Türkiyədə tikintidə işləyən 153 nəfər zəhərləndi, 4 nəfər saxlanıldı
Digərləri 28 Noy 2025 12:50:00 62 0
Ankarada tikinti sahəsində iaşə şirkətinin verdiyi yeməklərdən sonra 153 işçi qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu xəbəri də oxu: Hava ilə bağlı AÇIQLAMA Bakı "dona" bilər
Son.az xəbər verir ki, hadisə ilə bağlı iaşə şirkətinin 4 əməkdaşı şübhəli qismində saxlanılıb.
Məlumata görə, işçilər ötən gecə şirkətin hazırladığı yeməyi yedikdən bir müddət sonra haldan düşüb və onlarda ürəkbulanma, qusma kimi simptomlar müşahidə olunub. Şikayətlərin artması səbəbilə Etimesgut, Sincan və Yenimahalle rayonlarından Təcili Yardıma müraciətlər daxil olub.
Hadisədən sonra zəhərlənən 153 nəfər Ankara üzrə müxtəlif xəstəxanalara aparılıb. Onlardan 8-i ilkin tibbi yardımdan sonra evə buraxılıb.
142 işçinin müalicəsi təcili yardım şöbələrində davam etdirilir, 4 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri nəzarət altında saxlanılır.
Hadisə yerinə cəlb edilən qrupların ilkin araşdırmasına əsasən, işçilərin iaşə şirkətinin təqdim etdiyi toyuq dönəri menyusundan istifadə etdiyi müəyyən edilib. Hazırkı nəticələr qida zəhərlənməsi ehtimalını gücləndirir.
Hadisə ilə bağlı istintaq davam edir.
Fidan Son.az
Bu gün "Black Friday" olsa da, böyük endirimlərin yaratdığı al�
Türk teatrının tanınmış siması, "Cənnət Mahallesi" filmindək
"Bir çox ailələrdə uşaqların 18 yaşı tamam olmadan spirtli içki i�
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsini
Xüsusi hərbi əməliyyat zonasında döyüşlər Ukrayna qoşunları mövqelə
Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird və
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə
Artıq 10 gündən çoxdur ki, ölkə ərazisində istilik verilsə də, Masazı
Biz Azərbaycan ilə Albaniya arasında əlaqələrə böyük əhəmiyyət verir
Prezident İlham Əliyev Timor-Leste Prezidenti Coze Ramuş-Hortaya təbrik mək
Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya tə
Ötən həftə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş ver
"Azəriqaz" İstehsalat Birliyi mənzillərdə yoxlamalara başlayıb
