"WhatsApp"dan daxil olan virusu belə zərərsizləşdirmək olar Ekspertdən AÇIQLADI
Digərləri 25 Mar 2025 02:02:00 80 0
"WhatsApp" messencerində "virusa yoluxma" əvvəllər linkə keçid etmək və ya fayl yükləmək yolu ilə baş verirdi. Artıq yayılan yeni virus telefona avtomatik olaraq daxil ola bilər.
Bu xəbəri də oxu: Bu gün sonuncu Qədr gecəsidir
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aif.ru-ya Rusiyada kiber təhdidlərin araşdırılması mərkəzinin texniki direktoru Aleksey Vişnyakov məlumat verib.
Onun sözlərinə görə, bunun üçün hücumçunun potensial qurbanın telefon nömrəsini bilməsi kifayətdir.
"Zərərli proqram çox istifadəçidə avtomatik yüklənən yoluxmuş PDF faylları vasitəsilə ötürülür. Buna görə cihazı qorumaq üçün parametrlərdə sənədlərin avtoyüklənməsini söndürmək lazımdır", - deyə o bildirib.
Bəs virusun telefona artıq daxil olduğunu necə başa düşmək olar və onu özümüz məhv edə bilərikmi?
Ekspert bildirib ki, adi smartfon istifadəçisinin "zero-click" hücumu (virusun linklərə keçid etmədən, fayl yükləmədən və ya bu kimi digər hərəkətlər etmədən cihaza yükləndiyi hal) nəticəsində yoluxmanı aşkar etməsi asan deyil.
"Lakin hücumçuların səhvləri zərərli kodun varlığını aşkar etməyə imkan verir. Məsələn, eksploitin sistemin və ya messencerin versiyası ilə uyğunsuzluğu zamanı istifadəçi cihazla qarşılıqlı əlaqədə olarkən əvvəllər işləyən tətbiqin açılmaması, smartfonun ekrana toxunmalara daha yavaş reaksiya verməsi, "Parametrlər" menyusunun bəzi bölmələrinin açılmaması, tətbiqlər menyusunda formaların, simvolların dəyişdirilməsi, ya da tipik görünüşə malik olması kimi anomaliyalarla rastlaşa bilər. Bundan başqa smartfon vaxtaşırı istifadəçiyə tanış olmayan proqrama əlavə icazələr vermək üçün sorğular göstərə bilər", - deyə mütəxəssis izah edib.
98-ci "Oskar" mükafatları mərasiminin keçiriləcəyi tarix açıql

Rusiyanın tənzimləyici orqanlarından birinin mərkəzi aparatının əməkda

Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı v�

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Gəncədə yeniyetmə bıçaqlanıb.

Türkiyə istehsalı seriallar auditoriyasını ildən-ilə genişləndirir. Art

İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi İsrail hüdudların

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.

Aparıcı Vüsalə Əlizadə anası Lütviyyə Əlizadə ilə bağlı paylaşım

Ukrayna Prezidenti Volodimir Zelenski kabinetinin arxasındakı istirahət otağ

"Cümhuriyyət Xalq Partiyasının (CHP) özünün çalıb oynadığı oyun

Britaniya və Fransa "sülhməramlıları" Ukrayna prezidenti Vladimir

Türkiyədə son günlər baş verən siyasi proseslər fonunda tanınmış xəb
