Məşhur restoranının müdirinin 15 min manatlıq qızılı OĞURLADILAR
Kriminal 20 Mar 2025 13:17:00 62 0
Nəsimi rayonunun Cavadxan küçəsində fəaliyyət göstərən "Qəbələ" restoranında oğurluq hadisəsi baş verib.
Bu xəbəri də oxu: 6 uşaq atasını vurub öldürən
Son.az xəbər verir ki, restoranın müdirinin qızıl-zinət əşyaları oğurlanıb və ona 15 min 200 manat məbləğində ziyan vurulub.
Ötən il baş verən cinayətin üstü qısa müddət ərzində açılıb. Məlum olub ki, hadisəni törədən restoran müdirinin əvvəlcədən tanıdığı şəxsdir. Restoranın müdiri ifadəsində bildirib ki, həmin şəxsin onun qızıllarını otağındakı seyfin üzərinə qoymasından xəbərdar olub.
Müdir otaqdan çıxandan sonra qızıllar oğurlanıb. Restoranın müdiri tanışından qızılları qaytarmağı tələb etsə də, o, törətdiyi əməli boynuna almayıb.
Restoranın müdiri Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vurub.
Polisin araşdırmaları nəticəsində oğurluğu törədənin kimliyi məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan olunub. Cinayət işinin məhkəmə istintaqı Nəsimi Rayon Məhkəməsində aparılıb.
Hadisəni törədən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apellyasiya şikayəti verib. Şikayətdə cəzanın yüngülləşdirilməsi xahiş edilib.
Apellyasiya şikayəti dəymiş zərərin ödənilməsi və tərəflərin barışması ilə əsaslandırılıb.
Bakı Apellyasiya Məhkəməsi cəzanı 3 ildən 1 il 6 aya endirib. /"Qaynarinfo"
Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı vasitəsilə jurnalistlər

Bu gün saat 13:01:25-də Azərbaycana yaz fəsli daxil olub.

ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) və Yaponiyanın Toxo Uni

Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhb

Musavat.com-un növbəti həmsöhbəti mərhum xalq artisti, səhnəmizin "

Müğənni Üzeyir Mehdizadə "Rəngarəng" verilişinin canlı efirin

"Telegram" indi 1 milyarddan çox aylıq aktiv istifadəçiyə malikdi

Azərbaycanda süni intellekt laboratoriyasının qurulmasına başlanılır.

Avstriya 1 maydan etibarən 1-8-ci siniflərdə mobil telefonlara qadağa tətbi

Bahar yenilənmə, yeni imkanlar və gözlənilməz dəyişikliklər vaxtıdır.

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhər məhkəməsi erməni bloqçu Vard

Martın 19-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən ba�

Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində olan binala
