Abort etmək istəyən qadın “Dəlixana”ya aparıldı
Digərləri 24 Mar 2025 17:58:00 66 0
Hamiləliyin gec mərhələsində qadın döldə ciddi qüsurlar olduğunu öyrəndiyi üçün abort etmək qərarına gəlib. Lakin həkimlərin müqaviməti ilə qarşılaşıb.
Bu xəbəri də oxu: İcra başçısı olmaq istəyən şəxsi aldadıb 20 min manatını aldı
Son.az-ın xarici mediaya istinadla xəbərinə görə, polşada böyük qalmaqal yaşanıb - bir qadın abort etmək istəyib, ancaq onu ruhi xəstəxanaya aparıblar.
Anita Lodz Tibb Universitetinin Mərkəzi Klinik Xəstəxanasının ginekologiya və hamiləlik patologiyası şöbəsinin xəstəsi olub. Həkimlər onu hamiləlik vəziyyəti ilə bağlı çaşdırıblar. Yalnız sonrakı mərhələdə qadın dölün ciddi qüsurlarını öyrənib. Anita və əri Matsej övladlarını əzab, ağrı və süni tənəffüs aparatlarında dolu bir həyat gözlədiyini öyrəniblər.
Onlar "bu vəziyyətin qurbanına çevriləcək" üç yaşlı oğlanları Kşişa üçün narahat olublar.
Bu səbəbdən qadın abort etdirməyə qərar verib. Lakin həkimlər qadını iradəsinə zidd olaraq ruhi xəstəxananın təcrid palatasına salıblar. Ertəsi gün o, öz istəyi ilə müəssisəni tərk edə bilməyəcəyini öyrənib və ona görə də diaqnostik müşahidə şöbəsində qalmalı olub.
Anitanı xəstəxanaya yerləşdirmək qərarı "xəstənin psixi vəziyyətinin pisləşməsi" ilə əsaslandırılıb. Qadın üç gün təcrid olunmuş vəziyyətdə qalıb.
İki gün sonra diaqnostik müayinə şöbəsində həkimlər və psixoloqlar Anitanın işində "hamiləliyin dayandırılması üçün əsasların olduğu" qənaətinə gəliblər.
Polşa ginekoloqlar və mamalar cəmiyyətinin prezidenti ona qeysəriyyə əməliyyatı ilə hamiləliyini dayandırmağı, sonra valideyn hüquqlarından məhrum etməyi və yeni doğulmuş uşağı qayğı və müayinə üçün "ixtisaslı dövlət orqanlarına" təhvil verməyi təklif edib. O imtina edib.
Psixiatr hamiləliyin dayandırılması üçün əsasların olduğu qənaətinə gəlsə də, qadın müqavimətlə qarşılaşmağa davam edib. O, başqa bir şəhərdə - Oleşnitsada abort etdirməyə məcbur olub.
Polşa Səhiyyə Nazirliyi Anitanın xəstə olduğu Lodz xəstəxanası ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini bildirib. /Lent.az
"TikTok" fenomeni Ləman Vəliyeva keçmiş baldızının şikayəti �

Tanınmış məşqçi Kamil Zeynallının oğlan övladının dünyaya gəldiyi

"Nə vaxt evlilik düşündüm, hər dəfə uğursuz oldu"

Bakıda 26 000 manata telefon nömrəsi satışa çıxarılıb.

"Bəzən xanımlar oruc tutduğunu unudub yeməyin duzunu yoxlamaq üçün

Tamada-şairə Nazilə Səfərli şok açıqlaması ilə gündəmə gəlib.

Çinli qadın son məktubu 1952-ci ildə yazılmış sevgilisini tapmaq ümidini

Belarus prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə ölkənin silahlı

"Vacib deyil ki, o, sənət adamıdır. İnanmazdım ki, övladım sənətd

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Rusiya prezidenti Vladimir Putin onu kəşfiyyat orqanlarında işləməyə nəy

Gəncədə bir qadının bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi

"Yalnız o məsləhəti verə bilər ki, "mən etdiyimi təkrarlayın""

"Bir müddət öncə heç danışa bilmirdim"
