Sıldırımın əkiz məbədləri FOTOlar


Digərləri 23 Mar 2025 02:02:00 90 0

Sıldırımın əkiz məbədləri  FOTOlar

Çinin Quyçjou əyalətinin cənub-qərb hissəsindəki Səmaaltı ərazisində tarixin özü qədər qədim vulkanların övladı olan Fansizinşan dağı ucalır. Qeyri-adi sıldırım qayalıqları olan bu dağ təbii gözəlliyinə və orijinallığına görə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qeyri-adi bir təbiət möcüzəsidir. 

Yerli sakinlərin Məbəd dağı adlandırdığı bu məkan özünün xüsusi bitki örtüyü və dağ-meşə heyvanları ilə seçilir. Dumanlı-qarlı zirvəsində qoşa məbəd ucalan  Fansizinşan dağı buddistlərin ən müqəddəs yerlərindən  sayılır. 

Hələ qədim Çində, Tan sülaləsi dövründə (VII-X əsrlər) bu dağın döşündə çoxlu sayda məbəd mövcud olub. Həmin məbədlər bu günümüzə gəlib çatmasa da zirvədə qoşa üzük qaşına bənzəyən bu iki məbəd hələ də öz varlığını qoruyub saxlamaqdadır. 

Bu gün Məbəd dağının iki barmağa bənzəyən zirvələrində  qədim qoşa məbədlər baş-başa verib öz ömürlərini sürdürməkdədirlər. Bu yanaşı zirvələrdə qoşa ucalan  məbədləri yerli əhali "əkiz məbədlər" də adlandırır.  Həmin tikililərin biri Budda məbədi, digəri isə Maitreya məbədi kimi tanınır. Maraqlıdır ki, yanaşı ucalan bu məbədlərin arasında dərin sıldırım var. Lakin buddistlər əkiz qardaş sayılan məbədləri biri-birindən ayrı düşməyə qoymayıblar. Odur ki, məbəddən məbədə keçid etmək üçün sıldırım üzərindən qayadan-qayaya körpü inşa ediblər. Həmin körpü vasitəsilə ziyarətçilər bir məbəddən digərinə keçmək imkanı əldə edirlər. Buddistlər aradakı bu körpünü "məbədlərin ortaq ürəyi" adlandırırlar. 

Dağın aşağısından zirvəsinə gedib çatmaq üçün ziyarətçilər sıldırım qayalar üzərində oyulmuş uzun pilləkənlə qalxırlar. Əlbəttə, buddist inancına görə nirvanaya doğru irəliləmək, ən keçilməz yollarla olsa belə, heç zaman qorxulu olmamalıdır. Yəni, qəlbində müqəddəs amalla yola çıxan ziyarətçini ən keçilməz maneələr belə öz yolundan döndərə bilməz. Ziyarətçilərin dediyinə görə onlar bu yolla irəliləyərkən, pilləkənlər boyu nə az, nə çox, düz 8888 addım atırlar. 8 rəqəmi buddizmdə səkkiz pilləli yoqa təliminə işarədir. Ürəyində arzu tutub ziyarətə yollanan ziyarətçilərin hər iki məbədi ziyarət etmələri daha doğru sayılır. Çünki inanca görə məbədlərdən birinin hansısa arzunun çin olmasına gücü çatmaya bilər, ona görə də ziyarətə qalxan buddist mütləq aradakı körpüdən adlamalıdı. 

Əkiz məbədlər Fansizinşan dağının zirvəsində, dəniz səviyyəsindən 2572 metr yüksəklikdə yerləşirlər. Zəvvarlar zirvəyə qalxmaq üçün təxminən 4 saat vaxt sərf edirlər. Əkiz məbədləri ziyarətə qalxan turistlər öz həyatlarının ən ekstremal və unudulmaz məqamlarını yaşayırlar.  Zirvədən görünən təbiətin saflığı burada hər bir insanı nələrəsə inandırmağa çalışır. Təkcə inanclı buddistlər deyil, hər il minlərlə xarici turist də bu məbədlərin görüşünə qalxır. /Lent.az

