Bu həkimlər 5 il müddətinə sertifikasiyadan azad ediləcəklər
Digərləri 28 Noy 2025 13:39:00 50 0
Azərbaycan Respublikasının Nazirlər Kabineti praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu sahədə fəaliyyətə başlamaq istəyən şəxslərin sertifikasiyası ilə bağlı yeni Qaydanı təsdiqləyib. Belə ki, qərara əsasən, sertifikasiya sınaq imtahanında iştirak haqqı ali təhsilli tibb mütəxəssisləri üçün 35 manat, orta ixtisaslı tibb işçiləri üçün isə 25 manat müəyyən edilib. Bundan başqa, davamlı peşəkar inkişaf üzrə minimum kredit həcmi 5 il ərzində 250 kredit olmaqla, orta illik 50 kredit kimi təsbit olunub. Yeni qaydaların tətbiqi ilə əlaqədar 2010-cu ildə qəbul edilmiş sertifikasiya ilə bağlı iki qərar ləğv edilib. Qərar həmçinin hazırda qüvvədə olan sertifikasiya şəhadətnamələrinin kredit tələblərinə uyğun yenilənməsi prosedurunu da müəyyənləşdirir.
Bu xəbəri də oxu: Nəyisə almaq eşqinə düşəndə 24 saat gözləyin Ekspertdən qızıl qayda
Son.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli qeyd edib ki, həkimlərin sertifikasiya imtahanının əsas məqsədi bütün dünya praktikasında olduğu kimi həkimlərin, eləcə də orta tibb işçilərinin peşə və bacarıqlarının dövrün müasir tələblərinə uyğun şəkildə yenilənməsini təmin etməkdir.
"Bu proses yeni tibbi kəşflər, metodikalar və protokollardakı dəyişikliklər barədə tibb işçilərinin davamlı məlumatlı olmasına, həmçinin onların müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə xidmət edir. Sertifikasiya həm də tibb işçilərini tibbi ədəbiyyatdan, yeni praktika və metodikalardan mütəmadi istifadə etməyə stimullaşdırır".
Deputat bildirib ki, sertifikasiya prosesində imtahan mərhələsindən öncə həkimlər və orta tibb işçiləri 5 il ərzində kurslara cəlb olunurlar. Onun sözlərinə görə, kurslar zamanı onların həm nəzəri, həm də praktiki bilikləri yenilənir:
"Sertifikasiya test imtahanı şəklində keçirilir. Sertifikasiya prosesində dəfələrlə iştirak etmiş bir həkim kimi əminliklə deyə bilərəm ki, imtahanın gedişi və nəticələrin qiymətləndirilməsi tam şəffaf şəkildə aparılır. İmtahandan cəmi 2 saat sonra həm Səhiyyə Nazirliyinin müvafiq rəsmi saytında, eləcə də SMS bildiriş vasitəsilə toplanmış bal barədə məlumat əldə etmək mümkündür".
M.Məmmədli eyni zamanda imtahan prosesinin müəyyən stress yaradan faktor olmasına da diqqət çəkib:
"Bəzi bölgələrdə imtahan zamanı diqqətsiz yanaşmalar səbəbindən gözlənilməz nəticələr də ortaya çıxa bilirdi. Bu isə imtahandan kifayət qədər bal toplaya bilməyən bəzi tibb işçilərinin fəaliyyətindən kənarda qalmasına gətirib çıxarırdı. Tibb sahəsinin çətinliyi, iş şəraitinin ağırlığı və regionlarda kadr çatışmazlığı nəzərə alınaraq, bu kimi problemlərin aradan qaldırılması üçün davamlı peşəkar inkişaf anlayışı tətbiq edildi".
Deputat həmçinin vurğulayıb ki, yeni mexanizmə əsasən, 5 il ərzində davamlı olaraq öz üzərində çalışan və müxtəlif təlimlər, kurslar, konfranslar vasitəsilə 250 bal toplayan tibb işçiləri artıq sertifikasiya imtahanından azad olunurlar:
"Sözügedən dəyişiklik qanunvericiliyə daxil edilmiş və Baş nazir tərəfindən təsdiqlənib. Bununla tibb işçilərinin əvvəl mövcud olan stress və imtahanla bağlı texniki problemlərinin böyük hissəsi aradan qaldırılmış oldu.
"Əhalinin sağlamlığı haqqında" qanuna və Əmək Məcəlləsinə edilən dəyişikliklər cənab Prezident tərəfindən təsdiq olunduqdan sonra, Baş nazirin imzaladığı qərar ilə prosesin icra mexanizmləri müəyyən edildi".
Müşfiq Məmmədli onu da əlavə edib ki, dəyişikliklər inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun şəkildə tibb işçilərinin 5 il ərzində davamlı peşəkar inkişafını təmin etməklə onların potensial və bacarıqlarını üzə çıxarmağa şərait yaradan mühüm addımdır:
"Nəticədə tibb işçiləri müasir texnologiyalardan istifadə etmək, müxtəlif konfrans və simpoziumlarda iştirak etmək, pedaqoji fəaliyyətlə məşğul olmaq və elmi tibbi ədəbiyyata çıxış əldə etməklə həm peşəkar bacarıqlarını təkmilləşdirəcək, həm də əvvəllər mövcud olan texniki çətinliklər aradan qaldırılacaq. Bu dəyişiklikləri tibb sahəsində mühüm və inqilabi addım kimi qiymətləndirmək olar",- deyə deputat fikrini tamamlayıb.
Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəb s
"Bizimləsən" verilişində ekspertlər arasında qalmaqal yaşanıb.
"Ali təhsil müəssisələri ilk məzun buraxılışından sonra akkredita
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli
Son.az xəbər verir ki, qadının bu açıqlaması sosial şəbəkələrdə ge
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı
Fransa Mədəniyyət Nazirliyində yüksək vəzifələrdə çalışmış keçmi
Ankarada tikinti sahəsində iaşə şirkətinin verdiyi yeməklərdən sonra 15
"Onlar mənə bir daha qızlarımı görməyə icazə verməyəcəkdilər"
Bu gün "Black Friday" olsa da, böyük endirimlərin yaratdığı al�
Türk teatrının tanınmış siması, "Cənnət Mahallesi" filmindək
"Bir çox ailələrdə uşaqların 18 yaşı tamam olmadan spirtli içki i�
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsini
