Bakıda ilk dəfə Beynəlxalq Mədəniyyət və Sənət Moda Həftəsi keçiriləcək
Digərləri 24 Mar 2025 15:38:00 68 0
Daş Salnamə Muzeyində martın 26-27-də AFWEU -nun təşkilatçılığı ilə Avropa və Asiyadan olan 10-dan çox məşhur dizaynerin iştirakı ilə Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsi keçiriləcək.
Bu xəbəri də oxu: Çayı dəmləndikdən cəmi 15 dəqiqə sonra...
Milli direktor - Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır.
Baş prodüser - AFWEU Fashion Week təsisiçisi, Türkiyəli dizayner Aydın Açıkdır. AFWEU Asiya, Afrika, Amerika və Avropa qitələrini təmsil edir. Əsas missiya universal moda və mədəniyyət dilini yaymaq, yeni istedadları kəşf etmək və beynəlxalq aləmdə tanınmalarına kömək etməkdir. AFWEU bir çox ölkələrdə keçirilib və ilk dəfə Azərbaycanda keçiriləcək.
Layihə tarixi daş elementlərin, tarixin və mədəniyyətin moda ilə qarşılaşdığı bənzərsiz bir təcrübə təqdim etməyi hədəfləyir. Bakının zəngin mədəni irsini və tarixini əks etdirən Daş Salnamə Muzeyi builki Moda Həftəsi üçün ideal məkan seçilib. Muzeydə nümayiş olunan tarixi daşlar və heykəllər keçmişdən bu günə qədər olan hekayələri ilə modaya ilham verir. Dizaynerlər estetik və simvolik dəyəri əks etdirən tarixi daş elementlərindən ilhamlanan müasir və yeni kolleksiyalar təqdim edəcəklər. Hər bir moda nümayişi mədəni elementlərin estetik və bədii dəyərlərini əks etdirən anlayışlarla hazırlanacaqdır. Ənənəvi geyim və aksessuarlar müasir moda zövgü ilə birləşdiriləcəkdir. Moda sənayesinin inkişafı sahəsində xüsusi çıxışlar da olacaq. Qonaqlara dizaynerlərlə görüşmək və söhbət etmək imkanı veriləcək. Moda və sənətin birləşməsi həm yerli, həm də beynəlxalq səviyyədə sənətkarlar və dizaynerlər arasında əməkdaşlığı və yaradıcı dövrləri təşviq edəcək, Turizm və iqtisadiyyatın inkişafına töhfə verəcəkdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi qardaş ölkə

Müğənni Nigar Camal hamam xalatında görüntüsünü paylaşıb.

Bahar yenilənmə, yeni başlanğıclar və sürətli böyümə vaxtıdır və b

Eritreyada girov saxlanılan Azərbaycan vətəndaşları ölkəmizə geri gəti

Dünya pop səhnəsinin ulduzu Castin Biber qəzəb problemi olduğunu etiraf ed

Azərbaycan hökuməti martın 19-da D-8 (Developing-8) İqtisadi Əməkdaşlıq

Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Ma

Bu il oruc tutanlar təxminən 14 saata yaxın ac qalırlar. Ramazan ayında tut

Ermənistan hərbi kolonunun hərəkəti müşahidə edilib.

Şabranda yolun yararsız vəziyyətdə olmağına görə qəza şəraitinə dü

Suriya və Livan torpaqlarının hədəf alınması İsrailin genişlənmə siya

ABŞ-nin gecə Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticə

Azərbaycanın ilk muğam professoru, Azərbaycan Milli Konservatoriyasının Mu

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini

Daha bir quş tələfatı Aktau şəhərinin 4A mikrorayonunda sahildə istirah�
