“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu VİDEO FOTO


Kriminal 27 Noy 2025 10:40:00 72 0

“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu  VİDEO  FOTO

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Opera və Balet Teatrının truppası daha bir təqdimatla çıxış edib.

Son.az xəbər verir ki, milli opera sənətimizin dəyərli nümunələrindən "Əsli və Kərəm" operası noyabrın 26-da Opera studiyasında təqdim olunub.

1912-ci il mayın 18-dəki ilk təqdimatından 113 il keçsə də əsər bu gün də böyük tamaşaçı rəğbəti ilə qarşılanır və uzun, maraqlı səhnə ömrü olan əsərlər sırasındadır.

"Əsli və Kərəm" mövzusuna müraciət etməklə Üzeyir Hacıbəyli öz əsərlərinin mövzusu üçün yeni bir mənbəyə, xalq dastanlarına və aşıq musiqisinə üz tutdu.

Budəfəki tamaşada Əsli rolunda ilk dəfə Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova çıxış edib. Kərəm rolunda onun tərəf müqabili Əməkdar artist Elnur Zeynalov olub. Həmçinin operada Taleh Yahyayev (Keşiş), Əməkdar artist İlkin Əhmədov (Şah), Mütəllim Dəmirov (Şeyx), Nəzər Bəylərov və digərləri çıxış edib. Solistləri tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.

Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Üzeyir Hacıbəylidir. Tamaşada fədakar məhəbbətin gücü, insanın mənəvi gözəlliyi tərənnüm olunur. Hazırda teatrın repertuarında nümayiş olunan opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2011-ci ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən səhnələşdirilib.

Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xoreoqrafı Xalq artisti Mədinə Əliyevadır.

"Əsli və Kərəm" operasının ilk rejissoru Hüseyn Ərəblinski, drijoru isə Üzeyir Hacıbəyli özü olub. İlk Əsli Əhməd Ağdamski, Kərəm isə Hüseynqulu Sarabski idi.

Bu günədək Əsli rolunu Zeynəb Xanlarova, Gülxar Həsənova, Qəndab Quliyeva, Rəsmiyyə Sadıqova, Səkimə İsmayılova, Vüsalə Musayeva, Rəvanə Əmiraslanlı, Arzu Əliyeva, Sədəf Budaqova, Kərəm rolunu isə Arif Babayev, Qulu Əsgərov, Canəli Əkbərov, Baba Mahmudoğlu, İlkin Əhmədov, Elnur Zeynalov, Səbuhi İbayev, Məhəbbət Səfərov və digər sevilən ifaçılarımız canlandırıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi "Əsli və Kərəm" operaыını Üzeyir Hacıbəyli festivalı çərçivəsində Ağcabədidə, Şəki İpək yolu festivalında - Şəkidə, "Opera günləri" layihəsi çərçivəsində İçərişəhər dövlət tarix-memarlıq qoruğunda açıq havada nümayiş etdirib.

Əməkdar artist plastik əməliyyatla 20 yaş "cavanlaşdı" like
  • 27 Noy 10:26  
Şou-biznes Əməkdar artist plastik əməliyyatla 20 yaş "cavanlaşdı"

Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyatdan sonra dəyişə

arrow Ətraflı
Bakının məşhur dairəvi yolunda sürət həddi endirildi like
  • 27 Noy 10:18  
Digərləri Bakının məşhur dairəvi yolunda sürət həddi endirildi

Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

arrow Ətraflı
Balıq yağı belə şəraitdə istehsal edilirmiş  İyrənc görüntülər  VİDEO like
  • 27 Noy 10:16  
Digərləri Balıq yağı belə şəraitdə istehsal edilirmiş İyrənc görüntülər VİDEO

Balıq yağının istehsal prosesi sizi təəccübləndirə bilər.

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 27 Noy 10:12  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Egey dənizi sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
Niyə keçmiş miqrantlar yeni miqrasiyanın əsas əleyhdarlarına çevrilir? like
  • 27 Noy 10:01  
Siyasət Niyə keçmiş miqrantlar yeni miqrasiyanın əsas əleyhdarlarına çevrilir?

ABŞ-da miqrasiya siyasətinin bu gün aldığı sərt istiqamət - qaçqınlar�

arrow Ətraflı
Əməkdar artistə ağır itki like
  • 27 Noy 09:52  
Şou-biznes Əməkdar artistə ağır itki

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar a

arrow Ətraflı
Goranboyda binanın uçma anı like
  • 27 Noy 09:45  
Digərləri Goranboyda binanın uçma anı

Goranboy rayonunda istifadəyə yararsız vəziyyətdə olan beşmərtəbəli ya

arrow Ətraflı
"Kanal 13"ün rəhbəri azadlığa buraxıldı like
  • 27 Noy 09:42  
Digərləri "Kanal 13"ün rəhbəri azadlığa buraxıldı

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov azadlığ

arrow Ətraflı
İndi o özü həmin filmdə ata olmaq istəyir...  FOTO like
  • 27 Noy 09:40  
Şou-biznes İndi o özü həmin filmdə ata olmaq istəyir... FOTO

Aktyor Makoley Kalkin populyar "Evdə tək" filminin davamı çəkilə

arrow Ətraflı
Üç valyuta bahalaşdı  RƏSMİ like
  • 27 Noy 09:20  
Digərləri Üç valyuta bahalaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Etibarnamələr ləğv oluna bilər like
  • 27 Noy 09:11  
Digərləri Etibarnamələr ləğv oluna bilər

Sənədlərin sürətlə elektronlaşdırıldığı bir dövrdə avtomobillərl�

arrow Ətraflı
“Azercell” nömrəsi işlədənlərə XƏBƏRDARLIQ like
  • 27 Noy 09:01  
Digərləri “Azercell” nömrəsi işlədənlərə XƏBƏRDARLIQ

Noyabrın 28-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində �

arrow Ətraflı
Şorbanı möhtəşəm edən detal  İlk 20 dəqiqə qapağı... like
  • 27 Noy 08:41  
Digərləri Şorbanı möhtəşəm edən detal İlk 20 dəqiqə qapağı...

Mətbəxə girən hər kəsin əsas məqsədlərindən biri az ərzaqla ən yax�

arrow Ətraflı
Bakıda bu yolda sürücülər kanalizasiya quyusuna düşürlər like
  • 27 Noy 08:24  
Digərləri Bakıda bu yolda sürücülər kanalizasiya quyusuna düşürlər

Kanalizasiya quyusunun qapağının yerindən çıxması sürətli yolda sürüc

arrow Ətraflı
Soyuq havalarda ayaqqabınıza pambıq sürtün – təsirinə inanmayacaqsınız like
  • 27 Noy 08:08  
Digərləri Soyuq havalarda ayaqqabınıza pambıq sürtün – təsirinə inanmayacaqsınız

Qış aylarında buzlu səkilər və qarla örtülü yollar hər il yüzlərlə

arrow Ətraflı