Masazırda göl qurudularaq yerində evlər tikilib Həmin ərazini yenidən su basa bilər FOTO
Digərləri 05 Noy 2025 13:22:00 57 0
Masazırda yerləşən gölün illər ərzindəki dəyişimi diqqət çəkib. İddialara görə 2008-ci ildə göl ərazisi olan yerlərdə bu gün kütləvi şəkildə evlər tikilib.
Bu xəbəri də oxu: “Qarabağ”“Çelsi” matçına qanunsuz bilet satanlar saxlanıldı
Son.az xəbər verir ki, iddialara görə gölün suyun çəkilməsi və gölün torpaqlə doldurulması ilə ərazidı tikinti işləri aparılıb.
Bəs, maraqlıdır, bu evlər nə dərəcə təhlükəsizdir? Gələcəkdə hansı problemlərə yol aça bilər?
Məsələ ilə bağlı ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Son.az-a açıqlamasında bildirib ki, göllərin doldurulması və qurudulması tamamilə yolverilməzdir.
Onun sözlərinə görə, Abşeron yarımadasında yerləşən göllər xüsusi əhəmiyyət daşıyır və onların məhv edilməsi ciddi ekoloji fəsadlara yol aça bilər:
"Bu göllər tarixən müxtəlif ekosistem xidmətləri göstərib. Burada köçəri quşlar qışlayıb, nadir və qiymətli balıq növləri yaşayıb. Buna görə də bu su hövzələrinin qorunması son dərəcə vacibdir".
Rövşən Abbasov qeyd edib ki, bu göllərin qurumasına həm iqlim dəyişikliyi, həm də insan fəaliyyəti səbəb olur. Nəzərə çatdırıb ki, xüsusilə də göl ərazilərinin qurudularaq tikinti məqsədilə istifadəyə verilməsi təhlükəli prosesdir:
"Fotodan da görünür ki, bu ərazilər digər sahələrə nisbətən daha çökəkdir. Burada qrunt sularının səviyyəsi yüksəkdir. Güclü yağışlar zamanı suyun toplanması, rütubətin artması qaçılmazdır. Bu isə insanların diskomfortuna, evlərin tezliklə zərər görməsinə və sıradan çıxmasına səbəb ola bilər".
Ekspert bildirib ki, bəzi tikinti şirkətləri qısa müddətli gəlir əldə etmək üçün bu cür layihələr həyata keçirirlər. Lakin vətəndaşlar diqqətli olmalıdır:
"Belə çökək və suya yaxın ərazilərdə ev almaq düzgün deyil. Çünki gələcəkdə qrunt sularının səviyyəsi daha da qalxa bilər və bu halda həmin ərazilərdə yaşayış ümumiyyətlə mümkünsüz olacaq". Mina Mikayılova Son.az
Xəbər verdiyimiz kimi, "Səs Azərbaycan" yarışmasından tanınan
Qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pullar
Havalar soyuduqca qazin təzyiqi ilə bağlı şikayətlər müşahidə edilir.
Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkə
"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Ruhəngiz
Keçmiş məcburi köçkünlərə veriləcək aylıq müavinətlərin maliyyəl�
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqəd
Enerji içkilərin insanlara zərərləri tez-tez müzakirə olunan məsələlə
Əməkdar artist Bəsdi Bəkirovanın şəxsi otel sahibi olduğu üzə çıxıb
Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesin�
Gürcüstanda kriminal qruplarla əlaqəli 34 nəfər saxlanılıb, xüsusi əm�
Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisin
"Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 m
ABŞ-da 19 ildir uşaq sahibi ola bilməyən cütlük Kolumbiya Universitetinin
