Bütün növ əmək pensiyaları artacaq
Digərləri 05 Noy 2025 14:11:00 62 0
Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək.
Bu xəbəri də oxu: Şabalıd generala baha başa gəldi... Lüks maşınları da əlindən çıxdı
Son.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək:
"Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar 9,2 faiz artırılacaq. İşsizlikdən sığorta fondunun 2026-cı il xərcləri 266,4 milyon manat olacaq ki, onun da 77 milyon manatı, yəni 30 faizə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri 28 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10,5 faizi deməkdir. Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi, "Məşğulluq və işsizlikdən sığorta fondu" adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı".
"İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş "İnte
Tanınmış meyxanaçı Zarina Buzovnalı sosial şəbəkələrdə yayılan gör
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
AzTV 8 Noyabr - Zəfər Günü ilə bağlı təsirli videoçarx yayımlayıb.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əli
Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilmə
Bakıda restoranda 72 manat servis haqqı tutublar.
Masazırda yerləşən gölün illər ərzindəki dəyişimi diqqət çəkib. İ
Xəbər verdiyimiz kimi, "Səs Azərbaycan" yarışmasından tanınan
Qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pullar
Havalar soyuduqca qazin təzyiqi ilə bağlı şikayətlər müşahidə edilir.
Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkə
"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Ruhəngiz
Keçmiş məcburi köçkünlərə veriləcək aylıq müavinətlərin maliyyəl�
