli olduğumuzu söyləyəndə, Samir hələ tez olduğunu deyirdi.

Mayın 29-dan 30-na keçən gecə evdə yeyib-içdik. Səhər saat 8 radələrində söhbət edərkən, birlikdə yaşamalı olduğumuz halda evlənməli olduğumuzu ona bir daha xatırlatdım. Samir isə israrla mənimlə vaxtını keçirəcəyini dedi. Bu cür danışmasının düzgün olmadığını söyləyəndə, Samir sözlərimə məhəl qoymadı. Onu "vuracağımı" deyəndə, o, "vurmayanın biqeyrət" olduğunu bildirdi. Oturduğu çarpayıdan qalxaraq, mənə yumruqla zərbələr vurdu, mərhum ata-anamı söydü. Həmin an masa üzərində olan bıçağı götürüb, çarpayıda oturmuş Samirin ürək nahiyəsinə zərbə endirdim. Samir sağ əli ilə yarasını tutub üzü üstə döşəməyə yıxıldı. Öz mobil nömrəmdən 102 xidmətinə zəng edib birlikdə yaşadığım insanı bıçaqla vurub öldürdüyümü bildirdim. Sonra müdirim Sadiq Allahverdiyevə də zəng vurub hadisə barədə məlumat verdim. Qonşuluqda yaşayan Səid adlı uşağa Samiri yerdən qaldırmağa kömək etməsini xahiş etsəm də, o, qorxduğu üçün içəri girmədi. Oturub evdə polis əməkdaşlarının gəlməsini gözlədim".   Məhkəmə iclasında Ruhiyyə Tahirova bildirib ki, Şabranda yaşayan dayısı qızının yanına getmək üçün iş yerindən 2 günlük icazə alsa da, Samir ona rayona getməsinə icazə verməyib:

"Buna görə də aramızda mübahisə yarandı. Samir evin qapısını bağlayaraq, açarları cibinə qoymuşdu. Məni söyüb döyməyə başladı. Mən də bıçağı Samirin əlindən aldım və sinəsinə xəsarət yetirdim".

İbtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq, qadın bildirib ki, hadisə günü aralarında "evlənmək" söhbəti olmayıb.   Zərərçəkmiş şəxsin hüquqi varisi Tural İsrəfilov ifadəsində göstərib ki, Samir qardaşı olsa da, münasibətləri soyuq olub:

"Mayın 30-da xalam oğlu qardaşımın öldürülməsi haqda məlumat verdi. Həmin gün Samirin meyitini patoloji anatomiya şöbəsindən təhvil alıb dəfn etdik".

Tural İsrəfilov Ruhiyyə Tahirovaya qarşı şikayəti və tələbi olmadığını bildirib.

Şahid Sərilə İsrafilova bildirib ki, fevralın 26-da oğlundan həmin qadının kim olduğunu soruşub:

"Samirə Ruhiyyədən xoşum gəlmədiyini dedim və evimə elə bir qadını gətirməsinə etiraz etdim. Mayın 30-da oğlumun yatdığı yerdə öldürülməsini eşitdim".   Məhkəmə nəticəyə gəlib ki, Ruhiyyə Tahirovanın Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.   Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhiyyə Tahirova 10 il müddətinə azadlıqdan məhrum olunub.

"Sinə əməliyyatı etdirdim, ehtiyac var idi" like
  • 24 Mar 20:48  
Şou-biznes "Sinə əməliyyatı etdirdim, ehtiyac var idi"

Müğənni Sevda Sanaliyeva açıqlaması ilə uzun sürən sükutu pozub.

arrow Ətraflı
"Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin" like
  • 24 Mar 20:36  
Digərləri "Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin"

Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin.

arrow Ətraflı
5 bürcün həyatı tezliklə dəyişəcək like
  • 24 Mar 20:24  
Digərləri 5 bürcün həyatı tezliklə dəyişəcək

Bəzən tale gözlənilməz, lakin çox sevindirici sürprizlər təqdim edir.

arrow Ətraflı
Mitinqdə sevgilisinə evlilik təklifi etdi like
  • 24 Mar 20:12  
Digərləri Mitinqdə sevgilisinə evlilik təklifi etdi

Türkiyədə keçirilən mitinqlər maraqlı anlara səbəb olub.

arrow Ətraflı
Ərdoğan Novruz bayramından danışdı like
  • 24 Mar 20:00  
Digərləri Ərdoğan Novruz bayramından danışdı

Türkiyədə Novruz bayramının rəsmi şəkildə kimi qeyd olunması planlaşd

arrow Ətraflı
İranın XİN başçısı İrəvana getdi like
  • 24 Mar 19:47  
Dünya İranın XİN başçısı İrəvana getdi

İranın xarici işlər naziri Abbas Araqçi İrəvana səfər edib.

arrow Ətraflı
“Putin bu əmrini dəyişməyib” like
  • 24 Mar 19:10  
Digərləri “Putin bu əmrini dəyişməyib”

"Rusiya Prezidenti Vladimir Putin Ukraynanın 30 günlük fasilə ilə bağ

arrow Ətraflı
Bred Pittin yaxşılığı başına bəla oldu like
  • 24 Mar 19:02  
Şou-biznes Bred Pittin yaxşılığı başına bəla oldu

Hollivud ulduzu Bred Pittin etdiyi yaxşılıq başına bəla olub. 

arrow Ətraflı
Dünyanın ən varlı adamı nəhayət evlənir  FOTO like
  • 24 Mar 18:42  
Digərləri Dünyanın ən varlı adamı nəhayət evlənir FOTO

Dünyanın ən varlı adamı və "Amazon"un yaradıcısı 61 yaşlı C

arrow Ətraflı
Qonşu ölkədə güclü like
  • 24 Mar 18:35  
Digərləri Qonşu ölkədə güclü

İranın Kirman əyalətinin Hocədək şəhərində Rixter şkalası ilə 5 bal

arrow Ətraflı
Mafiya başçısı saxlanıldı, görün hara gedəndə... like
  • 24 Mar 18:31  
Dünya Mafiya başçısı saxlanıldı, görün hara gedəndə...

İki il polisdən gizlənən italyan mafiya başçısı Kolumbiyada tutulub.

arrow Ətraflı
Vüqar Qurbanov onu işdən çıxardı  Yeni təyinat like
  • 24 Mar 18:30  
Digərləri Vüqar Qurbanov onu işdən çıxardı Yeni təyinat

Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev vəzifəsin

arrow Ətraflı
"Bakıda Rəşid Behbudovun oxumağını BƏYƏNMİRDİLƏR, konsertlərində zal dolmurdu"  VİDEO like
  • 24 Mar 18:20  
Şou-biznes "Bakıda Rəşid Behbudovun oxumağını BƏYƏNMİRDİLƏR, konsertlərində zal dolmurdu" VİDEO

Şölə Səfərəliyeva dünyaca məşhur azərbaycanlı müğənni Rəşid Behb

arrow Ətraflı
Kartof buna görə bahalaşıb like
  • 24 Mar 18:09  
Digərləri Kartof buna görə bahalaşıb

Azərbaycanda kartofun qiyməti kəskin artıb. 

arrow Ətraflı
Abort etmək istəyən qadın “Dəlixana”ya aparıldı like
  • 24 Mar 17:58  
Digərləri Abort etmək istəyən qadın “Dəlixana”ya aparıldı

Hamiləliyin gec mərhələsində qadın döldə ciddi qüsurlar olduğunu öyr�

arrow Ətraflı