Bakıda mənzillərin sahəsi kiçilir, qiymətlər isə artır 28 kvadrat 118 minə satılır
Digərləri 28 Noy 2025 14:00:00 74 0
Bakıda son dövrlər satışa çıxarılan mənzillərin sahəsinin kiçildiyi müşahidə olunur.
Bu xəbəri də oxu: "Kiminsə borcu varsa, mənim istiliyim niyə kəsilməlidir? ŞİKAYƏT
Son.az-ın məlumatına görə, ölçülərin azalması qiymətlərə təsir göstərmir. Əksinə, kiçik sahəli mənzillər baha qiymətə təklif olunur. Məsələn, 28 m² sahəsi olan 1 otaqlı yeni tikili 118 000 manata, 35 m²-lik 1 otaqlı mənzil isə 138 000 manata satışa çıxarılıb.
Həmçinin son illərdə daha çox "studio" tipli mənzillər təklif edilməsi də alıcılar arasında geniş müzakirələrə səbəb olub. Belə ki, əvvəllər 1 otaqlı mənzillər ayrıca mətbəxə malik olurdu. 2 və 3 otaqlı mənzillərin də öz ayrıca mətbəxi mövcud idi. İndi isə mətbəxlə otağı birləşdirib "studio" adı ilə təqdim edirlər.
Bildirirlər ki, satışa çıxarılan 2 otaqlı studiya mənzillər əslində əvvəlki planlaşdırmalardakı 1 otaqlı evlərə, 3 otaqlı studiyalar isə əvvəlki 2 otaqlılara uyğundur. Lakin reklam materiallarında bu mənzillər "iki otaqlı", "üç otaqlı" kimi təqdim edilir ki, bu da alıcıda daha böyük mənzil təəssüratı yaradır.
Bəzi alıcılar bunu satış strategiyası, bəziləri də bazarda bahalaşma fonunda imkansız insanların da ev ala bilməsi üçün alternativ imkan kimi qiymətləndirir.
Amma ümumi narazılıq ondan ibarətdir ki, sahələr kiçilir, lakin qiymətlər əvvəlkindən daha yüksək olur.
Mina Mikayılova Son.az
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üz
Ağ Ev administrasiyasının rəhbəri Donald Tramp üçüncü dünya ölkələr
Şirvan Suvarma Kanalının yenidən qurulması layihəsi çərçivəsində Ağd
Sızan məlumatlara istifadəçi adları, e-poçt ünvanları, təxmini yerləş
2 dekabr 2025-ci il tarixində saat 17:00-da Azərbaycan Milli İncəsənət Muz
Azərbaycan Respublikasının Nazirlər Kabineti praktik tibb və əczaçılıq
Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəb s
"Bizimləsən" verilişində ekspertlər arasında qalmaqal yaşanıb.
"Ali təhsil müəssisələri ilk məzun buraxılışından sonra akkredita
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli
Son.az xəbər verir ki, qadının bu açıqlaması sosial şəbəkələrdə ge
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı
Fransa Mədəniyyət Nazirliyində yüksək vəzifələrdə çalışmış keçmi
Ankarada tikinti sahəsində iaşə şirkətinin verdiyi yeməklərdən sonra 15
