Trend və DHA agentlikləri süni intellekt əsaslı rəqəmsal platformaya TDT və D8 ölkələrinin mediasını dəvət edir Sevil Mikayılova


Siyasət 27 Noy 2025 21:33:00 83 0

Trend və DHA agentlikləri süni intellekt əsaslı rəqəmsal platformaya TDT və D8 ölkələrinin mediasını dəvət edir  Sevil Mikayılova

Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin tanınmış "Demirören Agentliyi" (DHA) süni intellekt əsaslı rəqəmsal platformaya TDT və D8 ölkələrinin mediasını dəvət edir.

Son.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzusuna həsr olunan ikinci panel sessiyada çıxışı zamanı deyib.

"Trend və DHA agentlikləri birlikdə çox maraqlı bir layihə ilə çıxış etdi: müasir informasiya texnologiyalarına əsaslanan və bu gün üçün zəruri əməkdaşlığı ehtiva edən yeni bir platforma. Biz artıq digər dövlətləri, hətta türkdilli olmayan ölkələri də bu layihəyə cəlb etmişik.

Çinin nüfuzlu "Xinhua" Agentliyi də layihəyə qoşulmağa razılıq verib. Eyni zamanda, türk dövlətlərindən olan bütün həmkarlarımızı da bu platformaya dəvət etmişik. Burada bir multimedia stoku yaradılıb," deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, xüsusilə internet məkanında dezinformasiyanın geniş vüsət aldığı bir dövrdə belə bir platformanın mövcudluğu böyük əhəmiyyət kəsb edir.

"Süni intellekt vasitəsilə yaradılan yalan informasiyalara cavab olaraq doğru və dəqiq kontentin çox olması vacibdir. Məhz bu məqsədlə biz bu stoku yaratdıq. Həmçinin, süni intellekt vasitəsilə müxtəlif dillərə tərcümə imkanlarını ilk dəfə uğurla tətbiq edərək çox müsbət nəticə əldə etmişik", - deyə millət vəkili vurğulayıb.

S. Mikayılova əlavə edib ki, digər ölkələrdən olan həmkarları da platformaya cəlb etməklə çox müsbət bir media mühiti formalaşdırıla bilər:

"Burada dəqiq, ictimaiyyəti düzgün istiqamətləndirən xəbərlər təqdim ediləcək. Xəbərin mahiyyətindən asılı olmayaraq məlumat korrekt və etibarlı olacaq. Dövlətlər arasında strateji kommunikasiyanın qurulması bu gün çox vacibdir. Etiraf etməliyik ki, sosial media və ənənəvi media ictimai şüura təsir baxımından son dərəcə güclü vasitələrdir. Amma belə platformaların mövcudluğu, dəqiq informasiya mənbələrinin toplandığı mühitin yaradılması vacibdir. Diplomatlar, qərarverici şəxslər və media savadlılığı olan insanlar üçün bu platforma çox dəyərlidir. Zaman keçdikcə texnologiyaların inkişafı ilə bu mühitdə daha yüksək səviyyəli media sistemi formalaşacaq. Lakin indiki mərhələdə dayana bilmərik: həm qanunvericilik bazasını möhkəmləndirməli, həm də yeni media hüququnun yaradılması və əməkdaşlıq platformalarının qurulması istiqamətində çalışmalıyıq",- deyə S.Mikayılova bildirib.

Deputat bir neçə gün əvvəl Bakıda D8 ölkələrinin Media Forumunun keçirildiyini xatırladaraq qeyd etdi ki, dövlətin apardığı siyasi xətti ideoloji baxımdan möhkəmləndirmək üçün bu cür forumlara böyük ehtiyac var.

