Çuxura düşən avtobloqer məhkəməni uddu pulu Dövlət qurumu ÖDƏYƏCƏK FOTO


Digərləri 24 Mar 2025 14:34:00 77 0

Çuxura düşən avtobloqer məhkəməni uddu  pulu Dövlət qurumu ÖDƏYƏCƏK  FOTO

Şabranda yolun yararsız vəziyyətdə olmağına görə qəza şəraitinə düşən avtobloqer dövlət qurumunu məhkəməyə verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki,  həm də radioaparıcı olan Elgün Xıdırov məhkəmədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qalib gəlib. 

Hadisə təxminən 1 il əvvəl sürücü Xaçmaza gedərkən qeydə alınıb: "Avtomobilimin təkəri M1 yolunun 119-cu km-də, Şabran rayonu ərazisində çuxura düşərək partladı. Gecə vaxtı, soyuq, çiskinli hava və işıqlandırılmayan, bərbad magistral yol. Sürəti 90 olan bir avtomobilin qabaq təkərinin partlaması çox təhlükəli vəziyyətdir. Bu halda avtomobili maksimum düz saxlamağa çalışmaq, qəfil əyləc vermədən ətalətlə, daha sonra yumşaq əyləclə sürəti azaldıb yol çiynində, təhlükəsiz yerdə saxlamaq lazımdır. 

İlk işim "102" qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Maraqlıdır ki, növbətçi hissə və yol polisi də xəsarətin olmadığı və ikinci avtomobilin iştirak etmədiyi bir qəzanın fiksə olunması istəyimə təəccüblənsə də, mən israrla qəza faktını qeydə aldırdım. Daha sonra təkəri dəyişməklə məşğul oldum. Təkəri dəyişib yaxınlıqdakı YDM-ə getdim. Orada dedilər ki, məndən əvvəl 2 maşın da həmin yerə düşüb və təkəri partlayıb.

Maşınlardan biri hələ də "domkrat"ı olmadığı üçün orada qalmışdı. Kömək elədim, onun da təkərini dəyişdik. Sabahı gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə zəng vurub yolun vəziyyəti və təcili düzəlməli olduğunu dedim. Bu qurumun, xüsusən də Magistral yollar idarəsinin məsuliyyətsizliyi üzündən hər gün çoxsaylı sürücüyə maddi ziyanlar dəyir. İnsanların həyatını itirdiyi bir çox qəzalarda isə biz ancaq bunu eşidirik - sürücü idarəetməni itirdi. Niyə, hansı səbəbdən itirdiyi isə hesab edirəm ki, lazımı səviyyədə araşdırılmır". 

Avtobloqerin sözlərinə görə, yol polisi izahatını aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra avtomobilinə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə gedib: "Məlum oldu ki, təkərlə yanaşı stabilizator və təkər topunun ("stupitsa") diyircəkli yastığı ("podşipnik") sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, uzun müddət heç bir reaksiya olmadı".

Bundan sonra sürücü sənədləri hazırlayıb Binəqədi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlib: "Məhkəmələrin gedişatında Agentliyin cavabdeh nümayəndəsi ekspertiza tələb edərək servisin müəyyənləşdirdiyi məbləği bir qədər azlatsa da, bu, ümumi məzmuna ciddi təsir göstərmədi və daha çox prosesi uzatmaq təəssüratı yaratdı".  

E.Xıdırov qeyd edib ki, qurum tərəfindən ona 933 manat təzminat ödəniləcək.

