326 milyonluq qaçaqmalçılıq: onlara hökm oxundu


Digərləri 05 Noy 2025 10:18:00 75 0

326 milyonluq qaçaqmalçılıq: onlara hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinayət işi üzrə şübhəli bilinən şəxslərin məhkəməsinin yekun prosesi keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elvin Şirinov 8 il, Zöhrab Hidayətov 9 il, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər AR Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunurlar. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, "kiçik bir torpaq sahəsi belə olmayan" 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.

Belə maxinasiyalar ilə xarici valyuta ölkədən kənd təsərrüfatı mallarının satışı adı ilə çıxarılır. Lakin sonradan qanunvericiliyin tələblərinə zidd olaraq ölkəyə geri qaytarılmır.

Azərbaycanda bu rayon ləğv edilir  Hazırlıqlar başladı like
  • 05 Noy 10:11  
Digərləri Azərbaycanda bu rayon ləğv edilir Hazırlıqlar başladı

Bir həftə əvvəl hökumət nümayəndələri Sədərəkdəki "Naxçıvan

arrow Ətraflı
Taleh Kazımov onu özünə müşavir təyin etdi like
  • 05 Noy 10:07  
Digərləri Taleh Kazımov onu özünə müşavir təyin etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir m

arrow Ətraflı
NyuYorka müsəlman mer seçildi like
  • 05 Noy 10:00  
Dünya NyuYorka müsəlman mer seçildi

Nyu-York şəhərində keçirilən mer seçkilərində 34 yaşlı Zohran Mamdani

arrow Ətraflı
75 bıçaq zərbəsi ilə öldürülən 20 yaşlı Arzunun qətlinin TƏFƏRRÜATI  FOTO like
  • 05 Noy 09:56  
Digərləri 75 bıçaq zərbəsi ilə öldürülən 20 yaşlı Arzunun qətlinin TƏFƏRRÜATI FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhərində rus əsilli, 20 yaşl�

arrow Ətraflı
Bakıda təhlükəli qəza  evakuator aşdı, yağ və yanacaq yola dağıldı like
  • 05 Noy 09:53  
Digərləri Bakıda təhlükəli qəza evakuator aşdı, yağ və yanacaq yola dağıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Şabalıd generala baha başa gəldi...  Lüks maşınları da əlindən çıxdı like
  • 05 Noy 09:19  
Digərləri Şabalıd generala baha başa gəldi... Lüks maşınları da əlindən çıxdı

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rə

arrow Ətraflı
Avro ucuzlaşdı, dollar və rubl isə... like
  • 05 Noy 09:11  
Digərləri Avro ucuzlaşdı, dollar və rubl isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
17 yaşlı qızın yazdığı qarğış onu ağlatdı like
  • 05 Noy 08:41  
Şou-biznes 17 yaşlı qızın yazdığı qarğış onu ağlatdı

Şair Cığatel İsaqızı və övladı Leyla Camal "Gün ortası" pro

arrow Ətraflı
Kompüter qarşısında işləyənlər üçün təhlükə siqnalı: Görmə və onurğa... like
  • 05 Noy 08:20  
Digərləri Kompüter qarşısında işləyənlər üçün təhlükə siqnalı: Görmə və onurğa...

Müasir dövrdə iş həyatının əksər hissəsi kompüter qarşısında keçi

arrow Ətraflı
Brilliant Dadaşova ilə Afaq niyə küsülüdür? like
  • 05 Noy 08:08  
Şou-biznes Brilliant Dadaşova ilə Afaq niyə küsülüdür?

Aparıcı Afaq Gəncəli Xalq artisti Brilliant Dadaşova ilə küsülüdür. 

arrow Ətraflı
Yeməklərinizə 1 qaşıq qatın  Soyuqdəymədən qoruyur: Tərkibində 3 vacib vitamin var like
  • 05 Noy 07:08  
Digərləri Yeməklərinizə 1 qaşıq qatın Soyuqdəymədən qoruyur: Tərkibində 3 vacib vitamin var

Yeməklərə dad və ətir qatan ədviyyatlar eyni zamanda tərkibindəki vitami

arrow Ətraflı
"Vasif Məhərrəmli ilə heç vaxt barışmaram" like
  • 05 Noy 06:35  
Şou-biznes "Vasif Məhərrəmli ilə heç vaxt barışmaram"

Müğənni Sahib İbrahimov Əməkdar artist Vasif Məhərrəmli ilə küsülü

arrow Ətraflı
Bu qidalar səni xərçəng edə bilər  Mütəxəssislər xəbərdarlıq edir like
  • 05 Noy 06:06  
Digərləri Bu qidalar səni xərçəng edə bilər Mütəxəssislər xəbərdarlıq edir

Son illər aparılan elmi araşdırmalar sübut edir ki, gündəlik qidalanmada

arrow Ətraflı
İşıqda yatanlara xəbərdarlıq  Ürəyi zəiflədir like
  • 05 Noy 05:05  
Digərləri İşıqda yatanlara xəbərdarlıq Ürəyi zəiflədir

Elm adamları bildirirlər ki, tam qaranlıqda yatmaq yalnız yaxşı yuxu üç�

arrow Ətraflı
Panik atakdan ölmək olarmı? – Mütəxəssislər açıqladı like
  • 05 Noy 04:04  
Digərləri Panik atakdan ölmək olarmı? – Mütəxəssislər açıqladı

Panik atak yaşayan bir çox insan bu vəziyyəti keçirdiyi an "ölürəm&

arrow Ətraflı