Rubio: “İndiyə qədər ən məhsuldar görüşümüz oldu”
Dünya 23 Noy 2025 21:59:00 69 0
ABŞ Dövlət katibi Marko Rubio Cenevrədə jurnalistlərə davam edən danışıqlarla bağlı qısa açıqlama verib. O, Ukrayna Prezidentinin aparat rəhbəri Andrey Yermak ilə birlikdə ABŞ-nin Cenevrə missiyasında mətbuat nümayəndələrinin qarşısına çıxıb.
Bu xəbəri də oxu: Zelenski: “Sülh ləyaqətli olmalıdır”
Son.az xəbər verir ki, Rubio görüşlərin davam edəcəyini bildirərək sual qəbul etməyəcəyini deyib, lakin son durumla bağlı məlumat vermək istədiyini qeyd edib:
"Bu proses boyunca indiyə qədər keçirdiyimiz ən məhsuldar və ən məzmunlu görüş oldu"
Rubio, danışıqlarda əldə olunan irəliləyiş barədə danışaraq bildirib ki: "Artıq bütün tərəflərin fikirlərinə əsaslanan bir 'sənəd' formalaşıb və biz onun üzərindən yaxşı irəliləmişik."
Onun sözlərinə görə, hazırda təqdim olunan təkliflər gözdən keçirilir və həm Ukraynanın, həm də ABŞ-nin qəbul edə biləcəyi ortaq mətnə yaxınlaşmaq üçün bəzi dəyişikliklər edilir.
Rubio danışıqlarda yalnız Ukrayna və ABŞ deyil, "tənliyin Rusiya tərəfi"nin də nəzərə alınmalı olduğunu qeyd edərək əlavə edib: "Onlar üçün nəyin vacib olduğu barədə artıq kifayət qədər ciddi anlayışa sahibik."
Rubio yekun olaraq bildirib: "Bu prosesin əvvəlindən - yanvar ayında vəzifəyə başladığımız gündən bəri ən yaxşı görüş və ən yaxşı gün olduğunu deyə bilərəm."
O, buna baxmayaraq görüləcək işlərin hələ də qaldığını vurğulayıb. Lalə Qüdrətova Son.az
ABŞ Prezidenti Donald Tramp Cenevrədə davam edən sülh danışıqları zaman
Əməkdar artist Ruhəngiz Allahverdiyeva ad günü üçün böyük məclis tə�
Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı həlak olan Sami
"X" sosial media platforması istifadəçilərin yerləşdiyi ölkəni
Hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zı�
Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX əm�
Ukrayna qüvvələri Pokrovskun mərkəzi rayonlarını təmizləyib və rus hə
"Bəzi səhifələrə və özünü "media" kimi təqdim edən pro
Xarici düşmənlər İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneiyə qar
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında dü
Hizbullah Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilot
Xəbər verdiyimiz kimi, Yasamalda 3 nəfərin ölümü, 27 nəfərin xəsarət
Gəncədə Zəfər Gününə həsr olunmuş tədbirin əsas mərhələsi Gəncə
Fransanın qərb sahilləri yaxınlığında yerləşən və Azərbaycan tamaşa
