Xaricdə ali təhsil almış şəxslərin NƏZƏRİNƏ
Digərləri 28 Noy 2025 15:50:00 53 0
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün dekabrın 19-da peşə tanınması üzrə imtahan keçiriləcək.
Bu xəbəri də oxu: Bakıda məktəb SÖKÜLÜR
Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeyd olunub ki, "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə DİM-in təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.
Peşə tanınması üzrə bu il üçün nəzərdə tutulmuş son imtahan dekabrın 19-u saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər dekabrın 15-dən etibarən DİM-in internet saytına daxil olaraq "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə "İmtahana buraxılış vərəqəsi"ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.
Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə ("Müəllimlik", "Mühəndislik", "Hüquq") keçid etməklə tanış ola bilərlər.
Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.
Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.
Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Səhv cavablar düz cavabların sayına təsir göstərmir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
Asya Son.az
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikada elektron siqaretlərin d
Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktl
Azərbaycanda sərnişin daşımaları və dayanacaq məntəqələri ilə bağl�
Azərbaycanda rəqabəti məhdudlaşdırma ilə əlaqədar cinayət məsuliyyət
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni mövsümdə rep
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağ
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkd
Əməkdar artist Mətanət İsgəndərli yeni görüntüsü ilə diqqət çəkib
19 dekabr saat 20:30-da Bakı ilk dəfə olaraq Kamera və Orqan Musiqisi Zalın
Çin avtomobilləri ilə bağlı narazılıqlar bitmir.
Son günlər həm paytaxt Bakıda, həm də bölgələrdə qəzalı vəziyyətd�
Moldova parlamenti MDB ölkələrinin vətəndaşlarına vizasız səfər imkan�
Bakıda ticarət mərkəzlərinin birində izdiham yaşanıb.
