Şabalıd generala baha başa gəldi... Lüks maşınları da əlindən çıxdı


Digərləri 05 Noy 2025 09:19:00 84 0

Şabalıd generala baha başa gəldi...  Lüks maşınları da əlindən çıxdı

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov elə xidmətdə olduğu dövrdə şabalıd biznesi ilə məşğul olub.

Bu xəbəri də oxu: Vüqar Hüseynova ağır itki

Son.az xəbər verir ki, qafqazinfo.az-nun əldə etdiyi məlumata görə, bununla bağlı faktlar onun barəsindəki istintaq materiallarında yer alıb.

Bundan əvvəlki yazılarımızda generalın kapitan tərəfindən aldadılması barədə məlumat vermişdik. İndi isə məsələnin aktuallığını nəzərə alaraq, cinayət işi materiallarında Raul Zeynalovla bağlı epizoddan bəhs edəcəyik.

General hazırda şikayətçi olduğu Ayaz Bayramovla şabalıd biznesinə görə sövdələşib. Ayaz elə onunla eyni nazirlikdə işləyib, kapitan rütbəsi ilə xidmət edib.

İş materiallarından görünür ki, Raul Zeynalov kapitana böyük məbləğdə sərmayə ayırmaqla ölkədə şabalıd biznesinin başına keçməyi planlaşdırıb. Onların ilk söhbəti də elə bu mövzuda başlayıb. Kapitan generalı inandırıb ki, özü Qəbələdə böyüyüb və rayonda şabalıd, qoz-fındıq alveri ilə bağlı yaxşı təcrübə toplayıb. Bayramov generala vəd verib ki, onun buraxdığı pullarla Qəbələdən Bakıya tonlarla şabalıd gətirəcək və satış sonrası yaxşı gəlir əldə edəcəklər. O, Bakıda şabalıd biznesini ələ keçirmək üçün 3 milyon, bütün Azərbaycanda bu işə hakim olmaq üçün isə 4-5 milyon manat lazım olduğunu deyib. Bu sözlər generalı daha da şirnikləndirib, o, biznesə pul buraxmağa razılıq verib.

Epizodların birində qeyd olunur ki, R.Zeynalov nazirlikdəki xidməti otağında Ayaza bir neçə dəfə pul verib. Biznesin yavaş-yavaş irəli getdiyini düşündükdə isə hətta qohumlarından da borc alaraq şabalıd alverinə ayırıb.

Lakin general istintaqda, ümumiyyətlə, Ayaz Bayramovun şabalıd alveri etməsindən xəbərsiz olduğunu, onun sadəcə vatsapda Bakıya daşınan məhsulun şəkillərini atdığını deyib.

Gələcəkdə məhkəmənin araşdıracağı əsas məsələlərdən biri də məhz bu olacaq. Çünki Zeynalov şabalıdın necə alınıb-satıldığını görmədiyini iddia etsə də, uzun müddət bu biznesin davam etməsinə pul xərcləyib. Bu ziddiyyətli məsələnin araşdırılması müdafiə tərəfinin də xüsusi marağındadır.

Cinayət işində belə bir maraqlı epizod da var ki, general Zeynalov nağd pulu olmadığı vaxtlarda biznesin axsamaması üçün yaxınlarının adına rəsmiləşdirdiyi "Lexus", "BMW" və "Chevrolet" markalı avtomobilləri də girov qoyaraq pul götürməsi üçün Ayaz Bayramovun adına keçirib.

Yeri gəlmişkən, haşiyəyə çıxaraq əvvəlki məhkəmə prosesində zərərçəkmişlərdən birinin Ayazın pul götürməyə bahalı maşınlarla gəldiyini deməsini də xatırladaq. Amma hazırda həbsdə olan kapitan Ayaz Bayramov generalın dediklərini qətiyyən qəbul etmir. O, Raul Zeynalovun təşəbbüsü ilə həbs edildiyini, digər zərərçəkmişləri də onun öyrətdiyini deyir.

İttiham aktındakı tarixlərdən görünür ki, 2024-cü ilin sonlarına kimi generalla kapitanın əlaqələri davam edib. Elə həmin ərəfələrdə də o, FHN-dəki vəzifəsindən azad edilərək ehtiyata göndərilib. Bu qərarın verilməsi də generalın başının şabalıd biznesinin inkişaf etməsinə qarışması ilə əlaqələndirilir. Çünki onunla birlikdə başqa bir neçə zabit də nazirlikdəki işini itirib.

Hazırda iş Bakı Hərbi Məhkəməsindədir. Hakim Zaur Hacıyevin sədrlik etdiyi növbəti prosesdə Raul Zeynalovun da ifadə verəcəyi gözlənilir. Generalla kapitanın üzləşməsi indidən maraq doğurur.

