Bu avtomobillər
Digərləri 19 Mar 2025 14:00:00 71 0
Amerika hərraclarında satılan Alman və Yapon avtomobilləri bahalaşacaq.
Bu xəbəri də oxu: Münaqişənin həlli üçün əsas şərti açıqladı
Son.az xəbər verir ki, bu birbaşa ABŞ-nin yeni prezidenti Donald Trampın qərarları ilə bağlıdır.
Tramp istəyir ki, yerli avtomobillər ( "Ford", "Chevrolet", "Jeep", "Tesla" və s. ) daha çox alınsın. Bu səbəbdən də tarifləri artırmaq qərarına gəlib. ABŞ hökumətinin artırılmış tarifləri, xüsusən də polad, alüminium və bəzi avtomobil hissələri və avtomobilləri üzərində tətbiq etdiyi yeni məhdudiyyətlər qlobal avtomobil sektoruna mənfi təsir göstərəcək.
Prezident Trampın tarif siyasətinin əsas məqsədi daxili avtomobil istehsalını canlandırmaqdır. Məqsəd avtomobil istehsalçılarını istehsalını ABŞ-yə köçürməyə təşviq edərək, istehsal obyektləri və digər sənaye fəaliyyətlərini ABŞ-yə cəlb etməkdir.
Bu siyasət çərçivəsində Tramp ABŞ-nin ən vacib üç ticarət tərəfdaşından idxallara 25%-lik tarif tətbiq edərək və Çin üzərindəki tarifləri 10%-dən 20%-ə qaldıraraq, sərbəst ticarətə məhdudiyyətlər qoyub.
Aydın məsələdir ki, avtomobil sənayesi qlobal təchizat əlaqələri üzərində fəaliyyət göstərir, yəni avtomobillərin istehsalında müxtəlif ölkələr arasında əməkdaşlıq mövcuddur. Avtomobillərin dizaynı bir ölkədə həyata keçirilir, komponentlər başqa ölkələrdə istehsal olunur və yığım isə üçüncü ölkədə baş verir.
Bakı-Astara magistral yolunda hərəkətdə olan iritonnajlı yük avtomobilini

Qaziosmanpaşada Ramazan tədbirində çadırın çökməsi nəticəsində 5 n

NASA Ayda gün batımının ilk keyfiyyətli şəkillərini paylaşıb.

Aysun İsmayılovanın əri, tanınmış vəkil Ramil Vəliyev sosial şəbək�

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin oğlu Hunteri və qızı Eşli

Müğənni Mehin Hümbətova şəhid atası Məhəddin Hümbətovla bağlı payl

Şəkidə yol qəzasında 2 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi əsasən sosial mediada fal, astrol

Sosial şəbəkələrdə yayılan yayılan video marağa səbəb olub.

Bakı metropoliteni Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyy

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkr

"Tağıyev. Neft" filmini artıq 70 mindən çox tamaşaçı izləyib.
