"İlanlı qız" plastik cərraha görə canına qıydı Xəstəxanalıq oldu


Digərləri 05 Noy 2025 14:03:00 61 0

"İlanlı qız" plastik cərraha görə canına qıydı  Xəstəxanalıq oldu

"İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş "İnternational Medical Center 2"də çalışdığı bildirilən plastik cərrah Əmiraslan Əmiraslanov barəsindəki şikayətinin təmin olunmaması səbəbindən intihar etdiyini bildirib.

Son.az xəbər verir ki, müğənni bu barədə "TikTok" hesabında video yayımlayıb.

Videoda o, çoxlu sayda dərman qəbul edərək intihar etdiyini, buna səbəb kimi isə plastik cərrah Əmiraslan Əmiraslanovun onu şantaj etdiyini göstərib.

"Bu dərmanların hamısını atıram. Mən zatən dünəndən edəcəyimi demişdim. Hər şeyə son qoyuram. Çünki Əmiraslan Əmiraslanov məni şantaj edərək əməliyyatdan öncə çəkilmiş şəkillərimi yayıb. Ondan sonra mən canlı yayım açdım, bu insan haqda danışdım, sonra o, məni verdi məhkəməyə. Məhkəmədə mənim işimə baxılmadı. Əvvəl baxırdılar, hakim dedi ki, bu xanımın şəklini yaymısan, xanım da bunun yayılmasına görə sənə "şərəfsiz" deyib".

Müğənni daha sonra məhkəmənin də onun əleyhinə qərar verdiyinin bildirib:

"Məni hələ çağırıb ev həbsi verməyə çalışırlar, 147.2-ci maddə ilə iş qaldırıblar. Mən yaşamaq istəmirəm. Belə olmaz.

Mənim balamı, ailəmi, anamı hər kəsi yetim qoyan Əmiraslan Əmiraslanovdur. Əmiraslan bu dəqiqə işində-gücündədir, məni verib məhkəməyə, pul tələb edir, hələ məni həbs etdirməyə çalışır. Hansı qayda-qanundan söhbət gedir, bilmirəm. Günahkar, səbəbkar Əmiraslan Əmiraslanovdur. Bu qədər".

Məsələ ilə bağlı müğənninin prodüseri Nicatla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Bakupost.az -ın məlumatına görə, dərman qəbul etdikdən sonra halı pisləşən müğənni xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bir müddət əvvəl Günəş plastik cərrah Əmiraslan Əmiraslanovdan şikayət etmişdi. O bildirmişdi ki, "İnternational Medical Center 2"də həkim tərəfindən aparılan əməliyyat uğursuz alınıb və nəticədə bədənində böyük çapıqlar, eləcə də dəri sallantıları yaranıb. Müğənni həmçinin həkimin ondan ümumilikdə 14 min manat aldığını, lakin əməliyyatın uğursuz olduğunu və üstəlik şəxsi görüntüləri ilə şantaj edildiyini iddia etmişdi.

Məsələ ilə bağlı klinikadan bildirilib ki, Əmiraslan Əmiraslanov artıq həmin tibb müəssisəsində çalışmır və proses hazırda Ağdam Rayon Məhkəməsində davam edir.

Qeyd edək ki, Əmiraslan Əmiraslanovun adı Qənirə Ataşın bir müddət əvvəl paylaşdığı saxta plastik cərrahlar siyahısında var idi.

Zarinanın göz yaşları "sel oldu" like
  • 05 Noy 14:01  
Şou-biznes Zarinanın göz yaşları "sel oldu"

Tanınmış meyxanaçı Zarina Buzovnalı sosial şəbəkələrdə yayılan gör

arrow Ətraflı
Enerji çatı: Moskva dünya rolu üzərindəki nəzarətini itirir like
  • 05 Noy 13:40  
Dünya Enerji çatı: Moskva dünya rolu üzərindəki nəzarətini itirir

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Sənin yerin bu torpaqdır, Azərbaycan bayrağı! – AzTVdən təsirli like
  • 05 Noy 13:31  
Digərləri Sənin yerin bu torpaqdır, Azərbaycan bayrağı! – AzTVdən təsirli

AzTV 8 Noyabr - Zəfər Günü ilə bağlı təsirli videoçarx yayımlayıb.

arrow Ətraflı
ICESCOnun Baş direktoru İlham Əliyevi təbrik edib like
  • 05 Noy 13:26  
Siyasət ICESCOnun Baş direktoru İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əli

arrow Ətraflı
Prezident Bakı Metropoliteni əməkdaşlarını təltif etdi like
  • 05 Noy 13:24  
Siyasət Prezident Bakı Metropoliteni əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilmə

arrow Ətraflı
"Love city"də 72 manat servis haqqı aldılar  FOTO like
  • 05 Noy 13:23  
Digərləri "Love city"də 72 manat servis haqqı aldılar FOTO

Bakıda restoranda 72 manat servis haqqı tutublar.

arrow Ətraflı
Masazırda göl qurudularaq yerində evlər tikilib  Həmin ərazini yenidən su basa bilər  FOTO like
  • 05 Noy 13:22  
Digərləri Masazırda göl qurudularaq yerində evlər tikilib Həmin ərazini yenidən su basa bilər FOTO

Masazırda yerləşən gölün illər ərzindəki dəyişimi diqqət çəkib. İ

arrow Ətraflı
Ayaqları tutulan azərbaycanlı müğənninin son paylaşımı KƏDƏRLƏNDİRDİ like
  • 05 Noy 13:13  
Şou-biznes Ayaqları tutulan azərbaycanlı müğənninin son paylaşımı KƏDƏRLƏNDİRDİ

Xəbər verdiyimiz kimi, "Səs Azərbaycan" yarışmasından tanınan

arrow Ətraflı
“Qumar kralı”nın istintaqı bitdi  Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu like
  • 05 Noy 13:06  
Digərləri “Qumar kralı”nın istintaqı bitdi Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu

Qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pullar

arrow Ətraflı
Soyuqlar gəldi, qazın təzyiqi artmaqdan azaldı  SƏBƏB like
  • 05 Noy 13:00  
Digərləri Soyuqlar gəldi, qazın təzyiqi artmaqdan azaldı SƏBƏB

Havalar soyuduqca qazin təzyiqi ilə bağlı şikayətlər müşahidə edilir.

arrow Ətraflı
Bakıda temperatur yenidən artır  Sabah 20 dərəcəyə yaxınlaşacaq like
  • 05 Noy 12:55  
Digərləri Bakıda temperatur yenidən artır Sabah 20 dərəcəyə yaxınlaşacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkə

arrow Ətraflı
"Orasınıburasını düzəltdirib, sponsor da tapır..." like
  • 05 Noy 12:49  
Şou-biznes "Orasınıburasını düzəltdirib, sponsor da tapır..."

"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Ruhəngiz

arrow Ətraflı
Keçmiş məcburi köçkünlər üçün aylıq müavinətə ayrılan məbləğ məlum oldu like
  • 05 Noy 12:48  
Digərləri Keçmiş məcburi köçkünlər üçün aylıq müavinətə ayrılan məbləğ məlum oldu

Keçmiş məcburi köçkünlərə veriləcək aylıq müavinətlərin maliyyəl�

arrow Ətraflı
Avtovağzallar 24 saat rejimə keçir  Bu tarixlərdə like
  • 05 Noy 12:38  
Digərləri Avtovağzallar 24 saat rejimə keçir Bu tarixlərdə

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqəd

arrow Ətraflı