Abituriyentlər yüksək nəticə üçün necə hazırlaşmalıdırlar? – Ekspert MƏSLƏHƏTİ like
  • 23 Mar 00:48  
Digərləri Abituriyentlər yüksək nəticə üçün necə hazırlaşmalıdırlar? – Ekspert MƏSLƏHƏTİ

Bu il ölkə üzrə 110 mindən çox şagird buraxılış imtahanı verib. Qəbu

arrow Ətraflı
Putinin Trampa hədiyyə etdiyi portretin qiyməti nə qədərdir? like
  • 23 Mar 00:37  
Digərləri Putinin Trampa hədiyyə etdiyi portretin qiyməti nə qədərdir?

Rusiya prezidenti Vladimir Putinin Donald Trampa hədiyyə etdiyi portret əvəz

arrow Ətraflı
Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ like
  • 23 Mar 00:25  
Digərləri Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ

Maşın bazarında ənənəvi tendensiya dəyişir. Gürcüstandan gətirilən &

arrow Ətraflı
İstanbula girişçıxış da məhdudlaşdırıldı like
  • 23 Mar 00:15  
Digərləri İstanbula girişçıxış da məhdudlaşdırıldı

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı İma

arrow Ətraflı
Mirkamil illər sonra  tanımaq olmur like
  • 23 Mar 00:07  
Şou-biznes Mirkamil illər sonra tanımaq olmur

İllərdir efirlərdən və sosial şəbəkələrdən uzaq düşən müğənni M

arrow Ətraflı
Günün qoroskopu: Sakit qalmağa çalışın like
  • 23 Mar 00:01  
Digərləri Günün qoroskopu: Sakit qalmağa çalışın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Dəhşətli təyyarə qəzası like
  • 22 Mar 23:57  
Dünya Dəhşətli təyyarə qəzası

Cənubi Afrikada hava şousu zamanı təyyarə tamaşaçıların gözü qarşıs

arrow Ətraflı
Məktəblərdə yenilik  Bunlar daha olmayacaq like
  • 22 Mar 23:48  
Digərləri Məktəblərdə yenilik Bunlar daha olmayacaq

"Rəqəmsallaşma prosesi çərçivəsində sadəcə kağız jurnalların d

arrow Ətraflı
Gədəbəydə Novruz qarı like
  • 22 Mar 23:45  
Digərləri Gədəbəydə Novruz qarı

Hazırda yaz fəsli olmasına baxmayaraq, Azərbaycanın bəzi bölgələrinə,

arrow Ətraflı
Bakıda bu ərazidə evlər çökdü, üç ailə mənzilsiz qaldı like
  • 22 Mar 23:36  
Digərləri Bakıda bu ərazidə evlər çökdü, üç ailə mənzilsiz qaldı

Xətai rayonu, Əhmədli qəsəbəsinin sakini Məcnun Məmmədovun 18 il yaşad

arrow Ətraflı
ErmənistanTürkiyə sərhədinin açılması ilə bağlı bir neçə əsas mesaj var like
  • 22 Mar 23:30  
Siyasət ErmənistanTürkiyə sərhədinin açılması ilə bağlı bir neçə əsas mesaj var

Xəbər verdiyimiz kimi, Ermənistan hökumətinin qərarı ilə Türkiyə üz�

arrow Ətraflı
Sumqayıtda 3 yaşlı uşaq qəfil öldü like
  • 22 Mar 23:14  
Digərləri Sumqayıtda 3 yaşlı uşaq qəfil öldü

Sumqayıtda halı pisləşən 3 yaşlı uşaq ölüb.

arrow Ətraflı
İstanbulda polislərlə vəkillər arasında dava like
  • 22 Mar 23:07  
Digərləri İstanbulda polislərlə vəkillər arasında dava

"Terror" və "korrupsiya" istintaqı çərçivəsində saxla

arrow Ətraflı
Ərdoğan: Dörd gündür əllərindən gələni edirlər like
  • 22 Mar 22:52  
Digərləri Ərdoğan: Dörd gündür əllərindən gələni edirlər

Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbirdən

arrow Ətraflı