Rəqabəti məhdudlaşdırma ilə bağlı cinayət məsuliyyətindən azad edilmə mexanizmi müəyyənləşib


Siyasət 28 Noy 2025 15:29:00 51 0

Rəqabəti məhdudlaşdırma ilə bağlı cinayət məsuliyyətindən azad edilmə mexanizmi müəyyənləşib

Azərbaycanda rəqabəti məhdudlaşdırma ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə halı müəyyənləşib.

Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, məcəllədə Rəqabət Məcəlləsi ilə əlaqədar Cinayət Məcəlləsinin "İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma" maddəsinin də həm adına, həm də dispozisiyasına yeni qaydalara uyğun olaraq müvafiq dəyişikliklər edilib, cinayət məsuliyyətindən azad edilmə halı müəyyənləşib.

Bu maddə "Rəqabəti məhdudlaşdırma" adlandırılacaq.

Məcəlləyə əsasən, məsuliyyət qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacaq. Xeyli, külli və xüsusilə külli miqdarın da yeni anlayışı verilir. Başqa sözlə, rəqabət qanunvericiliyinin pozulması, yəni qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə edilməklə iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər təkrar, mütəşəkkil dəstə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Nəzərdə tutulmuş əməllər cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi ilə və xüsusilə külli miqdarda ziyan vurduqda və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

"Xeyli miqdar" dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı, lakin bir milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə bir milyon manatdan yuxarı olan məbləğ başa düşüləcək.

Nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcək.

Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verib like
  • 28 Noy 15:25  
Digərləri Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağ

arrow Ətraflı
9cu sinif şagirdi intihar etdi  Səbəb like
  • 28 Noy 15:25  
Digərləri 9cu sinif şagirdi intihar etdi Səbəb

Ağcabədidə 9-cu sinif şagirdi intihar edib.

arrow Ətraflı
"Hörümçək adam" vəfat etdi like
  • 28 Noy 15:22  
Şou-biznes "Hörümçək adam" vəfat etdi

İlk canlı "Hörümçək adam" obrazını canlandıran və məşhur &

arrow Ətraflı
Xankəndidə terrora cəhd edən Avanesyanın işi məhkəməyə GÖNDƏRİLDİ like
  • 28 Noy 14:54  
Digərləri Xankəndidə terrora cəhd edən Avanesyanın işi məhkəməyə GÖNDƏRİLDİ

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkd

arrow Ətraflı
Əməkdar artisti Merlin Monroya BƏNZƏTDİLƏR like
  • 28 Noy 14:41  
Şou-biznes Əməkdar artisti Merlin Monroya BƏNZƏTDİLƏR

Əməkdar artist Mətanət İsgəndərli yeni görüntüsü ilə diqqət çəkib

arrow Ətraflı
Bakı ilk dəfə olaraq Kamera və Orqan Musiqisi Zalında canlı multimedialı konsert baş tutacaq like
  • 28 Noy 14:40  
Kriminal Bakı ilk dəfə olaraq Kamera və Orqan Musiqisi Zalında canlı multimedialı konsert baş tutacaq

19 dekabr saat 20:30-da Bakı ilk dəfə olaraq Kamera və Orqan Musiqisi Zalın

arrow Ətraflı
Bakıda qəzalı binalar təhlükə yaradır – Söküntü başlayır like
  • 28 Noy 14:30  
Digərləri Bakıda qəzalı binalar təhlükə yaradır – Söküntü başlayır

Son günlər həm paytaxt Bakıda, həm də bölgələrdə qəzalı vəziyyətd�

arrow Ətraflı
MDB ölkələri artıq vizasız səfər edə bilməyəcək like
  • 28 Noy 14:13  
Dünya MDB ölkələri artıq vizasız səfər edə bilməyəcək

Moldova parlamenti MDB ölkələrinin vətəndaşlarına vizasız səfər imkan�

arrow Ətraflı
Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi… like
  • 28 Noy 14:03  
Digərləri Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi…

Müğənni Emil Bədəlovun uşaqları ilə bağlı açıqlaması sosial şəbə

arrow Ətraflı
Bakıda mənzillərin sahəsi kiçilir, qiymətlər isə artır  28 kvadrat 118 minə satılır like
  • 28 Noy 14:00  
Digərləri Bakıda mənzillərin sahəsi kiçilir, qiymətlər isə artır 28 kvadrat 118 minə satılır

Bakıda son dövrlər satışa çıxarılan mənzillərin sahəsinin kiçildiyi

arrow Ətraflı
MİDA yeni mənzilllər satışa çıxarır like
  • 28 Noy 13:56  
Digərləri MİDA yeni mənzilllər satışa çıxarır

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üz

arrow Ətraflı
Ermənistanda hərbçilər minaya düşdü like
  • 28 Noy 13:53  
Digərləri Ermənistanda hərbçilər minaya düşdü

Ermənistanda hərbçilər minaya düşüb.

arrow Ətraflı
Trampdan şok qərar: Bu vətəndaşlar ölkədən çıxarılacaq like
  • 28 Noy 13:52  
Digərləri Trampdan şok qərar: Bu vətəndaşlar ölkədən çıxarılacaq

Ağ Ev administrasiyasının rəhbəri Donald Tramp üçüncü dünya ölkələr

arrow Ətraflı