Azərbaycanda 7,1 milyon manatlıq LAYİHƏ
Digərləri 20 Mar 2025 12:19:00 87 0
Azərbaycanda süni intellekt laboratoriyasının qurulmasına başlanılır.
Bu xəbəri də oxu: DİN bu şəxslərə xəbərdarlıq etdi
Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.
Belə ki, qurum hazırda laboratoriyanın qurulması məqsədilə avadanlıq və lisenziyalar almaq mərhələsindədir.
"AzInTelecom" sözügedən laboratoriyanın qurulmasının 7,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə imzalanıb.
Sənədə əsasən, "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiq edilib.
Avstriya 1 maydan etibarən 1-8-ci siniflərdə mobil telefonlara qadağa tətbi

Bahar yenilənmə, yeni imkanlar və gözlənilməz dəyişikliklər vaxtıdır.

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhər məhkəməsi erməni bloqçu Vard

Martın 19-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən ba�

Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində olan binala

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş N

Ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava ş�

Beynəlxalq axtarış sistemi olan "Google" Novruz bayramına "do

Əməkdar artist Suğra Bağırzadə açıqlaması ilə diqqət çəkib.

Ermənistanın baş naziri Nikol Paşinyan sanki köhnəlmiş bir val kimi, daya

İsrailin Baş naziri Binyamin Netanyahu Qüdsdə ABŞ senatoru Con Fettermanı
