Prezident Sərəncam imzaladı
Siyasət 18 Mar 2025 18:44:00 66 0
Prezident İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb.
Bu xəbəri də oxu: İlham Əliyev və Mehriban Əliyeva Suqovuşanda yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak ediblər
Son.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sərəncamda qeyd olunur ki, 2025-ci ildə ölkənin ali elmi təşkilatının - Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur.
Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir.
Türkiyəli tanınmış aparıcı Ece Üner İstanbul Respublika Prokurorluğu

Axır çərşənbə Novruz bayramına hazırlıq mərhələsində ən çox maraq

Media eksperti, "Toplum TV"nin həmtəsisçisi Ələsgər Əhmədoğlu

"Azərbaycan dili üzrə sertifikasiya imtahanı"nın demo versiyada i

Rusiyadan olan fiziki və hüquqi şəxslərə qarşı 28 595 sanksiya tətbiq e

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor,

Maşın almaq üçün ondan 18 min BORC ALDI

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəl

İntellektual fəaliyyətlə məşğul olan insanlar beyin və sinir sisteminin

Milli Məclisin 70 saylı Neftçala seçki dairəsindən deputatı Tənzilə R�

Ötən ilin sentyabrında Acun Ilıcalı ilə ailə quran Ayça Çağla Altunkay

Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları təsd