Vətəndaşın sözlərinə görə, birinci instansiya məhkəməsinin onun xeyrinə qəbul etdiyi qərarla razılaşmayan AAYDA apellyasiya şikayəti verib, amma Agentliyin şikayəti təmin edilməyib. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

"İsraili dayandırmadan bu mümkün deyil" like
  • 24 Mar 14:23  
Digərləri "İsraili dayandırmadan bu mümkün deyil"

Suriya və Livan torpaqlarının hədəf alınması İsrailin genişlənmə siya

arrow Ətraflı
Husilərin yüksəkrütbəli məmuru öldürüldü like
  • 24 Mar 14:22  
Dünya Husilərin yüksəkrütbəli məmuru öldürüldü

ABŞ-nin gecə Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticə

arrow Ətraflı
Xalq artistinin evindən yeni GÖRÜNTÜSÜ like
  • 24 Mar 14:12  
Şou-biznes Xalq artistinin evindən yeni GÖRÜNTÜSÜ

Azərbaycanın ilk muğam professoru, Azərbaycan Milli Konservatoriyasının Mu

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs istintaqa cəlb olundu  FOTO like
  • 24 Mar 14:05  
Kriminal Azərbaycanda vəzifəli şəxs istintaqa cəlb olundu FOTO

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini

arrow Ətraflı
Xəzər sahilində qu quşunun like
  • 24 Mar 14:01  
Digərləri Xəzər sahilində qu quşunun

Daha bir quş tələfatı Aktau şəhərinin 4A mikrorayonunda sahildə istirah�

arrow Ətraflı
Adambaşına nə qədər fitrə zəkatı çıxarmalıyıq?  QMİ AÇIQLADI like
  • 24 Mar 14:00  
Digərləri Adambaşına nə qədər fitrə zəkatı çıxarmalıyıq? QMİ AÇIQLADI

"Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaş

arrow Ətraflı
Avtomobil kanala düşdü  VİDEO  FOTO like
  • 24 Mar 13:52  
Digərləri Avtomobil kanala düşdü VİDEO FOTO

Ağcabədidə idarəetməni itirən sürücü kanala düşüb.

arrow Ətraflı
100 yaşlı Fatma nənənin heç bir xəstəliyi yoxdur  VİDEO like
  • 24 Mar 13:40  
Digərləri 100 yaşlı Fatma nənənin heç bir xəstəliyi yoxdur VİDEO

Salyanın ən uzunömürlü sakinlərindən biri - Fatma nənə yüz yaşını q

arrow Ətraflı
Türkiyədə avtobus AŞDI  ölən və yaralananlar var like
  • 24 Mar 12:53  
Digərləri Türkiyədə avtobus AŞDI ölən və yaralananlar var

Türkiyənin Aydın əyalətinin Kuyucuk rayonunda avtobusun aşması nəticəsi

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 24 Mar 12:44  
Digərləri Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

arrow Ətraflı
Yeganə Nuruyevaya VƏZİFƏ VERİLDİ like
  • 24 Mar 12:40  
Digərləri Yeganə Nuruyevaya VƏZİFƏ VERİLDİ

Dövlətə məxsus "Azərizolit" MMC-nin direktoru Şaiq İsmayılov v

arrow Ətraflı
Avropa ölkələri İrana kömək edəcəklər like
  • 24 Mar 12:39  
Digərləri Avropa ölkələri İrana kömək edəcəklər

Böyük Britaniya, Almaniya və Fransa Tehrana İran qarşı sanksiyalarının l

arrow Ətraflı
Əri 3 ildir məşhur müğənnini belə aldadırmış  öyrəndi like
  • 24 Mar 12:28  
Şou-biznes Əri 3 ildir məşhur müğənnini belə aldadırmış öyrəndi

Əri üç ildir məşhur müğənnini aldadırmış: Necə öyrəndi?

arrow Ətraflı
Tikinti şirkətində suvaqçı idi, necə milyonçu oldu ?  "İmamoğlu işi" like
  • 24 Mar 12:17  
Digərləri Tikinti şirkətində suvaqçı idi, necə milyonçu oldu ? "İmamoğlu işi"

İstanbul Böyükşəhər Bələdiyyə  qarşı başladılan korrupsiya və rü

arrow Ətraflı
ABŞnin 5 ilə gizli hazırladığı "F47" nələrə qadirdir? like
  • 24 Mar 12:06  
Dünya ABŞnin 5 ilə gizli hazırladığı "F47" nələrə qadirdir?

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) altıncı nəsil döyüş təyyarəsi F-4

arrow Ətraflı