Bayram günlərində hava necə olacaq?
Digərləri 19 Mar 2025 14:55:00 57 0
Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bu xəbəri də oxu: Heydər Əliyev Fondunun vitseprezidenti Qubada “Səkinə xanım” məscidini ziyarət edib FOTO
Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 9-13 dərəcə isti olacaq. Martın 21-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti olacaq.
Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-12 dərəcə isti olacaq.
Naxçıvan MR-da hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Yağıntılar 23-ü axşamdan tədricən kəsiləcək. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, bəzi dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta, gündüz 6-10 dərəcə isti olacaq.
Gəncə-Qazax bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-14 dərəcə isti olacaq.
Balakən-Şəki və Oğuz-Qəbələ bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-12 dərəcə isti olacaq.
Dağlıq Şirvan bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.
Quba-Qusar bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, qar yağacağı, arabir duman olacağı ehtimalı var.Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.
Mərkəzi-Aran bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimal olunur.Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-15 dərəcə isti olacaq.
Lənkəran-Astara bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13, dağlarda gecə 1-4, gündüz 4-8 dərəcə isti olacaq.
Həyatda demək olar ki, hər kəsin məqsədi maliyyə azadlığı əldə etmə

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik

Müğənni Üzeyir Mehdizadə qaynatasının məşhur biznesmen olduğunu və M

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kurs tələbəsi Əzizə Əs

Xəbər verdiyimiz kimi, "Agence France-Presse"nin (AFP) məlumatına

Rusiyanın paytaxtı Moskvada, Nijniya Maslovka küçəsində yerləşən çoxm�

Martın 29-da 2025-ci ilin ilk Günəş tutulması baş verəcək. Bu, qismən G

Bakı-Astara magistral yolunda hərəkətdə olan iritonnajlı yük avtomobilini

Qaziosmanpaşada Ramazan tədbirində çadırın çökməsi nəticəsində 5 n

NASA Ayda gün batımının ilk keyfiyyətli şəkillərini paylaşıb.

Aysun İsmayılovanın əri, tanınmış vəkil Ramil Vəliyev sosial şəbək�

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin oğlu Hunteri və qızı Eşli
