Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir
Digərləri 16 Yan 2026 19:35:00 64 0
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin inşası davam etdirilir.
Bu xəbəri də oxu: Onlar metroda əlavə pul ödəyəcək
Son.az "APA-Economics"-ə istinadən xəbər verir ki, yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.
Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.
Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:
1 nömrəli tunel - yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə - 120 m, açıq hissə - 386 m);
2 nömrəli tunel - yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə - 74,09 m, açıq hissə - 289 m);
3 nömrəli tunel - yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə - 192,8 m, açıq hissə - 114,5 m);
4 nömrəli tunel - yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə - 259,5 m, açıq hissə - 390,6 m, çıxış hissəsi - 244,6 m).
Layihə üzrə bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işlərinin tikintisi davam edir.
Hazırda "Ulduz" metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Son.az
Gəncə şəhərində Ozan küçəsinin üçüncü dalanında yaşayan vətənda
15-16 yanvar 2026-cı il tarixlərində İsveçrənin Cenevrə şəhərində Niz
Bakıda fəaliyyət göstərən "By Məhsəti" qadın salonu müştə
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Ümumi təhsil haqq�
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumilikdə 328 min 61 mül
15 yanvar 2026-cı il tarixində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) t�
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişikli
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişi
Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya d
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılıb.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ö
"Xiaomi" brendi REDMI Note 15 Pro+ 5G, REDMI Note 15 Pro 5G, REDMI Not
Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması q
"Kurtlar Vadisi" serialında "Güllü Erhan" obrazını canl
