Aysunun ərindən gözlənilməz PAYLAŞIM: “Xəyanətin kölgəsində...”
Şou-biznes 19 Mar 2025 13:23:00 77 0
Aysun İsmayılovanın əri, tanınmış vəkil Ramil Vəliyev sosial şəbəkədə paylaşdığı video ilə müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: "O hadisədən sonra çox pis AĞLADIM" VİDEO
Son.az xəbər verir ki, Ramil Vəliyev sosial media hesabından "xəyanətin kölgəsində sevgi solur" adlı mahnının müşayiəti ilə video paylaşıb.
İzləyicilər isə bu paylaşımdan sonra bir sıra iddialar irəli sürərək müğənninin onu aldatdığını, buna görə ayrılıq olduğunu iddia ediblər.
Mahnının sözləri belədir:
"Xəyanətin kölgəsində sevgi solur
Yalanlar əsir edir, ürək dolur
Zamanla bu acı sönər bəlkə,
Amma izi qalır qəlbimizdə
Hər şey dəyişdi,
Bir vaxtlar sevdiyim üz
İndi yad kimi
Sözlərində gizlidir
Xəyanətin izi".
Xatırladaq ki, müğənni Aysun İsmayılova və həyat yoldaşı, bir müddət öncə boşanmağa qərar veriblər. Bu barədə Ramil Vəliyev məlumatı təsdiqləyərək bildirib ki, boşanmanın səbəbi onun kobud və soyuq xarakteridir. O, həmçinin qeyd edib ki, hər iki tərəf nikahın pozulması üçün mediasiyaya müraciət edib.
Aysun İsmayılova isə sosial media hesabında açıqlama yayaraq övladının gələcəyini nəzərə alaraq ailəsi ilə bağlı danışmaq istəmədiyini bildirib və mediadan bu mövzuda suallar ünvanlamamalarını xahiş edib.
Qeyd edək ki, cütlüyün Sevgi adlı bir qızı da var. /Yenisabah.az
ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin oğlu Hunteri və qızı Eşli

Müğənni Mehin Hümbətova şəhid atası Məhəddin Hümbətovla bağlı payl

Şəkidə yol qəzasında 2 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi əsasən sosial mediada fal, astrol

Sosial şəbəkələrdə yayılan yayılan video marağa səbəb olub.

Bakı metropoliteni Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyy

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkr

"Tağıyev. Neft" filmini artıq 70 mindən çox tamaşaçı izləyib.

HPA1 H5N1 quş qripi virusu çiy süddən pendir hazırlanması prosesini "

Həccə sənədlərin qəbulu Novruz və Ramazan bayramı günlərində də dava

Bayramlarla əlaqədar sabahdan Azərbaycanda qeyri-iş günləri başlayır.

Azərbaycanda 19 mart qısaldılmış iş günü olaraq müəyyən edilib.
