Atasını atıb gedən anasına parkda 8 bıçaq zərbəsi vurdu
Kriminal 23 Mar 2025 08:39:00 74 0
Göygöldə anasını bıçaqlayan 17 yaşlı oğlan barədə qərar açıqlanıb.
Bu xəbəri də oxu: Kiber üsulla kartından 27 min manat oğurladılar
Son.az Modern.az-a istinadla xəbər verir ki, hadisə ötən ilin iyul ayında Göygöl şəhərində yerləşən parkda baş verib.
Gənc oğlan anasının illər əvvəl atasını tərk edib başqa şəxslə ailə qurmasını heç vaxt qəbul edə bilməyib. O, anası ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb və Göygöl şəhərində görüşüb.
Görüş zamanı mübahisə yaranıb və o, üzərində gətirdiyi bıçaqla anasına səkkiz bıçaq zərbəsi endirib. Qadın sağ qalıb və xəstəxanaya yerləşdirilib.
Gənc məhkəmədə özünü təqsirli bilsə də, verdiyi ifadədə qisas niyyəti ilə hərəkət etdiyini deyib. O, anasının başqa bir şəxslə ailə qurmasını qəbul edə bilmədiyini və bu səbəbdən onu bıçaqladığını bildirib. Hadisəni planlaşdırmadığını, əsəbi anında belə bir addım atdığını qeyd edib.
"Anam bizi atıb başqa adamla ailə qurduqdan sonra ona nifrət etməyə başladım. Heç vaxt onunla danışmaq istəmədim. Son vaxtlar qisas almaq fikri məni rahat buraxmırdı. Ona yazıb görüş təyin etdim. Parkda onu görən kimi həyəcanlandım, cibimdəki bıçağı çıxarıb vurdum. İlk zərbəni vuranda qışqırdı, amma dayana bilmədim. Sonra qaçıb evə getdim və polisin gələcəyini gözlədim", - o, məhkəmədə deyib.
Zərərçəkmiş qadın isə məhkəməyə ifadəsində oğlunun illərlə atasının və digər qohumların təsiri altında olduğunu bildirib. Onun sözlərinə görə, oğlunun bu addımı atmasında başqalarının da təsiri olub.
Şahid ifadələrinə görə, hadisə parkın sakinlər olmayan bir yerində baş verib. Hadisədən dərhal sonra polis əməkdaşları qadına kömək edib və şübhəli şəxsin axtarışına başlayıb. Oğlan hadisədən sonra qaçaraq yaşadığı kəndə gedib və polisə könüllü təslim olub.
Məhkəmə bütün sübutları araşdıraraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilinməsinə qərar verib. Ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub, lakin məhkəmə onun yetkinlik yaşına çatmamasını və zərərçəkmişin şikayətçi olmamasını nəzərə alaraq cəzanı şərti tətbiq edib.
Gənc 3 il müddətinə sınaq dövründə olacaq və məhkəmənin təyin etdiyi qaydalara riayət etməlidir. Son.az
ABŞ bir gündə min "qızıl viza" satıb və bundan 5 milyard dollar

"Xanım xanım kimi olmalıdır, yerini bilməlidir. Danışığını, dava

Amerikalı məşhur müğənni Meray Keri 1994-cü il tarixli hit mahnısı &q

Boğazda düyünlənmə hissi adətən qalxanabənzər vəzi ilə bağlı proble

Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, B qan qrupu olan ş

Yazın gəlişi ilə bir çoxumuz immun sistemimizin zəifləməyə başladığ�

Çinin Quyçjou əyalətinin cənub-qərb hissəsindəki Səmaaltı ərazisində

Türkiyənin reytinqli seriallarından olan "Kızılcık Şerbeti" akt

Bu il ölkə üzrə 110 mindən çox şagird buraxılış imtahanı verib. Qəbu

Rusiya prezidenti Vladimir Putinin Donald Trampa hədiyyə etdiyi portret əvəz

Maşın bazarında ənənəvi tendensiya dəyişir. Gürcüstandan gətirilən &

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı İma

İllərdir efirlərdən və sosial şəbəkələrdən uzaq düşən müğənni M
