Aİnin Ukrayna münaqişəsinə dair sülh planının TAM MƏTNİ
Siyasət 23 Noy 2025 22:10:00 75 0
Avropa İttifaqı Ukrayna münaqişəsinin tənzimlənməsinə dair 24 bəndlik sülh planı ilə çıxış edib.
Son.az xəbər verir ki, Britaniyanın "The Telegraph" nəşri sənədin tam versiyasını dərc edib.
Qəzetin məlumatına görə, Aİ-nin irəli sürdüyü təkliflər aşağıdakılardır:
Münaqişə dayandırıldıqdan sonra etibarlı sülh və təhlükəsizlik üçün xüsusi tədbirlər görüləcək. Rusiya və Ukrayna havada, quruda və dənizdə atəşkəsə əməl etməyi öhdəsinə götürür. Moskva və Kiyev atəşkəsə riayət edilməsi ilə bağlı üçüncü ölkələr tərəfindən nəzarətin təşkilini dərhal müzakirə etməyə başlayır. Atəşkəsə nəzarəti ABŞ-ın rəhbərliyi altında Ukraynanın müttəfiqləri həyata keçirəcək. Monitorinq əsasən peyklər, PUA-lar və digər texniki vasitələrlə məsafədən aparılacaq. Tərəflərin atəşkəs pozuntuları barədə hesabat təqdim edə biləcəyi və vəziyyəti düzəltmək üçün tədbirləri müzakirə edəcəyi mexanizm yaradılacaq. Rusiya bütün deportasiya olunmuş ukraynalı uşaqları geri qaytaracaq. Bu proses beynəlxalq tərəfdaşlar tərəfindən nəzarət altında aparılacaq. Moskva və Kiyev hərbi əsirləri "hamı-hamıya" prinsipi ilə dəyişəcək, Rusiya bütün saxlanılan mülki şəxsləri azad edəcək. Ərazi məsələləri hazırkı təmas xətti əsasında müzakirə olunacaq. Davamlı atəşkəs əldə edildikdən sonra tərəflər humanitar yardım tədbirlərinə başlayacaq. Ukraynanın suverenliyi təsdiqlənəcək. Kiyev heç bir halda neytrallığa məcbur edilməyəcək. Ukrayna ABŞ-ın və NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna Silahlı Qüvvələrinə və ölkənin müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmayacaq. UAvropa ölkələri və digər maraqlı dövlətlər kraynanın təhlükəsizliyinin təminatçıları olacaq. Ukrayna öz ərazisində müttəfiq qüvvələr yerləşdirmək hüququna malik olacaq. Alyansın bütün üzvlərinin razılığı olduğu halda Ukraynanın NATO-ya üzvlüyü mümkün hesab ediləcək. Ukrayna Avropa İttifaqına üzv olacaq. Ukrayna nüvə silahından imtina öhdəliyini və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini yerinə yetirməyə davam edəcək. Ərazi məsələləri Rusiya ilə danışıqlar yolu ilə, tam atəşkəs əldə edildikdən sonra həll ediləcək. Ərazi məsələləri razılaşdırıldıqdan sonra Rusiya və Ukrayna həmin sərhədlərin güc yolu ilə dəyişdirilməyəcəyini öhdəsinə götürəcək. Ukrayna ABŞ-ın iştirakı ilə Zaporojye AES üzərində nəzarəti bərpa edəcək, Kaxovka SES üzrə nəzarətin təhvil mexanizmi yaradılacaq. Ukrayna Dnepr çayı boyunca maneəsiz gəmi hərəkəti hüququ əldə edəcək. Kiyev və tərəfdaşları iqtisadi əməkdaşlığı heç bir məhdudiyyət olmadan davam etdirəcək. Ukrayna tam bərpa ediləcək və zərərin ödənilməsi üçün maliyyə kompensasiyası alacaq. Rusiya aktivləri isə Moskva Ukraynaya dəymiş ziyanı ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq. Rusiyaya qarşı sanksiyalar davamlı sülh əldə edildikdən sonra mərhələli şəkildə yumşaldıla bilər, lakin sülh razılaşması pozularsa, yenidən bərpa ediləcək. Avropada təhlükəsizlik məsələləri üzrə danışıqlar bütün ATƏT ölkələrinin iştirakı ilə başlanacaq. (APA)Son.az
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak görüşdən son
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yayımladığı növb
ABŞ Dövlət katibi Marko Rubio Cenevrədə jurnalistlərə davam edən danış
ABŞ Prezidenti Donald Tramp Cenevrədə davam edən sülh danışıqları zaman
Əməkdar artist Ruhəngiz Allahverdiyeva ad günü üçün böyük məclis tə�
Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı həlak olan Sami
"X" sosial media platforması istifadəçilərin yerləşdiyi ölkəni
Hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zı�
Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX əm�
Ukrayna qüvvələri Pokrovskun mərkəzi rayonlarını təmizləyib və rus hə
"Bəzi səhifələrə və özünü "media" kimi təqdim edən pro
Xarici düşmənlər İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneiyə qar
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında dü
Hizbullah Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilot
