Zelenski: “Sülh ləyaqətli olmalıdır”
Dünya 23 Noy 2025 22:01:00 63 0
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yayımladığı növbəti geniş açıqlamasında bildirib ki, müharibəni başlayan Rusiyadır və Moskva onu bitirməkdən imtina edir. O, Rusiyanın yalnız Ukraynaya qarşı deyil, ümumən savaş aparmaq imkanlarını qorumağa çalışdığını vurğulayıb.
Son.az xəbər verir ki, Zelenski sülh üçün çalışan çoxsaylı ölkələrə dərin təşəkkürünü ifadə edib. ABŞ-yə, amerikalılara və şəxsən Prezident Trampa göstərilən yardım üçün minnətdarlığını bildirib. Prezident həmçinin Avropadan və G20-dən dəstək verən dövlətlərə təşəkkür edərək qeyd edib: "Bu dəstəyin qorunub saxlanılması vacibdir."
Lakin Zelenskinin sözlərinə görə, əsas məqsəd yaddan çıxmamalıdır: Rusiyanın müharibəsini dayandırmaq və onun bir daha alovlanmasına imkan verməmək. O deyib: "Buna nail olmaq üçün sülh ləyaqətli olmalıdır."
Prezident bildirib ki, bu mübarizə Rusiya üçün sadəcə ərazi uğrunda savaş deyil, müharibə aparmaq və başqalarını özünə tabe etdirmək "hüququ" məsələsidir.
"Sülhə aparan hər bir maddə, hər bir addım üzərində bu qədər diqqətlə çalışmağımızın səbəbi də budur. Hər şey doğru şəkildə həll olunmalıdır ki, bu müharibə həqiqətən bitsin və bir daha təkrarlanmasın," - deyə Zelenski sonda ABŞ-a və bütün tərəfdaşlara bir daha təşəkkür edib. Lalə Qüdrətova Son.az
ABŞ Dövlət katibi Marko Rubio Cenevrədə jurnalistlərə davam edən danış
ABŞ Prezidenti Donald Tramp Cenevrədə davam edən sülh danışıqları zaman
Əməkdar artist Ruhəngiz Allahverdiyeva ad günü üçün böyük məclis tə�
Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı həlak olan Sami
"X" sosial media platforması istifadəçilərin yerləşdiyi ölkəni
Hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zı�
Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX əm�
Ukrayna qüvvələri Pokrovskun mərkəzi rayonlarını təmizləyib və rus hə
"Bəzi səhifələrə və özünü "media" kimi təqdim edən pro
Xarici düşmənlər İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneiyə qar
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında dü
Hizbullah Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilot
Xəbər verdiyimiz kimi, Yasamalda 3 nəfərin ölümü, 27 nəfərin xəsarət
Gəncədə Zəfər Gününə həsr olunmuş tədbirin əsas mərhələsi Gəncə
