Nəqliyyat sistemi yenilənir Prezident təsdiq etdi
Digərləri 28 Noy 2025 15:34:00 72 0
Azərbaycanda sərnişin daşımaları və dayanacaq məntəqələri ilə bağlı yeni tələblər təsdiqlənib.
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" Qanunda edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunur. Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılmasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təmin edir.
Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaq məntəqələri istisna olmaqla) yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
Azərbaycanda rəqabəti məhdudlaşdırma ilə əlaqədar cinayət məsuliyyət
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni mövsümdə rep
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağ
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkd
Əməkdar artist Mətanət İsgəndərli yeni görüntüsü ilə diqqət çəkib
19 dekabr saat 20:30-da Bakı ilk dəfə olaraq Kamera və Orqan Musiqisi Zalın
Çin avtomobilləri ilə bağlı narazılıqlar bitmir.
Son günlər həm paytaxt Bakıda, həm də bölgələrdə qəzalı vəziyyətd�
Moldova parlamenti MDB ölkələrinin vətəndaşlarına vizasız səfər imkan�
Bakıda ticarət mərkəzlərinin birində izdiham yaşanıb.
Müğənni Emil Bədəlovun uşaqları ilə bağlı açıqlaması sosial şəbə
Bakıda son dövrlər satışa çıxarılan mənzillərin sahəsinin kiçildiyi
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üz
