İlin mediası – "Tech Xəbər" seçildi
Digərləri 19 Dek 2025 09:53:00 63 0
NETTY Milli İnternet Mükafatı 2025 çərçivəsində Media, Mədəniyyət və Kreativ kontent nominasiyası üzrə "İlin mediası" adına "Tech Xəbər" (techxeber.az) layiq görülüb.
Bu xəbəri də oxu: Azərbaycanlı bankir Fransadakı villasını 17 milyon avroya satır
Mükafatın təqdimat mərasimi 18 dekabr 2025-ci ildə Azərbaycan İnnovasiya Mərkəzində keçirilən rəsmi NETTY mükafatlandırma tədbiri zamanı baş tutub. Tədbirdə ölkənin aparıcı media qurumlarının nümayəndələri, texnologiya şirkətləri, kreativ sənaye təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
NETTY - Milli İnternet Mükafatı Azərbaycanda rəqəmsal ekosistemin inkişafına töhfə verən, internet, media, texnologiya və kreativ sahələrdə fərqlənən layihələri qiymətləndirən ölkənin ən nüfuzlu milli mükafat platformalarından biridir. Mükafat hər il innovativ yanaşma, keyfiyyətli kontent və ictimai təsir meyarları əsasında ən güclü internet layihələrini müəyyən edir.
"TechXəbər" (techxeber.az) texnologiya, süni intellekt, startaplar, innovasiyalar, elm və kosmos mövzularında operativ, analitik və çoxformatlı - mətn, audio və video - kontent təqdim edən ixtisaslaşmış media platformasıdır. Portal həm yerli, həm də beynəlxalq texnoloji gündəmi Azərbaycan oxucusuna yüksək keyfiyyətlə çatdırmaqla yanaşı, media sahəsində avtomatlaşdırma və süni intellekt texnologiyalarının tətbiqi vasitəsilə ölkədə yeni media modelinin formalaşmasına töhfə verir. "Tech Xəbər Innovation Media Services" mətbuat agentliyinin tərkib hissəsidir.
"Innovation Media Services" MMC ("InnMedia") süni intellekt əsaslı media avtomatlaşdırma həllərinin hazırlanması və tətbiqi ilə məşğul olan texnologiya şirkətidir.
Son dövrlər Gültəkin Hacıbəyli ətrafında baş verənlər Azərbaycan cə
Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı sevindirici xəbə
Masazırın bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fas
Rəqqasə Fatimə Fətəliyevanın paylaşımı marağa səbəb olub.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun "And və Qafqaz d
Evdə əsl pizza dadını əldə etməyin əsas sirri düzgün texnika ilə yoğ
Zamanla sobanın iç səthində yığılan yağ və çirk qalıqları həm gigiy
Gündə üç dəfə yeməkdən imtina insanın maddələr mübadiləsini pozaraq
Tavada balıq qızardarkən yaranan kəskin qoxu mətbəxdə uzun müddət qalar
Qaraciyərdə piy yığılmasını azaldan pəhriz müəyyən edilib.
Kartof püresi - qaynadılmış kartof, kərə yağı və süd ilə hazırlanan,
Səhər oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş
Prostatitin yoluxucu ola biləcəyi barədə xəbərdarlıq edilib.