"Digər ölkələri də platformaya cəlb etməklə coğrafiyamızda dəqiq informasiyanın əhatə dairəsini genişləndirə bilərik. Beləliklə, fake news, dezinformasiya ilə mübarizədə bir sədd yarada bilərik. Bu, bütün həmkarlarımız üçün çox faydalı olacaq", - deyə S. Mikayılova fikrini tamamlayıb. Son.az

"Biz Trend BİAnın xəbərlərini çox yaxından izləyirik"  Alptekin Cihangir İşbilir like
  • 27 Noy 21:02  
Digərləri "Biz Trend BİAnın xəbərlərini çox yaxından izləyirik" Alptekin Cihangir İşbilir

Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr hər ötə

arrow Ətraflı
"Düşünürsünüz ki, omba yekəldib, dodaq şişirdəndə kişi bəyənəcək?" like
  • 27 Noy 20:58  
Şou-biznes "Düşünürsünüz ki, omba yekəldib, dodaq şişirdəndə kişi bəyənəcək?"

"Son 10 ildir qadınlar aşırı gözəllik sindromuna tutulub. Sosial şə

arrow Ətraflı
"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm" like
  • 27 Noy 20:33  
Şou-biznes "Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
“Efirə sərxoş çıxırlar“ like
  • 27 Noy 20:12  
Şou-biznes “Efirə sərxoş çıxırlar“

Əməkdar artist Vasif Məhərrəmli şok iddia səsləndirib.

arrow Ətraflı
Damarları yeniləyən təbbi məhsul like
  • 27 Noy 20:00  
Digərləri Damarları yeniləyən təbbi məhsul

Yunanıstanlı kardioloqlar bildirirlər ki, hər gün soyuq preslə hazırlanm�

arrow Ətraflı
Çin vətəndaşları Azərbaycanda 357 min manat ələ keçirdilər like
  • 27 Noy 19:49  
Digərləri Çin vətəndaşları Azərbaycanda 357 min manat ələ keçirdilər

Azərbaycana gələn Çin vətəndaşları Abşeron rayonunda villanı qarət ed

arrow Ətraflı
Navalnının yaratdığı fond terror təşkilatı kimi tanındı like
  • 27 Noy 19:37  
Digərləri Navalnının yaratdığı fond terror təşkilatı kimi tanındı

Rusiya Ali Məhkəməsi ABŞ hüquqi şəxsi olan Korrupsiyaya Qarşı Mübariz�

arrow Ətraflı
Məhkəmədə 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib like
  • 27 Noy 19:32  
Siyasət Məhkəmədə 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
""Yataqxana"dan ərə getməyə UTANIRDIM" like
  • 27 Noy 19:30  
Şou-biznes ""Yataqxana"dan ərə getməyə UTANIRDIM"

Müğənni Xuraman Şuşalı səsləndirdiyi səmimi etiraflarla diqqət çəkib

arrow Ətraflı
Azərbaycan Kostanoviçi Rusiyaya təhvil verdi like
  • 27 Noy 19:17  
Digərləri Azərbaycan Kostanoviçi Rusiyaya təhvil verdi

Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycandan Rusiyaya ekstradisiya edi

arrow Ətraflı
Ofisiantların ölümünə səbəb olan elektrik xəttinin Mehdiyevlərlə əlaqəsi üzə çıxdı like
  • 27 Noy 18:55  
Digərləri Ofisiantların ölümünə səbəb olan elektrik xəttinin Mehdiyevlərlə əlaqəsi üzə çıxdı

Məlum olduğu kimi, noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən

arrow Ətraflı
Bank Respublikanın vəzifəli şəxsi işdən çıxdı  FOTO like
  • 27 Noy 18:45  
Digərləri Bank Respublikanın vəzifəli şəxsi işdən çıxdı FOTO

Bank Respublikanın Marketinq Departamentinin direktoru vəzifəsindən azad olu

arrow Ətraflı
Dərmanların qiyməti ilə bağlı like
  • 27 Noy 18:23  
Digərləri Dərmanların qiyməti ilə bağlı

"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin

arrow Ətraflı
Restoranda saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verildi like
  • 27 Noy 18:18  
Digərləri Restoranda saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verildi

Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik

arrow Ətraflı
Evlərdən qaz sayğacları, skuter və velosiped oğurlayanlar saxlanıldı like
  • 27 Noy 18:13  
Digərləri Evlərdən qaz sayğacları, skuter və velosiped oğurlayanlar saxlanıldı

Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhər sakini o

arrow Ətraflı