""Yataqxana"dan ərə getməyə UTANIRDIM"
Şou-biznes 27 Noy 2025 19:30:00 81 0
Müğənni Xuraman Şuşalı səsləndirdiyi səmimi etiraflarla diqqət çəkib.
Bu xəbəri də oxu: Məşhur aktrisaya ağır itki FOTO
Son.az xəbər verir ki, sənətçi uşaqlıq və gənclik illərində yaşadığı ağır günləri xatırlayaraq bildirib:
"O vaxt çox elçim olub, amma utanırdım yataqxanadan gəlin köçməyə. Demişdim ki, ordan çıxmayacağam. Bacım da həmin yataqxanadan ər evinə getmişdi, həmişə başına söz atırdılar: 'Hardan gəlmisən ki?' Bəlkə də özünə xoş gəlməz eşitsə. Öz istəyimiz olmadan evimizdən, yurdumuzdan didərgin düşdük. 14 kvadratlıq evdə 7 nəfərlik ailə yaşayırdı. Ümumi ayaqyolundan istifadə edirdik, siçanlarla dolu idi".
Sənətçi o illərin onun üçün çox ağır keçdiyini vurğulayıb:
"Mənim günahım nə idi ki, 8 yaşından belə şəraitdə yaşayırdım? O yaşdan xəstə ana və atanın üzünə baxmalı oldum. Məktəbdə verilən nahara ehtiyacım olurdu".
Xuraman Şuşalı həyatdakı uğurlarının məhz o çətinliklərdən keçməklə formalaşdığını deyib: "Bu gün nə əldə etmişəmsə, səbəbi bir məqsədimin olmasıdır. Anam üçün nəsə etməliydim".
Musa Son.az
Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycandan Rusiyaya ekstradisiya edi
Məlum olduğu kimi, noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən
Bank Respublikanın Marketinq Departamentinin direktoru vəzifəsindən azad olu
"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin
Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik
Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhər sakini o
Gəncənin Gülüstan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat h
Alimlər damarlar vasitəsilə üzərək dərman çatdıra bilən və hədəfə
Bu il avqustun 23-də iş adamı Emil Ağacanovun Yasamal rayon ərazisində yer
Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Əşrəf Əşrə
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC-
Bildirilir ki, Bakının rayonlarında qış mövsümünə hazırlıq üzrə tə
Müğənni Sevda Kazımova oğlunun toyunda geyindiyi açıq-saçıq libasın so
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətində Vasyukovka yaşayış mə
