Çin vətəndaşları Azərbaycanda 357 min manat ələ keçirdilər


Digərləri 27 Noy 2025 19:49:00 79 0

Çin vətəndaşları Azərbaycanda 357 min manat ələ keçirdilər

Azərbaycana gələn Çin vətəndaşları Abşeron rayonunda villanı qarət edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" yaşayış kompleksinin ərazisindəki villalardan birində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Vey Jijian və dostu, 1991-ci il təvəllüdlü Vey Honqfu Bakıda yaşayan Vey Hi adlı tanışının dəvəti ilə Çindən Azərbaycana iş üçün gəliblər. Vey Hi onları Bakıda qarşılayıb və özü yaşadığı evə aparıb. O, hər iki şəxsin onunla qalmasına razılıq verib və onların pasportlarını alıb. Bir neçə gündən sonra Vey Hi onlara bildirib ki, Abşeron rayonu ərazisində imkanlı şəxsin villası var və həmin villanı qarət etmək lazımdır. Bakıya iş dalınca gələn bu şəxslər əvvəlcə Vey Hinin təklifi ilə razılaşmasalar da, sonradan təklifi qəbul ediblər. Vey Hi onlara bildirib ki, əgər villanı qarət etməsələr, pasportlarını qaytarmayacaq.

Dostlar Vey Hinin təklifini qəbul ediblər və onunla birlikdə "Villa Badam" yaşayış kompleksinə gəliblər. Vey Hi villanı göstərərək onlara qapını qırmaq üçün çəkic də verib. Vey Jijian və Vey Honqfu villanın həyətinə daxil olublar, Vey Hi isə küçədə dayanıb ətrafı müşahidə edib. Villanın qapısını qıran Vey Jijian və Vey Honqfu evə daxil olaraq axtarışlara başlayıblar. Onlar evdə olan dəmir seyfi qıraraq içərisindən 228 650 manat dəyərində 134 500 ABŞ dolları və 10 000 manat, o cümlədən evdə olan külli miqdarda qızıl-zinət əşyalarını oğurlayıb hadisə yerindən qaçıblar. Onlar evdən ümumilikdə 357 194 manatlıq oğurluq ediblər.

Onlar oğurladıqları pul və qızıl əşyalarını Vey Hiyə verib, birlikdə yaşadıqları evə gəliblər. Vey Hi həmin puldan 80 min dollar Vey Jijiana, 30 min dollar isə Vey Honqfuya verib, özü ilə ölkədən qaçıb. Dostlar Hava Limanına gələrək həmin pulları Çinə, ailələrinə göndərmək istəyiblər. Hava Limanında məlum olub ki, onlar adambaşına cəmi 70 min dolları göndərə bilərlər. Vey Jijian 70 min, Vey Honqfu isə 30 min dolları Çinə ailələrinə göndəriblər. Daha sonra onlar qalan məbləği də manata dəyişib yenidən Çinə göndərmək istəyiblər. Həmin vaxt onlar polis əməkdaşları tərəfindən saxlanılıblar. Məlum olub ki, həmin şəxslər bu pulu oğurluq yolu ilə əldə ediblər.

Faktla bağlı cinayət işi başlanır və təqsirləndirilən şəxslər həbs olunublar. İş istintaq edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Vey Jijian 7 il 6 ay, Vey Honqfu isə 2 il azadlıqdan məhrum ediliblər. Son.az 

Navalnının yaratdığı fond terror təşkilatı kimi tanındı like
  • 27 Noy 19:37  
Digərləri Navalnının yaratdığı fond terror təşkilatı kimi tanındı

Rusiya Ali Məhkəməsi ABŞ hüquqi şəxsi olan Korrupsiyaya Qarşı Mübariz�

arrow Ətraflı
Məhkəmədə 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib like
  • 27 Noy 19:32  
Siyasət Məhkəmədə 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
""Yataqxana"dan ərə getməyə UTANIRDIM" like
  • 27 Noy 19:30  
Şou-biznes ""Yataqxana"dan ərə getməyə UTANIRDIM"

Müğənni Xuraman Şuşalı səsləndirdiyi səmimi etiraflarla diqqət çəkib

arrow Ətraflı
Azərbaycan Kostanoviçi Rusiyaya təhvil verdi like
  • 27 Noy 19:17  
Digərləri Azərbaycan Kostanoviçi Rusiyaya təhvil verdi

Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycandan Rusiyaya ekstradisiya edi

arrow Ətraflı
Ofisiantların ölümünə səbəb olan elektrik xəttinin Mehdiyevlərlə əlaqəsi üzə çıxdı like
  • 27 Noy 18:55  
Digərləri Ofisiantların ölümünə səbəb olan elektrik xəttinin Mehdiyevlərlə əlaqəsi üzə çıxdı

Məlum olduğu kimi, noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən

arrow Ətraflı
Bank Respublikanın vəzifəli şəxsi işdən çıxdı  FOTO like
  • 27 Noy 18:45  
Digərləri Bank Respublikanın vəzifəli şəxsi işdən çıxdı FOTO

Bank Respublikanın Marketinq Departamentinin direktoru vəzifəsindən azad olu

arrow Ətraflı
Dərmanların qiyməti ilə bağlı like
  • 27 Noy 18:23  
Digərləri Dərmanların qiyməti ilə bağlı

"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin

arrow Ətraflı
Restoranda saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verildi like
  • 27 Noy 18:18  
Digərləri Restoranda saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verildi

Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik

arrow Ətraflı
Evlərdən qaz sayğacları, skuter və velosiped oğurlayanlar saxlanıldı like
  • 27 Noy 18:13  
Digərləri Evlərdən qaz sayğacları, skuter və velosiped oğurlayanlar saxlanıldı

Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhər sakini o

arrow Ətraflı
Gəncədə avtobus qəzası  Ölən və yaralanan var  FOTO like
  • 27 Noy 18:02  
Digərləri Gəncədə avtobus qəzası Ölən və yaralanan var FOTO

Gəncənin Gülüstan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat h

arrow Ətraflı
Robot ağrıkəsicilər hazırlandı  Toxumanı tapıb sağaldır, sonra da yox olur like
  • 27 Noy 18:00  
Digərləri Robot ağrıkəsicilər hazırlandı Toxumanı tapıb sağaldır, sonra da yox olur

Alimlər damarlar vasitəsilə üzərək dərman çatdıra bilən və hədəfə

arrow Ətraflı
Hava ilə bağlı AÇIQLAMA  Bakı "dona" bilər like
  • 27 Noy 17:32  
Digərləri Hava ilə bağlı AÇIQLAMA Bakı "dona" bilər

Bildirilir ki, Bakının rayonlarında qış mövsümünə hazırlıq üzrə tə

arrow Ətraflı