Qeyd edək ki, cinayət işi üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş qismində tanınıb. Ayaz Bayramov 3 milyon manat ələ keçirməklə xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Avro ucuzlaşdı, dollar və rubl isə... like
  • 05 Noy 09:11  
Digərləri Avro ucuzlaşdı, dollar və rubl isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
17 yaşlı qızın yazdığı qarğış onu ağlatdı like
  • 05 Noy 08:41  
Şou-biznes 17 yaşlı qızın yazdığı qarğış onu ağlatdı

Şair Cığatel İsaqızı və övladı Leyla Camal "Gün ortası" pro

arrow Ətraflı
Kompüter qarşısında işləyənlər üçün təhlükə siqnalı: Görmə və onurğa... like
  • 05 Noy 08:20  
Digərləri Kompüter qarşısında işləyənlər üçün təhlükə siqnalı: Görmə və onurğa...

Müasir dövrdə iş həyatının əksər hissəsi kompüter qarşısında keçi

arrow Ətraflı
Brilliant Dadaşova ilə Afaq niyə küsülüdür? like
  • 05 Noy 08:08  
Şou-biznes Brilliant Dadaşova ilə Afaq niyə küsülüdür?

Aparıcı Afaq Gəncəli Xalq artisti Brilliant Dadaşova ilə küsülüdür. 

arrow Ətraflı
Yeməklərinizə 1 qaşıq qatın  Soyuqdəymədən qoruyur: Tərkibində 3 vacib vitamin var like
  • 05 Noy 07:08  
Digərləri Yeməklərinizə 1 qaşıq qatın Soyuqdəymədən qoruyur: Tərkibində 3 vacib vitamin var

Yeməklərə dad və ətir qatan ədviyyatlar eyni zamanda tərkibindəki vitami

arrow Ətraflı
"Vasif Məhərrəmli ilə heç vaxt barışmaram" like
  • 05 Noy 06:35  
Şou-biznes "Vasif Məhərrəmli ilə heç vaxt barışmaram"

Müğənni Sahib İbrahimov Əməkdar artist Vasif Məhərrəmli ilə küsülü

arrow Ətraflı
Bu qidalar səni xərçəng edə bilər  Mütəxəssislər xəbərdarlıq edir like
  • 05 Noy 06:06  
Digərləri Bu qidalar səni xərçəng edə bilər Mütəxəssislər xəbərdarlıq edir

Son illər aparılan elmi araşdırmalar sübut edir ki, gündəlik qidalanmada

arrow Ətraflı
İşıqda yatanlara xəbərdarlıq  Ürəyi zəiflədir like
  • 05 Noy 05:05  
Digərləri İşıqda yatanlara xəbərdarlıq Ürəyi zəiflədir

Elm adamları bildirirlər ki, tam qaranlıqda yatmaq yalnız yaxşı yuxu üç�

arrow Ətraflı
Panik atakdan ölmək olarmı? – Mütəxəssislər açıqladı like
  • 05 Noy 04:04  
Digərləri Panik atakdan ölmək olarmı? – Mütəxəssislər açıqladı

Panik atak yaşayan bir çox insan bu vəziyyəti keçirdiyi an "ölürəm&

arrow Ətraflı
Yumurta ilə bağlı bilmədiyiniz 5 FAKT like
  • 05 Noy 03:03  
Digərləri Yumurta ilə bağlı bilmədiyiniz 5 FAKT

Yumurta çox vaxt sadə qida kimi qəbul edilsə də, əslində ən dəyərli v�

arrow Ətraflı
Beyin üçün risk yaradan qidalar AÇIQLANDI like
  • 05 Noy 02:02  
Digərləri Beyin üçün risk yaradan qidalar AÇIQLANDI

ABŞ-da aparılan yeni bir araşdırma beyin sağlamlığı üçün ən zərərl

arrow Ətraflı
Artıq qalan plovu atmayın  Cəmi 2 inqrediyentlə qlütensiz, sağlam cips hazırlayın like
  • 05 Noy 00:47  
Digərləri Artıq qalan plovu atmayın Cəmi 2 inqrediyentlə qlütensiz, sağlam cips hazırlayın

Axşam yeməklərinin əvəzolunmaz tərəfi olan plov bəzən artıq qala bilə

arrow Ətraflı
Dünyanın ən bahalı tərəvəzi   Avropada kilosu 1.000 avroya satılır like
  • 05 Noy 00:35  
Digərləri Dünyanın ən bahalı tərəvəzi Avropada kilosu 1.000 avroya satılır

Bağınızdan "alçaq ot" deyib çıxarıb atdığınız o bitki, Avro

arrow Ətraflı
ABŞdə hökumət böhranı: Hava məkanı istənilən an bağlana bilər like
  • 05 Noy 00:28  
Digərləri ABŞdə hökumət böhranı: Hava məkanı istənilən an bağlana bilər

ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması aviasiya sektoruna da cid

arrow Ətraflı
Bu, həyatınızı xilas edə bilər: Qanın laxtalanmasının 5 əlaməti like
  • 05 Noy 00:23  
Digərləri Bu, həyatınızı xilas edə bilər: Qanın laxtalanmasının 5 əlaməti

Sağlamlıq riskləri barədə məlumatlı olmaq və hansı əlamətlərə diqq�

arrow Ətraflı